158
kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə
nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu
görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah
edəcəyəm! demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24).
(Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına
basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99).
Aişə –
radıyallahu anhə – rəvayət etdi ki,
Peyğəmbər - sallallahu aleyhi
və səlləm – gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey
möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş
(ölüm) gəlmişdir. İnşəallah biz də sizə qovuşacağıq. Allahım! Bəqi
qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə
Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Ey möminlərin və müsəlmanların
yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə
qovuşacağıq!»
454
. Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurdu: «Hər
Peyğəmbərin
qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən
duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq
ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah
bu şəfaətə nail olacaqlar»
455
. Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b.
Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz bu gecə
yetmiş (Bəzi rəvayətlərdə
90, bəzilərində
99, bəzilərində
100) zövcəmi
(xanımlarımı) dolaşacağam. Zövcələrimdən
hər biri Allah yolunda
vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona:
«İnşəallah de!» dedi. Lakin o, İnşəallah deməyi unutdu. Bunundan sonra
o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq
doğdu». Sonra Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurdu:
«Nəfsim əlində olan
Allaha and olsun ki, əgər
İnşəallah demiş olsaydı hər
biri Allah yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər
İnşəallah demiş olsaydı vədini yerinə yetirmiş olardı və öz istəyinin
yerinə yetməsi üçün daha çox ümüdü olardı)»
456
.
Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz)
rəvayətinə görə Əli –
radıyallahu anhu – demişdir: «Bir kimsənin mən
möminən deməsi bidətdir»
457
. İbn Məsud –
radıyallahu anhu – deyir:
«Hər kim mömin olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə
454
Müslim, İmam Əhməd 6/71,111,180, Nəsəi 4/93,94, İbn Məcə 1546, əl-Albani «Əhkəmul-Cənaiz»
s. 239, «İrvəul Ğəlil» 3/236.
455
Buxari, Müslim.
456
Buxari 5242, Müslim 1654, Nəsəi 7/30,31, İmam Əhməd 2/229,275,506, Tirmizi 1532.
457
Abdullah b. Əhməd «əs-Sünnə» 643, əl-Laləkai 1778.
159
olduğuna da şahidlik etsin»
458
. Bir nəfər İbn Məsud –
radıyallahu anhu –
nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda
mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud –
radıyallahu anhu – o,
adama: «Lakin
biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə
inanırıq»
459
. Bir nəfər İbn Məsud –
radıyallahu anhu – nun yanında
şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam
mömin olduğunu iddia edir». İbn Məsud –
radıyallahu anhu – onların bu
sözlərinə: «Ondan bir soruşun görün o,
Cənnətlikdir yoxsa
Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam da onlara:
«Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud –
radıyallahu anhu – ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik
olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə
etsəydin?» dedi»
460
. İmam Əhməd
– rahmətullahi aleyhi – ə imana dair
sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir.
Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir
bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə
cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab
vermişdir. Peyğəmbər
- sallallahu aleyhi və səlləm – qəbr əhlini ziyarət
etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna
etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi»
461
. Vəlid b.
Müslim: «Əvzai, Məlik b. Ənəs və Səid b. AbdulƏzizin kişinin mən
möminəm deməsini inkar etdiklərini, inşəallah mən möminəm deməsinə
isə izn verdiklərini eşitdim»
462
. İmam Beyhəqi
– rahmətullahi aleyhi –
deyir ki: «Bunu – imanda istisna etməyi – səhabədən
bir qrupdan,
tabiinlərdən və sələfi salihdən rəvayət etdik»
463
. İbrahim ən-Nəhai
–
rahmətullahi aleyhi – deyir ki: «Bir kimsənin bir nəfərə – Sən möminsən
– deyə soruşması bidətdir»
464
. Sufyan b. Uyeynə
– rahmətullahi aleyhi –
deyir ki: «Bir kimsəyə sən möminsən deyə soruşulduğu zaman istəyirsə
cavab verməsin və belə desin: «Sənin mənə belə bir sual verməyin
bidətdir, mən imanımdan şübhə etmirəm. İman artar və əskilər. Mən
möminəm inşallah deyəni isə tənqid etmə»
465
. İmam əl-Acurri
–
rahmətullahi aleyhi – deyir ki: «Sözünü etdiyimiz elm adamlarından
458
Abdullah b. Əhməd «əs-Sünnə» 711,721, əl-Laləkai 1779.
459
Əbu Ubeyd «İman» 11, Abdullah b. Əhməd «əs-Sünnə» 655,668, Təbərani «əl-Kəbr» 9/8792, əl-
Laləkai 1780.
460
əl-Albani – Əbu Ubeydin «İman» kitabında səhih olduğunu qeyd edir. S. 67.
461
əl-Laləkai «əs-Sunnə» 1798.
462
Abdullah b. Əhməd «əs-Sünnə» 687,744.
463
Beyhəqi «Şuabul İman» 1/212.
464
İbn Batta «əl-İbanə» 2/880 (1212).
465
İbn Batta «əl-İbanə» 2/881 (1213).