90
aparıcı istiqaməti olmuşdur. Xüsusən aqrar islahatın
dərinləşdirilməsi fonunda istehsalın iqtisadi səmərəliliyinin
yüksəldilməsi üçün informasiya monitorinq sisteminin
yaradılması üzrə institutda 2006-cı ildən başlayaraq FAO ilə
qarşılıqlı əməkdaşlıq əsasında ölkənin ərzaq təhlükəsiz-
liyinin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatlar bu
gün öz real nəticələrini verməkdədir. Aqrar sahənin gələcək
inkişaf konsepsiyasının hazırlanmasında, aqrar siyasətin
təkmilləşdirilməsində və beynəlxalq qurumlara dərin
inteqrasiya mərhələlərində bu tədqiqat nəticələrinə böyük
ehtiyac vardır. Hazırda respublikanın 3 pilot regionunda
qurulmuş bu sistem 2015-ci ilədək bütün kənd regionlarını
əhatə etməklə mərkəzi tətbiq xarakterli elmi tədqiqat
müəssisəsi kimi Az.ETKTİ və Tİ olacaq bu sistem stasionar
vəziyyətdə işləyəcək və dövlət strukturlarına müvafiq elmi
praktiki təkliflər hazırlayacaqdır.
İnstitutda elmi kadrların hazırlanması istiqamətində də
ciddi dönüşə nail olunmuşdur. Belə ki, 2003-2011-ci illərdə
kənd təsərrüfatının iqtisadiyyatı üzrə 80-dən artıq yüksək
ixtisaslı elmi kadr (elmlər doktoru, elmlər namizədi)
yetişdirilmişdir. Hazırda institutda 40-dan çox gənc elmi
tədqiqatçı araşdırmalar aparır. İnstitutun elmi kadr
potensialının 40% gənclərdən ibarətdir.
S.V.Salahov 1990-cı ildən iqtisad elmləri namizədi,
2006-cı ildən isə iqtisad elmləri doktorudur. 7 kitab və
monoqrafiyanın, çoxsaylı elmi və elmi-publisistik məqalə-
lərin müəllifidir. O öz tədqiqatlarını aqrar sahənin müasir
makro və mikro səviyyəsi problemlərinə, o cümlədən
istehsalın stimullaşdırılmasına, sahənin regional inkişafına,
91
ərzaq təhlükəsizliyinə, dövlət dəstəyinə, aqrar sahənin idarə
edilməsinə istiqamətləndirmiş, respublikada aqrar sahənin
dövlət tənzimlənməsi elmi istiqamətin ilk tədqiqatçısıdır.
Onun 2005-ci ildə dərc etdirdiyi “Aqrar sahənin dövlət
tənzimlənməsi problemləri” monoqrafiyası dövlət struktur-
ları, elmi ictimaiyyət və tədris müəssisələri tərəfindən
maraqla qarşılanmışdır. Aqrar iqtisadiyyatın nəzəri-
metodoloji və praktiki aspektlərinin müasir tələblər
baxımından təhlili, aqrar siyasətin formalaşdırılması və bu
siyasətin reallaşdırılma strategiyasının təkmilləşdirilməsinə
dair məsələlər onun son elmi araşdırmalarının əsas
mövzusudur. Aqrar sahənin dövlət tənzimlənməsi problem-
lərinin tətqiqatçıları həmin mənbələrdən geniş istifadə
edirlər. Demək olar ki, artıq bu istiqamətdə məktəb
formalaşır.
S.V.Salahovun rəhbərliyi dövründə institutun elmi
fəaliyyəti genişləndirilmiş, beynəxalq elmi əlaqələrin inkişaf
etdirilməsində ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki,
bu gün institut Rusiya Federasiyasının aqrar təmayüllü 5
elmi tədqiqat və tədris institutları, Qazaxıstan Aqrar
Tədqiqatlar Elmlər Akademiyası, Özbəkistan Kənd
Təsərrüfatı Elmi İslahat Mərkəzi, Belorus, Moldova,
Dağıstan respublikalarındakı aqrar tədqiqat və tədris
mərkəzləri, BMT-nin FAO təşkilatı, digər beynəlxalq
qurumlarla elmi əməkdaşlıq əlaqələrini yüksək səviyyədə
qurmuş və müştərək elmi tədqiqat işlərinin yerinə yetiril-
məsinə başlanmışdır.
O, aqrar sahə üzrə Beynəlxalq Konfrans, Simpozium və
sərgilərdə (İngiltərə, Çin Xalq Respublikası, Almaniya,
92
Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti,
Ukrayna Respublikası) iştirakı ilə Respublikamızı layiqincə
təmsil etmişdir.
S.V.Salahovun rəhbərliyi altında aqrar sahə iqtisadiyyatı
üzrə 12 nəfər dissertasiya müdafiə edərək iqtisad elmləri
namizədi və iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
almışdır. O, 11 elmlər namizədinin müdafiəsində apponent,
5 elmi məcmuənin baş redaktoru və elmi məsləhətçisi
olmuşdur.
İqtisad elmləri doktoru, professor S.V.Salahov respub-
lika ictimai-siyasi mühitində də fəallığı ilə seçilirməklə
kütləvi informasiya vasitələrində aparılan elmi diskusiya-
ların fəal iştirakçısıdır.
Ailəlidir, iki övladı var.
93
Allahverdiyev Həsən Bəkir oğlu
Allahverdiyev Həsən Bəkir oğlu
1935-ci il aprel ayının 15-də Qərbi
Azərbaycanda Krasnoselo rayonunun
Gölkənd kəndində kolxozçu ailəsində
anadan olmuşdur. O dövr üçün müstəsna
hal olaraq o, 6 yaşından öz doğma
kəndində orta məktəbin birinci sinfinə
daxil olmuş, iki sinfi bir il ərzində
bitirərək 1949-cu ildə (14 yaşında) Gəncə şəhərində
Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Aqrar
Universitetə) daxil olmuş və oranı 1954-cü ildə
müvəffəqiyyətlə bitirmişdir.
1954-1957-ci illərdə İrəvanda Azərbaycan kənd
Təsərrüfatı Texnikumunda müəllimlik etməklə, 1956-cı ildə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində
birillik pedaqoji məktəbi bitirmişdir. Elmi işə marağı olan
Həsən müəllim 1957-ci ildə Xarkov şəhərində
V.V.Dokuçayev adına Kənd Təsərrüfatı İnstitutunda isteh-
saldan ayrılmaq şərti ilə aspiranturaya daxil olmuş və 1960-
cı ildə həmin ali məktəbin ixtisaslaşdırılmış elmi şurasında
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək
iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Həmin ildən etibarən Bakı şəhərində Azərbaycan Kənd
Təsərrüfatı Elmlər Akademiyasının nəzdində «İqtisadiyyat»
bölməsində baş elmi işçi vəzifəsində çalışmaqla bərabər,
Akademiyanın həmkarlar Təşkilatına rəhbərlik etmişdir.
1962-ci ildə Kənd Təsərrüfatı Elmlər Akademiyası
Dostları ilə paylaş: |