102
Ataşov Bəyalı Xanalı oğlu
Ataşov Bəyalı Xanalı oğlu 1946 - cı
ildə İmişli şəhərində anadan olmuş, 1964
- cü ildə 34 saylı İmişli dəmir yolu orta
məktəbi, 1970 - ci ildə D. Bünyadzadə
ad. Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (indiki Azərbaycan Dövlət
İqtisad Universitetinin) “Uçot – iqtisad”
fakültəsini bitirmişdir.
1970 - 1974 - cü illərdə (hərbi xidmətdə olduğu 1 il
istisna olmaqla) yaşadığı İmişli rayonunun Həzi Aslanov ad.
kolxozunda baş mühasib işləmişdir. 1975 - 1987- ci illərdə
respublikanın Ət və Süd Nazirliyinin qabaqcıl sənaye
müəssisələrində rəhbər vəzifələrdə: İmişli ət kombinatında
baş mühasib; İmişli yağ - pendir kombinatında direktor;
"Qırmızı Əmək Bayrağı ordenli Bakı ət kombinatında
iqtisadi məsələlər üzrə direktor müavini; Bakı süd istehsalat
birliyində baş direktor; Bakı ət kombinatında plan - istehsalat
şöbəsinin rəisi vəzifələrində çalışmışdr.
1987 - ci ilin mart ayından hal - hazıra kimi Azərbaycan
Mərkəzi Kooperativlər İttifaqı ("Azərittifaq") sistemində
işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika
kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı
məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş
direktor, xarici ticarət birliyində baş direktor, maliyyə -
iqtisad idarəsində rəis vəzifələrində bacarıqla çalışmışdır.
2011 - ci ilin avqust ayında Azərbaycan Kooperasiya
103
Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə
keçirilmişdir.
Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə
təcrübəsinə malik olan, elmi axtarışlara daim böyük maraq
göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə
"Azərbaycan Respublikasında ot - süd sənayesinin inkişafı"
mövzusunda namizədlik, 2002 - ci ildə isə "Azərbaycan
Respublikası ərzaq kompleksinin formalaşmasının və
inkişafının təşkilati - idarəetmə problemləri" mövzusunda
doktorluq dissertasiyaları müdafiə etmişdir.
Müstəqil Azərbaycanda ərzaq kompleksinin inkişafı və
ərzaq təhlükəsizliyi problemlərini araşdıran ilk tədqiqat-
çılardandır. Doktorluq dissertasiyasında irəli sürülmüş təklif
və tövsiyələri vaxtilə beynəlxalq təşkilatların iştirakı ilə
həyata keçirilmiş “Kənd təsərrüfatında regional islahatlar”,
"Özəlləşdirilmiş kənd təsərrüfatı müəssisələrinin təşkili",
"Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" kimi pilot
layihələrdə qismən istifadə edilmişdir.
“Azərittifaq”ın idarə heyətinin üzvü olan və uzun
müddət elmi - pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya
Universitetində, bir sıra digər elm ocaqlarında, o cümlədən
Azərbaycan Elmi - Tədqiqat Kənd Təsərrüfatının İqtisadiy-
yatı və Təşkili İnstitutunda davam etdirən B.X.Ataşov 5
monoqrafiyanın ("Ərzaq təhlükəsizliyinin aktual problem-
ləri" adlanan monoqrafiya, 2005- ci il), ali məktəblər üçün
bir neçə dərslik və dərs vəsaitlərinin ("Müəssisələrin
maliyyəsi" Dərslik, 2009 - cu il), çoxsaylı tədris proqramları,
metodik göstərişlər və tövsiyələrin, 100 – dən artıq elmi
məqalələrin müəllifidir, 2011 - ci ildə nəşr edilmiş elmi -
104
təcrübi tezislər toplusu olan "İdarəetmə elmi və rəhbər
əməyi" adlanan kitabı mütəxəssislər arasında böyük marağa
səbəb olmuşdur.
Gənc iqtisadçı alimlərin yetişdirilməsində və hazırlan-
mada fəal iştirak edən B.X.Ataşov Azərbaycan İqtisadçılar
İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin Elmi
Şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin
nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini
keçirən FD.04.013 birləşdirilmiş şuranın üzvüdür.
2007 - 2012 - ci illərdə Azərbaycan Elmi - Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
nəzdində fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün
təqdim olunan dissertasiyaların müdafiəsini keçirən
ixtisaslaşdırılmış Şuranın üzvü olmuşdur.
Müdafiə edilmiş xeyli sayda namizədlik və doktorluq
dissertasiyalarının elmi rəhbəri, məsləhətçisi və rəsmi
opponenti olmuş, bir sıra monoqrafiya, dərslik və dərs
vəsaitlərinin hazırlanıb nəşr edilməsində elmi redaktor və
rəyçi kimi iştirak etmişdir.
Hazırda 1 nəfər elmlər doktoru elmi dərəcəsi iddiasında
olan dissertantın elmi məsləhətçisi, 6 nəfər fəlsəfə doktoru
elmi dərəcəsi iddiasında olan doktorant və dissertantların
elmi rəhbəridir.
Dövri mətbuatda, eləcə də müxtəlif səviyyələrdə keçi-
rilən respublika və beynəlxalq elmi - praktik konfranslarda,
simpoziumlarda, seminarlarda ölkəmizin iqtisadiyyatının
aktual problemlərinə dair müntəzəm olaraq maraqlı ideya və
təkliflərlə çıxış edir.
105
1970 - ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin
Fərmanı ilə "Əmək rəşadətinə görə" yubiley medalı ilə, 2006
- cı ildə İyirminci çağırış "Azərittifaq" Şurasının dördüncü
yığıncağının qərarı ilə “Azərbaycan Respublikasının
Kooperasiya əlaçısı” adı ilə təltif edilmişdir.
1982 - 1986 - cı illərdə İmişli şəhər və Bakı şəhəri
Nərimanov rayon xalq deputatları sovetlərinin deputatı
olmuşdur. "Qızıl qələm" mükafatı laureatıdır.
Ailəlidir, iki oğlu və dörd nəvəsi var.
B.X.Ataşovun çap olumuş monoqrafiya və dərslikləri
1. Yeni təsərrüfatçılıq şəraitində Azərbaycan Respublikası
rayon aqrar - sənaye komplekslərinin struktur dəyi-
şikliklərinin idarə olunmasının iqtisadi - riyazi modelləri,
Monoqrafiya. Bakı, "Azərnəşr", 1993, 12,0 ç.v.
2. Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan
Respublikası aqrar - sənaye kompleksinin idarə
olunmasının iqtisadi mexanizmi. Monoqrafiya
(Ş.Ə.Cəbrayılovla həmmüəllif). Bakı, "Azərnəşr", 1993,
15,5 ç.v.
3. Azərbaycanın ərzaq kompleksi. Monoqrafiya. Bakı,
"Azərnəşr", 1995, 12,5 ç.v.
4. Ərzaq təhlükəsizliyinin aktual problemləri, Monoqrafiya.
Bakı, "Elm", 2005, 21,0 ç.v.
5. Müəssisələrin maliyyəsi. Ali məktəblər üçün dərslik.
Bakı, "Kooperasiya", 2009,21,0 ç.v.
6. İdarəetmə elmi və rəhbər əməyi. Elmi - təcrübi tezislər
toplusu. Bakı,
“
Elm”, 2011, 11,2 ç.v.
Dostları ilə paylaş: |