94
tərkibindəki «Kənd təsərrüfatının iqtisadiyyatı» bölməsi
əsasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutu təşkil olunmuş və
H.Allahverdiyev 1968-ci ilədək bu institutda baş elmi işçi və
şöbə müdiri vəzifələrində çalışmışdır.
1968-ci ildə müsabiqə yolu ilə D.Bünyadzadə adına Xalq
Təsərrüfatı İnstitutunda SSRİ xalq təsərrüfatının iqtisadiyyatı
və planlaşdırılması kafedrasına dosent vəzifəsinə seçilmişdir.
O, 1972-ci ildə həmin institutun elmi şurasında doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad
elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1973-cü
ildən etibarən o institutda SSRİ “Xalq təsərrüfatının iqtisa-
diyyatı və planlaşdırılması” kafedrasının müdiri vəzifəsinə
seçilmişdir. 1977-ci ildə professor vəzifəsinə layiq
görülmüşdür.
SSRİ-nin süqutu ilə SSRİ xalq təsərrüfatının iqtisadiy-
yatı və planlaşdırılması kafedrası iqtisadiyyatın dövlət
tənzimlənməsi kafedrası ilə əvəz edilmiş və 2006-cı ilədək
həmin kafedraya professor H.B.Allahverdiyev rəhbərlik
etmişdir. Professor H.Allahverdiyev elmi-pedaqoji və ictimai
fəaliyyəti səmərəli və geniş şaxəlidir. Onun fəaliyyətinin ən
məhsuldar dövrü respublikada aqrar istehsalın inkişafına və
xüsusilə onun hərtərəfli intensivləşdirilməsi probleminə həsr
edilmişdir. Aqrar islahatların həyata keçirilməsində və
bütövlükdə respublikada bazar iqtisadiyyatının formalaş-
dırılması, inkişafı və tənzimlənməsi sahəsində çalışan ən
məhsuldar alimlərdən biri hesab edilir. İndiyədək 450 çap
vərəqindən çox nəşr edilmiş elmi əsərlərin, o cümlədən 25
adda monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.
95
Professor H.Allahverdiyevin rəhbərliyi və iştirakı ilə
respublikamızda ilk dəfə olaraq Azərbaycan dilində «SSRİ
xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması»,
«Qiymət və qiymətlərin əmələ gəlməsi», «İqtisadi və sosial
proqnozlaşdırılmanın əsasları», «Sosial inkişafın planlaş-
dırılması, «Azərbaycan kəndinin sosial inkişafı» və s. dərslik
və dərs vəsaitləri hazırlanaraq nəşr edilmişdir. Onun bir sıra
elmi əsərləri və monoqrafiyaları Moskva, Sankt-Peterburq,
Kiyev, Xarkov. Minsk və s. şəhərlərdə dərc edilmişdir.
H.Allahverdiyev müxtəlif illərdə Moskvada, Sankt-
Peterburqda, Kiyevdə, Minskdə, Daşkənddə, Tbilisidə,
Yerevanda və digər mərkəzi şəhərlərdə konfranslarda iştirak
etməklə yanaşı, respublikada iqtisadiyyatın aktual proble-
minə dair məruzə və çıxışlar etmişdir. Respublikada yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında da uğurlu
məktəb yaratmağa nail ola bilmişdir. Onun elmi rəhbərliyi
altında 60-dan çox azərbaycan və xarici ölkə vətəndaşları
iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 4 nəfər
iqtisad elmləri doktorluq dissertasiya işinə məsləhətçi olmuş,
70-dən çox namizədlik. 12-dək doktorluq dissertasiyasına
rəsmi opponentlik etmişdir. H. Allahverdiyev 2008 – ci
ilədək Azərbaycan Dövlət İqtisad Universitetində Böyük
Elmi Şuranın namizədlik və doktorluq dissertasiyasının
müdafiəsi üzrə üzvü olmuşdur.
Həsən müəllim, sözün əsl mənasında, ən fəal, səmimi
ictimaiyyətçilərdəndir. O, YAP-ın ən fəal iştirakçılarından
biridir. O, YAP Səbail rayonu siyasi şurasının üzvüdür.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində
YAP-ın ilk ərazi təşkilatını yaratmış və ona 2006-cı ilədək
96
şərəflə rəhbərlik etmişdir. O, 2010-cu il mart ayının 10-da
Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı tərəfindən
partiyanın həyatındakı fəaliyyəti və anadan olmasının 75
illiyi münasibətilə təltif edilmişdir. YAP-ın I, II və III
qurultaylarına nümayəndə seçilmişdir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində
iqtisadiyyatın tənzimlənməsi kafedrasında professor vəzifə-
sində çalışır. «İqtisad elmləri: nəzəriyyə və praktika»,
«İqtisadiyyat və audit» elmi-praktik aylıq jurnalında
redaksiya heyətinin ən fəal üzvlərindən biridir. Mərkəzi və
dövri mətbuatda bazar iqtisadiyyatının aktual problemlərinə
dair ardıcıl elmi məqalələrdə çıxışlar edir.
Həsən müəllim öz çıxışında dəfələrlə qeyd edir ki, insan
ömrünün dəyəri onun çox yaşamasında deyil, necə yaşa-
masındadır. Həsən müəllim çox zəngin həyat məktəbi
keçmişdir. O, milləti üçün olduqca xeyirxah işlər görən, çox
sadə, daim öz üzərində çalışan, axtarışlarda olan faydalı bir
şəxsiyyət kimi tanınır. Həsən müəllimin tələbələri, onu
yaxından tanıyan həmkarları bu insanın kim olmasına
birmənalı cavab verməkdə heç bir çətinlik çəkmədən deyirlər
ki, o Azərbaycan iqtisadiyyatına öz töhfəsini verən iqtisadçı
alim kimi yüksəkixtisaslı kadrların hazırlanmasında
yorulmadan çalışan fədakar müəllim, dövlətinə, xalqına
şərəflə xidmət edən əsl vətəndaş kimi tanınır. Professor
H.Allahverdiyevə qarşı bu münasibət onun prinsipial olması
ilə yanaşı, yüksək tədris intizamına riayət etməsi, tələbələrə
və müəllim kollektivinə qarşı yüksək həssaslıq və
mehribanlıq göstərilməsi ilə bağlıdır. Respublika Təhsil
97
Nazirliyi onun bu göstəricilərinə yüksək qiymət vermişdir.
O, nazirliyin fəxri fərmanına layiq görülmüşdür.
Həsən müəllim özünəməxsus iş üslubu həm kafedra,
həm də fakultə miqyasında özünü daha qabarıq göstər-
məkdədir. Belə sistemli iş üslubu gələcək mütəxəssislərə
göstərilən xeyirxahlığın, vətənə ləyaqətlə xidmətin, nəticədə
iqtisadçı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə
göstərilən qayğının bəhrəsidir. Həsən müəllim iqtisad elmi
ilə yanaşı, bədii ədəbiyyatı da çox sevir. O, sözündə və
əməlində bütöv, ədalətli bir şəxsdir. Dövlətimiz
H.Allahverdiyevin elmi-pedaqoji və ictimai fəaliyyətinə
yüksək qiymət vermişdir. O. 1989-cu ildə «Əmək veteranı»
medalı, 2002-ci ildə isə «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: |