98
Alıyev İsa Hüseyn oğlu
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
professor Alıyev İsa Hüseyn oğlu
08.10.1953-cü ildə Dərələyəz mahalı-
nın (keçmiş Ermənistan SSR
Yexeqnadzor rayonunun) Qalaser
kəndində anadan olmuşdur. Orta
məktəbi 1970-ci ildə bitirmiş, 1970-
75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda “Siyasi iqtisad” ixtisası üzrə əyani
təhsil almışdır. 1975-ci ildə əyani aspiranturaya qəbul olmuş,
1976-77-ci illərdə isə ordu sıralarında xidmət etmişdir. 1982-
ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda “Aqrar
sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi”
adlı 08.00.01 - siyasi iqtisad ixtisası üzrə namizədlik
dissertasiyası müdafiə etmiş, 2005-ci ildə isə “Azərbaycanda
aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmil-
ləşdirilməsi” adlı doktorluq dissertasiyasını, 08.00.05 ixtisası
üzrə müdafiə etmişdir. “İqtisadi nəzəriyyə” ixtisası üzrə
professor elmi adına layiq görülmüşdür.
İsa Hüseyn oğlu Alıyev uzun müddətdir ki, elmi-tədqiqat
işlərini yerinə yetirən savadlı və novator kadrlara rəhbərlik
etməklə, eləcə də yüksək ixtisaslı elmi kadrların hazır-
lanması ilə məşğul olmaqla, respublikamızda zəngin
təcrübəyə və böyük nüfuza malik olan tanınmış elm
adamlarındandır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə bir
sıra elmi tədqiqat işləri, o cümlədən müstəqil respub-
likamızın milli iqtisadiyyatı və dayanıqlılığı məntiqini ifadə
99
edən iqtisadi nəzəriyyə və aqrar sahənin idarə olunması ilə
bağlı işlər yerinə yetirilmişdir. O, 1991-95-ci illərdə
“Respublikamızın ASK-nın təsərrüfat mexanizminin
təkmilləşdirilməsi”, 1995-2000-ci illər ərzində isə “Aqrar
münasibətlərin bazar tələblərinə uyğun təkmilləşdirilməsi”,
2000-2005-ci illərdə “Azərbaycan milli iqtisadiyyatının
formalaşması və aqrar münasibətlərin inkişafı", 2006-2010-
cu illərdə “Qloballaşma şəraitində Azərbaycanda aqrar
iqtisadiyyatın dayanıqlı inkişaf istiqamətlərinin tədqiqi” adlı
elmi-tədqiqat işlərinə rəhbərlik etmiş və bir sıra mühüm
təsərrüfat əhəmiyyətli nəticələr əldə edilmişdir.
İ.H.Alıyev eyni zamanda bir sıra hökumət və dövlət
əhəmiyyətli işlərin yerinə yetirilməsinin bilavasitə iştirakçısı
olmuş, bir sıra samballı monoqrafiyaların müəllifi kimi də
tanınmışdır. Alim 8 fərdi, 11 kollektiv monoqrafiya, 250-yə
ya-xın elmi məqalə, tezis və qəzet yazılarının müəllifidir.
Bunlardan aşağıdakıları qeyd etmək olar. “Aqrar - sənaye
birliklərində iqtisadi mənafelər”. Bakı, “Elm” nəşriyyatı,
1978, 7 ç.v.; “Azərbaycan Respublikasında aqrar sahədə
iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi”, Bakı,
Elm, 2003, 20 ç.v. (kitab AMEA RH tərəfindən mühüm
əhəmiyyətli iş kimi qiymətləndirilmişdir); “Aqrar sahənin
inkişafının təkmilləşdirilməsi və regionlarda islahatların
keyfiyyətcə aparılması”, Bakı, Universiteti nəşriyyatı, 2004,
7 ç.v.; “Milli iqtisadiyyat və aqrar sahənin inkişafı
problemləri”, Bakı, Elm, 2006, 24 ç.v.; “Qloballaşma
şəraitində aqrar sahənin dayanaqlı inkişafının təmin
olunmasının sosial-iqtisadi problemləri”, Bakı, Elm, 2008,
25 ç.v., “İqtisadiyyat hamı üçün”, monoqrafiya, Bakı,
100
“Avropa” nəşriyyatı, 2010, 25 ç.v. və s. O, həmçinin 40-a
yaxın beynəlxalq (Bakı, Minsk, Moskva, Kiyev, Budapeşt,
Astana, Daşkənd və s.) və 100-ə yaxın respublika konfrans
və simpoziumlarının iştirakçısı olmuşdur.
Hazırda İsa Alıyev AMEA İqtisadiyyat İnstitutu Elmi
Şurasının və institutda fəaliyyət göstərən Müdafiə Şurasının
sədridir. İnstitutda nəşr olunan “AMEA İqtisadiyyat
İnstitutunun Elmi Əsərləri” jurnalının və “Modernləşmə
xətti” bülleten jurnalının baş redaktoru, həmçinin respub-
likada nəşr olunan “İqtisadiyyat və həyat”, “Kooperasiya” və
digər çoxsaylı jurnalların redaksiya heyətinin üzvüdür.
Onun redaktorluğu ilə bir sıra sanballı kitablar çap
olunmuşdur. O cümlədən:
“Azərbaycan iqtisadiyyatı”, 1998, “Ağrıdağ” nəşriyyatı,
400 səh., “Modernləşmə və sosial-iqtisadi inkişafın regional
problemləri mövzusunda beynəlxalq elmi-praktiki
konfransın materialları”, Bakı, 2009, 492 səh., “Qloballaşma
mühitində milli iqtisadi inkişaf modelinin formalaşması
problemləri”, Bakı, 2010, 186 səh., “İqtisadi nəzəriyyə”,
Bakı, 2010, 750 səh., “Aqrar sahə modernləşmə dönəmində:
(problemlər və onun həlli yolları), Bakı, 2009 və s.
O, 1980-ci ildən həmçinin pedaqoji fəaliyyətlə də
məşğuldur. Rəhbərliyi ilə 1 elmlər doktoru, 15 iqtisad üzrə
fəlsəfə doktoru, müdafiə etmiş, 2 nəfər isə müda-fiə
ərəfəsindədir. “Mən də beləyəm”, 2005, 331 səh. şer
kitabının müəllifidir.
- 2003-cü ildə VEKTOR Beynəlxalq Elm Mərkəzi
tərəfindən “XXI əsr Azərbaycan ziyalıları” Beynəlxalq
101
layihəsinin qalibi olmuş və “XXI əsr Azərbaycan ziyalıları”
Beynəlxalq ensiklopedik kitabına adı salınmışdır.
- 2004-cü ildə “V.S.B – Simurq” Fundamental
Araşdırmalar Bürosu tərəfindən “Məsuliyyətli və mübariz
Azərbaycan vətəndaşı” diplomuna layiq görülmüşdür. “Qızıl
Qələm” mükafatçısıdır.
- 2011-ci ildə Avropanın və Böyük Britaniyanın nüfuzlu
mükafatlarından olan “Kraliça Viktoriya xatirə medalı” ilə
təltif edilməsi üçün namizədliyi irəli sürülmüş və Böyük
Britaniyanın Oksford şəhərində, Liderlərin Oksford Sammiti
çərçivəsin-də mükafat təqdim olunmuşdur.
2011-ci ildə “Avropa Nəşr Mətbu Evi” mükafat komis-
siyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorun-
masında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli
fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, kollektivə
göstərdiyi xüsusi qayğıya, dəyərli elmi kitablarına, müasir
ölkə iqtisadiyyatının aktual problemlərinə dair yaradıcı elmi
təkliflərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim”
qızıl medalı ilə təltif olunmuşdur.
2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi, Avropa Açıq
Elm Forumu, Avropa Biznes Assambleyası və Avropa
rektorlar klubu tərəfindən təsis edilmiş “Elmdə Ad” (the
Name of Science) fəxri mükafatına layiq görülmüşdür.
Dostları ilə paylaş: |