Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə22/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   18   19   20   21   22   23   24   25   ...   127

 
43
gəldikdə Rumlular: «Bizi və bizdən  əsir olanları baş-başa buraxın ki, 
onlarla savaşaq» deyərlər. Müsəlmanlar: «Vallahi! Qardaşlarımızı sizin 
əlinizə vermərik» deyərlər
193
. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «İstanbulun  fəthi 
Qiyamətə yaxın olacaqdır»
194

51. Kəbənin YıxılmasıAbdullah b. Amr - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həbəşili Zul 
Sevikateyn Kəbəyə  gələcək, zinətlərini yığacaq, örtüyünü çıxaracaqdır. 
Əyri ayaqlı bir kimsə olaraq Kəbənin daşlarını bir-bir sökəcəkdir. Həbəşili 
olub Allahın beytini yıxacaqdır»
195
. İbn Ömər, Əbu Hureyrə, İbn Abbas 
radıyallahu anhum –  rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «Kəbəni iki ayağı  zəif olan Həbəşili birisi sökər. 
Örtüyünü çıxarır və daşlarını  tək-tək sökər (Başqa rəvayətdə: Tək-tək 
sökdüyünü görürəm)”
196
. Əbu Hureyrə, Əbu Qatadə - radıyallahu anhum 
  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Həcərul  Əsvəd ilə  İbrahim məqamı arasında bir adama beyət edilir. 
Kəbənin dəyərini yalnız onun xalqı qaldırır. Əgər bu olarsa artıq ərəblərin 
yox olmasından qaçılmışdır. Sonra Həbəşilər gəlir. Kəbəni sökərlər və 
ondan sonra Kəbə bir daha inşa edilməz. Kəbəni sökərək onun içində olan 
xəzinələri götürərlər (Başqa rəvayətdə: Kəbənin üzərinə  çıxar və onu 
sökər
197
)”
198
.  
52.  Fıratın Suyunun Quruması:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Firat 
suları quruyub qızıldan bir dağ ortaya çıxarmadıqca qiyamət 
qopmayacaqdır. O, qızılı  ələ keçirmək üçün insanlar bir-birləri ilə 
savaşacaqlar. Savaşa qatılan hər yüz nəfərdən doxsan doqquzu 
öldürüləcəkdir. Hər kəs də o, qurtulan kimsənin mən olduğunu ümüd 
edirəm deyəcəkdir. Kim o, vaxtı orada olarsa oradan bir şey 
götürməsin»
199

53.  Ərəbistan Yarmadasının Yaşıllığa Bürünməsi:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ərəb yarmadası bitkili (yaşıllı) və çaylar axan bir 
                                                           
193
 Müslim «Fitən» 78.  
194
 Tirmizi 2240. 
195
 Əhməd 2/220, Buxari «Həcc» 49, Müslim «Fitən» 59. 
196
 Fəthul-Bəri, Buxarî “Hacc” 3/460, Nəvəvi  Şərhi, Müslim “Fitən” 18/35, Musnəd 12/14-15, H. 
7053, Əhməd Şakir “Səhih”. 
197
 Musnəd 15/227, H. 8080, Əhməd Şakir “Səhih”.  
198
 Musnəd 15/35, Əhməd Şakir “Səhih”, əl-Albâni “Sahih Hadislər” 2/120, H. 579.  
199
 “Fəthul-Bəri, Buxari “Fitən” 13/78, “Nəvəvi Şərhi”, Müslim “Fitən” 18/18.  


 
44
əraziyə dönmədikcə Qiyamət qopmayacaqdır»
200
. Muaz b. Cəbəl  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm –  Təbuk döyüşü zamanı buyurdu: “İnşallah, siz sabah Təbuk 
ərazisində olan (su quyusuna) bulağa çatacaqsınız. Gündüz olmadan ora 
girməyin. Sizdən kim ora çatarsa mən gəlmədən oranın suyuna əl 
sürtməsin. Biz oraya çatdıqda artıq bizdən öncə iki nəfər ora gəlmiş  və 
quyudan ayaqqabı bağı kimi incə su axırdı. Peyğəmbər sallallahu aleyhi 
və səlləm – o, iki adama: “Bu suya əlinizi sürtdünüzmü?”. Onlar: “Bəli” 
dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları danladı. Sonra o, 
quyunun (axmış) suyunu ovucu ilə götürərək bir şeyin içinə doldurdu. 
Əllərini və üzünü yudu. Qalan suyu quyunun içinə boşaltdı. Quyunun 
suyu artı. Oradakılar bol-bol ondan içdilər. Peyğəmbər: “Ey Muaz! əgər 
sənin ömrün uzun olarsa buranın baxçalarla dolu olduğunu 
görəcəksən”
201
.  
54.  İnsanların  Şərlilərinə Etimad Edilməsi:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamətdən öncə aldadıcı illər olacaqdır. O, illərdə 
doğrular yalan, yalançılar doğru danışarlar, güvənilir bir kimsə  xəyanət 
edər, xain kimsəyə güvənilir və dəyərsiz kimsələr söz sahibi olurlar»
202
.  
55. Yağışların Çoxalması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə 
yaxın göydən o, qədər yağış yağar ki, ondan qorunmaq üçün kərpiç evlər 
yetərli olmaz. Dəridən çadırlar qurarlar”
203
.  Ənəs  - radıyallahu anhu –  
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamətə yaxın bir il yağış yağar, lakin yerdən bir bitki də bitməz”
204
.  
56.  Heyvanların Və  Əşyaların Danışması:  Əbu Səid  - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Canım  əlində olan Allaha and olsun ki, vəhşi heyvanlar 
insanlarla danışmadıqca, insanın qılıncının ucu, ayaqqabılarının bağı  və 
ailəsinin (o, evdən çıxdıqdan) sonra nələr etdiyini baldırı ona 
bildirmədikcə Qiyamət qopmayacaqdır»
205
.  Əbu Hureyrə  - radıyallahu 
anhu – ravayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Bir nəfər inəyin üzərinə minir. İnək insana baxaraq dilə  gəlir 
və: «Mən bunun üçün yaradılmadım. Lakin mən  əkinçilik üçün 
                                                           
200
 Müslim «Fitən» 29.  
201
 Nəvəvi Şərhi, Müslim “Fədail” 15/40,41.  
202
 Əhməd 2/338.  
203
 Musnəd 13/291, H. 7554, Əhməd Şakir “Səhih”.  
204
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/30, Musnəd 3/140, Heysəmi “Məcmauz-Zəvaid” 7/330.  
205
 Əhməd “Musnəd” 3/84, Tirmizi “Fitən” 6/409, əl-Albâni “Səhih Hədislər” 1/31, H. 122.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə