Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə23/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   19   20   21   22   23   24   25   26   ...   127

 
45
yaradıldım». Xalq heyrət və qorxu ilə: «Subhənəllah! Danışan bir inək» 
dedilər. Peyğəmbər: «Mən (onun danışmasına) inanıram.  Əbu Bəkr və 
Ömər də inanırlar» deyə buyurdu. Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir 
çoban qoyun sürüsü içərisində olduğu vaxt bir canavar sürüyə hücum edib 
qoyunlardan birini götürür. Çoban da canavarı təqib edərək qoyunu ondan 
alır. Bunun üzərinə qurd çobana: «Mənim onların arasında qalacağım gün, 
qocaldığından dolayı onların məndən başqa bir çobanı da olmayacağı gün, 
onları  məndən kim qurtarır?» dedi. Xalq: «Subhənəllah!» dedilər. 
Peyğəmbər: «Mən (onun danışımasına) inanıram.  Əbu Bəkr və Ömər  
radıyallahu anhum – də inanırlar» deyə buyurdu
206
.  
57. Keysər Və Kisra OlmayacaqdırPeyğəmbər – sallallahu aleyhi və 
səlləm – buyurdu: «(Bizans imperatoru) Keysər öldükdən sonra başqa bir 
Keysər (Sasani hökmüdarı) Kisra öldükdən sonra başqa bir Kisra 
gəlməyəcəkdir. Canım  əlində olan Allaha and olsun ki, onların 
xəzinələrini Allah yolunda xərcləyəksiniz»
207
.  
58.  Kaxtanlının Çıxması:  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – 
buyurdu: «Kahtandan insanları  dəyənəyi ilə idarə edən bir adam 
çıxmadıqca qiyamət qopmaz»
208
. Axır zamanda Kaxtan qəbiləsindən bir 
adam çıxar və insanlar ona dini lider olaraq itaət edərlər və  ətrafında 
toplanırlar. Qurtubi – rahmətullahi aleyhi - deyir ki: “İnsanları  dəyənəyi 
ilə idarə edən bir adam” sözünün mənası:  İnsanları doğru yola sövq 
etməsi, ona bağlamasıdır. Hədisdə isə onun insanlara qarşı sərt və kobud 
olması başa düşülür”
209
. Bu sərtlik hər kəsə qarşı deyildir. Yalnız həddi 
aşan günahkarlara qarşıdır. O, isə dürüst bir kimsə və ədalətlə hökm edər. 
İbn Abbas - radıyallahu anhu –  rəvayət edir ki: “Qaxtanlı adam, hamısı 
saleh kimsələrdir”
210
.  
59.  İlk Dəniz Savaşı Edən Ordu: Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ümmətimin dəniz savaşı edəcək olan ilk ordusuna 
Cənnət vacib olmuşdur. Ümmu Haram
211
 - radıyallahu anhu – deyir ki: 
«Ya Rəsulullah! Mən o, orduda olacağammı?». Peyğəmbər: «Sən o, 
ordudakı  əskərlər arasında olacaqsan» deyə buyurdu. Peyğəmbər: 
«Kayserin  şəhərinə  (İstambul) savaşmağa gedən ümmətimin ilk ordusu 
                                                           
206
 Müslim 2388. 
207
 Buxari «Əyman» 3, Müslim «Fitən» 75. 
208
 Buxari «Fitən» 23, Müslim «Fitən» 2910. 
209
 “ət-Təzkira” s: 635.  
210
 “Fəthul-Bəri” 6/535.  
211
 Ummu Haram - radıyallahu anhu – Hicrətin 27-ci ilində Muaviyə - radıyallahu anhu – ilə birlikdə 
Kibris savaşına qatılmışdır. O, dəniz döyüşlərində vəfat edir. Müslim «İmarə» 161.  


 
46
bağışlanmışdır» deyincə  mən: «Ya Rəsulullah! Mən də onların arasında 
olacağammı?» deyə soruşdum. O: «Xeyr» deyə cavab verdi
212
.  
60.  Xəlifəlik Qureyşdəndir:  Cabir b. Səmura  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «On 
iki xəlifə olacaqdır. Hamısı da Qureyşdəndir»
213
. Peyğəmbər sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Xəlifəlik məndən sonra otuz ildir»
214

Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «On iki münafiq 
vardır. Bunlar Cənnətə girməzlər və dəvə iynənin dəliyindən keçənə qədər 
onu iyisini belə hss etməzlər»
215
.  
61.  Ən Xeyirli Əsr:  İmaran b. Hüseyn - radıyallahu anhu –  rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin 
ən xeyirliləri mənim zamanımdakılardır. Sonra onların ardıyca 
gələnlərdir». Səhabə deyir ki, bilmirəm iki, yoxsa üç nəsil zikr etdi. Sonra 
sözünə davam edərək: «Sizdən sonra elə bir qövm gəldi ki, şahidliləri 
istənməyəcəkdir, lakin şahidlik edəcəklər. Xainlik ediləcəkdir, onlara 
güvənilməyəcəkdir. Nəzir deyəcəklər, lakin yerinə yetirməyəcəklər…»
216
.  
Həyasızlığın ortaya çıxması, düşmənçiliyin, nifrət etməyin, kin 
saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları və s. səhih 
hədislərlə sabit olunmuş bir çox əlamətlər vardır
217
. Elə bir dəhşətli 
dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaqdır. 
Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin. 
(Xeyirli  əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir 
olacaqdır, axşamı mömin olan isə  səhərə kafir olacaqdır.  İnsanlar öz 
imanlarını (dinlərini) dünya malına satacaqlar»
218
. Peyğəmbər – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Yeddi şey gəlmədən öncə yaxşı  əməllər 
etməyə çalışın. Unutqanlıq gətirən fəqirlik, azdıran zənginlik, sağlamlığı 
pozan xəstəlik, yaşlılıq, qəfldən gələn ölüm, gözlənilən və bilinməyən 
şərlərin ən dəhşətlisi Dəccəl və ya daha qorxunc və acı olan Qiyamətdən 
başqa bir şeyimi gözləyirsiniz»
219
. Allah bizi o, günlərdə qorusun! Amin! 
                                                           
212
 Buxari «Cihad» 93. 
213
 Buxari, Müslim.  
214
 Əhməd 5/220, Əbu Davud «Sünnə» 8, Tirmizi «Fitən» 48. 
215
 Müslim 2779,2780. Bəzi mənbələrə görə Təbuk səfərindən dönərkə Aqabə gecəsində Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – sui qəsd etmək istəyən kimsələrdir. Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Münafiqin məsəli iki qoyun sürüsü arasında (hansı sürüdən olduğunu bilməyərək) 
gah oyana, gah da bu yana çaşqın gedən qoyuna bənzər» Müslim 2784. 
216
 Buxari, Müslim «Fitən» 42. 
217
 Bu  haqda  geniş  məlumata Buxari, Müslim, Əbu Davud, Tirmizi və s. hədis kitablarına baxa 
bilərsiniz. 
218
 İmam Nəvəvi “Şərh Müslim” 2/133.  
219
 Tirmizi 2307.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə