Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə31/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   27   28   29   30   31   32   33   34   ...   127

 
61
idi. O: «Ya Səid!  İnsanların bəziləri mənim Dəccəl olduğumu iddia 
edirlər. Sən Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in hədislərini  ən 
yaxşı bilən birisisən» dedi. Məgər sən Peyğəmbərin: «Dəccəlin uşağı 
yoxdur» dediyini eşitmədinmi? dedi. Mən: «Bəli, eşitdim» dedim. O: 
«Dəccəl Mədinəyə  və  Məkkəyə girməyəcəkdir» dedi. Mən isə  Mədinə 
doğuldum və indi də  Məkkəyə getmək istəyirəm. (Başqa rəvayətdə: 
«Peyğəmbər: «Şübhəsiz ki, Allah Dəccələ Məkkəni haram etmişdir» deyə 
buyurmuşdu. Halbuki mən həcc etmişəm»). Ey Məhəmmədin səhabəsi! 
Allahın Peyğəmbəri: «O, (Dəccəl) bir Yəhudidir (Başqa rəvayətdə: «O, 
kafirdir»)» deyə buyurmamışdı. Halbuki mən müsəlman olmuşam. Lakin 
Vallahi mən Dəccəlin nə vaxt və harada doğulduğunu və indi harada 
olduğunu çox yaxşı bilirəm. Mən onun atasını da, anasını da tanıyıram. 
Bir nəfər: «Sənin o, adam (Dəccəl) olmağın səni sevindirərdimi?». O: 
«Əgər onun pis sifətləri məndə olsaydı  mən onları pis qəbul etməzdim» 
dedi.  İbn Səyyadın bu sözlərindən sonra mənim zehnim qarışdı  və bu 
sözləri məndə şübhə doğurdu
302
. Məhəmməd b. Munkər deyir ki, Cabir b. 
Abdullah  - radıyallahu anhu – nu gördüm ki, o İbn Səyyadın Dəccal 
olduğunu Allaha and içərək söylədi. Mən də: «Sən Allaha and içirsən» 
dedim. O: «Mən Ömər - radıyallahu anhu – dan eşitdim ki, o Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – in yanında İbn Səyyadın Dəccəl olduğuna 
and içmiş Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  də onun bu andını 
rədd etməmişdir»
303
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – onu 
sorğu-sual etdikdən sonra ona bir şey etmədi. Çünki onun Dəccəl 
olduğuna dair ona bir vəhy gəlməmişdir. Ayrıca Ömər - radıyallahu anhu 
– onun Dəccəl olduğuna dair Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 
yanında and içmiş Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bunu rədd 
etməmişdir.  
İbn Səyyad Məsih Dəccəldirmi? Səhabələrdən İbn Ömər, Cabir, Əbu 
Zərr və s. Onun Dəccəl olduğuna kəsin qərar vermişlər. Nəfi deyir ki, İbn 
Ömər - radıyallahu anhu – dedi: “Vallahi, İbn Səyyadın Dəccal olmasında 
şübhəm yoxdur”
304
. Zeyd b. Vəhb deyir ki, Əbu Zərr - radıyallahu anhu – 
dedi: “İbn Saidin Dəccəl olmasına on dəfə and içməyim, olmadığına bir 
dəfə and içməyimdən daha xoşdur”
305
.  İmam Nəvəvi  – rahmətullahi 
aleyhi – deyir ki: “Alimlər deyirlər ki: “İbn Səyyadın qissəsi qarışıqdır. O, 
həqiqətən Dəccəldir, yoxsa başqasımı? Lakin onun dəccallardan bir 
                                                           
302
 Müslim 2926.2927. 
303
 Müslim 2929. 
304
 Müslim “Fitən” 18/57,58, Ebu Davud 11/483, Fəthul Bəri 13/325.  
305
 Musnəd 5/148.
 
 


 
62
Dəccal olduğunda  şübhə yoxdur”. Yenə alimlər deyirlər ki: “Hədislərin 
zahirində görsənən Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  ə onun 
Məsih Dəccəl və qeyrisi olduğu haqqında bir vəhiy gəlməmişdir. Ona 
yalnız Dəccəlin sifətləri vəhiy olunmuşdur.  İbn Səyyad üzərində  də bu 
sifətlər vardı. Buna görə  də Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
onun Dəccal və ya qeyrisi olduğunu qəti olaraq söyləmirdi. Necə ki, Ömər 
- radıyallahu anhu – ya: “Əgər o, Dəccəl olarsa sənin onu öldürməyə 
gücün çatmaz” deyə buyurmuşdu.  
3. Isa – Əleyhissəlam – In Zühru Barədə Nazil Olan Ayələr: «O vaxt 
Allah dedi: "Ey İsa! Mən sənin həyatına son qoyub Özümə  tərəf 
qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri 
Qiyamət gününə  qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin 
dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində 
sizin aranızda hökm verəcəyəm». (Ali İmran 55). «(Onların lənətə düçar 
olmalarının bir səbəbi də)  Biz Allahın elçisi Məryəm oğlu  əl-Məsihi 
öldürdük – demələridir. Halbuki onları  İsanı  nə öldürdülər, nə  də 
çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı 
ixtilafda onlar onun (şəxsən öldürülməsi) barəsində  əlbəttə  şəkk-şübhə 
içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar 
ancaq zənnə qapanırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. Xeyr, 
Allah onu Öz dərgahına qaldırmışdır.  Şübhəsiz ki, Allah yenilməz 
qüvvət sahibi, hikmət sahibidir». (ən-Nisa 157-158). Allah onun 
öldürülməsini inkar etməklə səmaya yüksəldiyini göstərir. Bu ayə Məsih 
İsa  –  əleyhissəlam –  ın diri olduğu halda səmaya qaldırılmasına aid qəti 
dəlildir.  Şübhəsiz ki, bu baxış haqq olan bir baxışdır. Yəhudilərin  İsa  – 
əleyhissəlam –  ın öldürüb xaça çəkilmələrini və savadsız Xristianların, 
Yəhudilərin bu dediklərini qəbul edənlərin iddialarının batil olduğunu 
göstərən ayələrin daşıdığı məqsəd bundadır. Beləliklə İsa – əleyhissəlam – 
ın varlığını, Allah dərgahında olduğunu və Qiyamət günündən öncə yer 
üzünə  gələcəyini bildirməkdir
306
.  İbn Abbas - radıyallahu anhu – 
tərəfindən rəvayət edilən mərfu hədisdə:  «Şübhəsiz ki, (İsanın zühuru) 
qiyamət saatı haqda bir bilgidir…». (əz-Zuxruf 61). Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Yəni Qiyamət günündən öncə 
Məryam oğlu İsanın zühur etməsi…»
307
. Mücahid – rahmətullahi aleyhi – 
deyir ki: «İsa – əleyhissəlam – ın Qiyamət üçün əlamət olması və Qiyamət 
günündən əvvəl gəlməsi zühur edəcəyini bildirir”.  
                                                           
306
 İbn Kəsir 1/577.  
307
 Əhməd, Həkim. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə