Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə29/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   25   26   27   28   29   30   31   32   ...   127

 
57
həftə) bərabər olacaqdır. (O, qırx günün içində
291
) Qalan günlər isə sizin 
günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya Rəsulallah! Bu bir il 
qədər olan o, bir gündə bizlərə bir günün namazı kifayət edirmi?» deyə 
soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o, uzun gündə, adi 
günlərdə  qıldığınız namaz vaxtlarını hesablayıb, namazlarınızı  qılın!» 
deyə buyurdu. Biz: «Ya Rəsulallah! Dəccəl yer üzündə  nə cür sürətlə 
yeriyəcəkdir?» deyə soruşduq. Peyğəmbər: «Küləyin qovduğu yağış 
buludlarının sürəti kimi!» deyə buyurdu. Peyğəmbər: «O, bir qövmün 
yanına gəlib onları  dəvət edəcəkdir. Onlar da ona iman gətirib itaət 
edəcəklər. Bundan sonra o, göyə  əmr edəcəkdir. Göy də onun əmri ilə 
yağış yağdıracaqdır. Sonra yerə  əmr edər. Yer də  hər cür bitkilərini 
bitirəcəkdir. O, qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl 
bir halda, məmələri südlə dolu, ətlənmiş bir halda geri qayıdarlar. Sonra 
Dəccəl digər bir qövmə  gəlib onları da dəvət edər. Lakin o, qövm onun 
sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o, qövümdən 
uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf olub gedər 
(Başqa rəvayətdə: «Dəccəlin çıxmasından əvvəl üç ilə şiddətli bir qıtlıq və 
quraqlıq olacaqdır. İnsanlar böyük bir aclığa məruz qalacaqlar. Birinci ili 
Allah göylərə yağışın üçdə birini, yerə isə içdə birini kəsməyi əmr edər. 
İkinci ili isə üçdə ikisini, üçüncü ili isə tamamən yağmurun yağmasını və 
yerə də bitkilərini bitirməsini qadağan edər. Heç bir yaşıllıq bitməz və bir 
damla su da qalmaz. Bütün dırnaqlı canlılar ölür. Allahın dilədiklərindən 
başqa insanlar o. vaxt nə ilə dolanırlar? Deyə soruşduqda. Peyğəmbər: 
«Təhlil, Təkbir, Təsbih  və  Təhmid  ilə keçinirlər. Bu onlar üçün yemək 
yerinə keçər»
292
). Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini 
çıxart!» deyər və bal arılarının (ana) arının ardınca düştükləri kimi 
xəzinələr də onun ardınca düşərlər». 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – sözünə davam edərək 
buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc 
ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-
birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da 
həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını 
yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. 
O, da iki paltara bürünmüş  və  əllərini iki mələyin qanadlarına qoyaraq 
Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər 
bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün 
                                                           
291
 Əhməd 5/364, İbn Əbi Şeybə 7/495, Fəthul Bəri 13/105, İbn Kəsir 1/583, Məcmuaz Zəvaid 7/344. 
Başqa rəvayətdə: Yer üzündə 40 ilmi? 40 aymı? 40 günmü.  
292
 İbn Məcə «Fitən» 33. 


 
58
son görmə  həddinə  qədər çatar. İsa  –  əleyhissəlam – Dəccəli axtarır. 
Nəhayət onu (Beytul-Məqdisə) yaxın bir yerdə Ludd qapısının yaxınlığın-
da yaxalayaraq öldürər. Sonra İsa  –  əleyhissəlam – Allahın Dəccəlin 
şərindən qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – onların 
üzərilərinə  əli ilə toxunub məsh edir və onlara Cənnətdəki dərəcələrini 
söyləyər. Onlar bu halda olduqları vaxt Allah – subhənəhu və təalə -, İsa – 
əleyhissəlam – a: «Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç 
bir kimsənin onlarla müharibə etməyə  nə qüdrəti, nə  də qüvvəti çatar! 
Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında sığınacaq ver» deyə vəhy 
etdi. Allah Yəcuc və  Məcuc tayfalarını göndərir.  «Yəcuc və  Məcuc 
(səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə 
axışdıqları zaman». (əl-Ənbiya 96). Onların  əvvəli Təbəriyyə gölünə 
yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən and olsun ki: «Nə 
vaxtsa burada su vardı» deyərlər. Allahın Peyğəmbəri İsa – əleyhissəlam – 
və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. Nəhayət onların birinə 
bir öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa – 
əleyhissəlam – və  səhabələri Allaha dua edərlər. Allah da (Yəcuc və 
Məcuc) onların boyunlarına qurdlar salar və  səhəri hamısı  məhv olub 
gedərlər. Sonra Allahın peyğəmbəri və onunla birlikdə olanlar yerə 
enərlər. Yer üzündə  Yəcuc və  Məcuc tayfasının cəsədlərindən bir qarış 
yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu aləmi bürüyəcəkdir. 
Allahın peyğəmbəri və onunla birlikdə olanlar Allaha dua edərlər. Bu 
dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun boylu quşlar 
göndərər. Quşlar o, leşləri götürüb Allahın istədiyi yerə apararlar. Sonra 
Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər 
gildən olsun heç bir ev o, yağışın enməsinə mane ola bilməyəcəkdir. 
Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi 
parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» 
deyə əmr edəcəkdir. O, gün bir camaat bir narı yeyib doyarlar və qabığı 
altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü böyük 
bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü 
isə bir neçə ailəyə kifayət edər (Başqa rəvayətdə: «Həyatım  əlində olan 
Allaha and olsun ki, Məryəm oğlu İsa adil bir hakim olaraq sizin içinizə 
enməsi yaxındır. O, xaçları  sındıracaq, donuzları öldürəcək və cizyəni 
qaldıracaqdır, zəkatı buraxacaq, qoyundan və dəvədən zəkat alınmayacaq-
dır,  ədavəti, kin-kudurəti aradan qaldıracaqdır, hər zəhərllinin zəhərini 
çəkib alacaqdır. Belə uşaq əlini ilanın ağzına soxacaq amma ilan ona zərər 
verməyəcəkdir. Uşaq aslanı qovalayacaq amma aslan ona zərər 
verməyəcəkdir. Qoyunlar arasında qurd qoyunları qoruyan it kimi 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə