Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə27/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   23   24   25   26   27   28   29   30   ...   127

 
53
Mədinəyə  tərəf gəlir və  hər iki qapısında Mələk görür. Bundan sonra 
Mədinə üç dəfə sarsıntı keçirir. Münafiq kişi və qadın, fasiq kişi və qadın 
oradan çıxarlar»
265
.  Əbu Bəkrə  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Məsih Dəccəl 
Mədinəyə girməz. O, zaman Mədinənin 7 qapısı vardır və hər qapıda iki 
mələk vardır”
266
. Abdullah b. Amr - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Dəccəl) Kəbəyə və 
Beytul Məqdisə girməz (Başqa rəvayətdə: Dörd yerə girməz: Kəbə, 
Məscidul Nəbəviyyə, Məscidul Aqsa və Tur (dağı)
267
)”
268
.  
Məsih Dəccəl Barəsində Varid Olan Hədislər:  Sab b. Cusamə  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: “İnsanlar Dəccəli unutmadıqca, imamlar minbərlərdə 
ondan danışmağı  kəsmədikcə  Dəccəl meydana çıxmaz”
269
. Cabir b. 
Abdullah  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: “Dəccəl dindən qafil olduğu və elmdən üz 
çevrildiyi bir zamanda ortaya çıxar”
270
.  İmran b. Hüseyn - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Adəm – əleyhissəlam – ın yaradılmasından Qiyamətin qopacağı 
vaxta qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır»
271

Aişə,  Əbu Umamətul Bahili - radıyallahu anhum –  rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulullah! O, zaman 
insanların yeyəcəyi nə olacaq?”. O: “Təhlil, Təkbir, Təsbih  və  Təhmid 
onlar üçün yemək yerini tutacaqdır” deyə buyurdu
272
. İmran b. Hüseyn 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Dəccəl barəsində  eşidən mütləq qaçacaqdır. Allaha 
and olsun ki, onun yanına gələn onu mömin hesab edəcəkdir. Onun 
ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı  şübhə hisləri meydana 
gələcəkdir və yaxud o, şübhə doğuracaqdır»
273
. Ənəs - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Məkkə  və  Mədinə müstəsna Dəccəlın ayaq basmadığı torpaq 
qalmayacaqdır. Məkkə  və  Mədinənin hər girəcəyində  mələklər durub bu 
                                                           
265
 Əhməd 4/338, Həkim 4/586, Deyləmi 8992.  
266
 Buxari 2/664, 6/2607, İbn Hibban 9/48, 15/29,216, Həkim 4/583, Məcmuaz Zəvaid 7/332, İbn Əbi 
Şeybə 6/406, 7/492, Fəthul Bəri 10/191.  
267
 Əhməd 5/364,434, Fəthul Bəri 13/105.  
268
 Qurtubi 4/89, Məcmuaz Zəvaid 7/350, Fəthul Bəri 13/104.  
269
 Əhməd 4/71, İbn Həcər “Təhzibu Təhzib” 4/369.  
270
 Əhməd 3/367, İbn AbdulBər “Təhmid” 16/180, Məcmuaz Zəvaid 7/344.  
271
 Müslim.  
272
 Əhməd 6/75,125, İbn Məcə 4077, İbn Kəsir 1/582, Məcmuaz Zəvaid 7/335.  
273
 İbn Kəsr «Cəmiul Üsul» 10/354, H. 7846, ən-Nəhayə 1/82. 


 
54
şəhəri qoruyacaqlar (Başqa rəvayətdə: «Mədinə  və  əhalisi üç dəfə 
sirkələnəcəkdir. Mədinədə bir nəfər belə münafiq kişi və qadın qalmaz. 
Hamısı onun (Dəccəlin) yanına gedirlər
274

275
. Əbu Hureyrə - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Mədinəyə Vəba və Dəccəl girməz»
276
. Ənəs - radıyallahu anhu 
  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«İsfəhan yəhudilərindən  70  nəfər  əyinlərində Tayalisə
277
 olaraq  Dəccalin 
ardıyca gedəcəklər»
278
. Ummu Şərik - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «İnsanlar Dəccəlin 
şərrindən dağlara qaçacaqlar»
279
. İbn Ömər - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Mən sizi 
Dəccəldən çəkindirirəm. Hər bir Peyğəmbər öz ümmətini ondan 
çəkindirmişdir. Nuh – əleyhissəlam – da öz qömünü ondan çəkindirmişdir. 
Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir Peyğəmbər bunu öz 
ümmətinə deməmişdir. Dəccəl tək gözdür. Allah isə tək göz deyildir. Bilin 
ki, sizdən heç kəs ölənə kimi öz Rəbbini görməyəcəkdir. Dəccəlin iki 
gözü arasında kafir yazılmışdır. Oxuya bilən və oxuya bilməyən hər bir 
mömin bu kəlməni oxuyacaqdır»
280
. Ribi b. Xiraş  - radıyallahu anhu – 
rəvayət edir ki, bir gün Əbu Məsud  əl-Ənsari ilə birlikdə Huzeyfə b. 
Yəmən - radıyallahu anhu – nun yanına getdik. Əbu Məsud, Huzeyfəyə: 
«Dəccəl haqqında Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən 
eşitdiyini bizə xəbər ver» dedi. Huzeyfə: «Dəccəl ortaya çıxacaq. Onunla 
bərabər su və atəş  də olacaqdır.  İnsanların su kimi gördükləri yandırıcı 
atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur. Sizdən hər kim o
vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, sərin və 
soyuq sudur» Bundan sonra Əbu Məsud: «Mən də bunu Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – dən eşitdim» dedi
281
. İbn Ömər - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Dəccəlin mənzili (Mədinə yaxınlığındakı)  ərazidə olacaqdır. 
(Mədinədən) çıxıb onun yanına gedənlərin çoxluğunu qadınlar təşkil 
edəcəkdir. Belə ki, insan yoldaşının, anasının, bacısının və xalasının 
yanına dönəcəkdir. Dəccalın yanına getmələrindən qorxduğu üçün onları 
bağlayacaqdır. Sonra Allah müsəlmanları  Dəccalın üzərinə salacaqdır. 
                                                           
274
 İbn Məcə «Fitən» 33. 
275
 Müslim.  
276
 Buxari «Fitən» 27, Müslim «Fitən» 1379. Tirmizi «Fitən» 61. 
277
 Taylisa - Yaşıl Persiya əbasına deyilir. 
278
 Müslim 2944. 
279
 Müslim 2945. 
280
 Buxari2608, Müslim 2248.  
281
 Buxari 1272, Müslim 2249, 2250,  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə