Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə35/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   31   32   33   34   35   36   37   38   ...   127

 
69
deyəcəkdir”
331
. Yaqub b. Asim b. Urvə b. Məsud əs-Səqafi rəvayət edir ki
Abdullah b. Amr - radıyallahu anhu – dan eşitdim ki, bir nəfər onun 
yanına gələrək: “Qiyamət belə belə  şəkildə qopacaq deyə  bəhs etdiyin 
hədis hansıdır?” deyə soruşdu. Abdulah: “Sübhənəllah! – və ya Lə İləhə 
İlləllah! Sonra da: “Heç kimsəyə heç bir hədis danışmamağı düşündüm. 
Mən ancaq bunu söylədim: “Mütləq sizlər az zaman sonra evləri yandıran 
filan və filan böyük bir iş görəcəksən”. Sonra Abdullah b. Amr 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Ümmətim içində Dəccəl çıxıb 40 qalacaqdır. 40 gün, 
40 ay, 40 il mi qalacaq bilmirəm. Uca Allah Məryəm oğlu  İsa  – 
əleyhissəlam –  ı göndərəcək. O, Urvə b. Məsud kimidir. Dəccəlin izinə 
düşüb onu öldürəcəkdir. Sonra insanlar iki nəfər arasında heç bir 
düşmənlik olmadan 7 il keçirəcəklər. Bundan sonra Uca Allah, Şam 
tərəfdən soyuq bir külək göndərəcək. Bu külək yer üzündə qəlbində zərrə 
qədər bir xeyir və ya iman olan heç kimsəni buraxmayıb ruhunu alacaqdır. 
Belə ki, sizdən biri bir dağın ortasına girsə də belə külək oraya girib onun 
ruhunu alacaqdır”. Sonra: “İnsanların pisləri vəhşi heyvanlar kimiləri 
qalacaqdır. Heç bir yaxşılıq bilməyəcək, heç bir pisliyi də pis 
görməyəcəklər.  Şeytan onlara görünərək: “İcabət etmirsinizmi?” deyə 
səsləyər. Onlar: “Bizə nə əmr edirsən?” deyəcəklər. O, da onlara bütlərə 
ibadəti  əmr edəcəkdir. Onlar beləcə ruziləri bol. Yaşayışları gözəl 
olacaqdır. Sonra sura üfürüləcək və onu eşidən hər kəs boynunun bir 
tərəfini əyib digər tərəfini qaldıracaqdır. Onu eşidənlərdən biri dəvələrinin 
hovuzunu təmir edən birisi olacaqdır. O, və bütün insanlar yıxılacaqlar. 
Sonra Uca Allah bir narın yağış göndərəcəkdir. Bu yağışdan sonra 
insanların bədənləri bitəcəkdir. Sonra sura bir dəfə  də üfürüləcəkdir 
simmetrik olaraq qalxacaqlar”. Sonra: “Ey insanlar, Rəbbinizə  gəlin” 
deyiləcəkdir. Sonra: “Onları saxlayın, çünki soröu-sual olunacaqlar. Atəşə 
göndərilənləri çıxın. Soruşulacaq: “Nə  qədər adam”. Ona: “Hər min 
nəfərdən doqqu yüz doxsan doqquzu” deyiləcək. Gənclər qocalacaq. O, 
gün baldır açılacaq” gündür
332
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
buyurdu: “Müsəlmanlar Şamda olan Duhan dağına qaçırlar. Dəccəl gəlir 
və onları mühasirəyə alır. Bu hal şiddətlənir və  sıxıntılar artır. Sonra 
Məryəm oğlu  İsa  –  əleyhissəlam – nüzul edir…”
333
. Abdullah b. Salam 
deyir ki: “Dörd aydın qəbirlər: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
in qəbiri,  Əbu Bəkr və Ömər  - radıyallahu anhum – nun qəbiri və 
                                                           
331
 Əhməd 4/216, Həkim 4/478.  
332
 Həkim 4/550.  
333
 Əhməd 3/367, Məcmuaz Zəvaid 7/344.  


 
70
dördüncü ora dəfn ediləcək  İsa  –  əleyhissəlam –  ın qəbiridir”
334

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İsa - əleyhissəlam - 
endiyi zaman evlənəcək, bir oğlu olacaq, 40 il yaşayıb öləcəkdir və 
mənim yanımda dəfn olunacaqdır”
335
.  
Isa – Əleyhissəlam – In Zühru Barədə Alimlərin Sözləri:  İmam 
Təhavi  rahmətullahi aleyhi - deyir ki: “Biz əyri gözlü Dəccəlin 
çıxmasına və  İsa  -  əleyhissəlam -
 
ın göydən zühur edəcəyinə iman 
edirik”
336
.  İbnul Covzi, Abdus b. Malik Əbi Muhəmməd  əl-Attardan 
rəvayət edir ki: “Əbu Abdullah Əhməd b. Muhəmməd b. Hənbəl  – 
rahmətullahi aleyhi - deyir ki: “Məsih Dəccəlin çıxmasına və iki gözü 
arasında kafir yazılı olacağına iman etmək lazımdır. Bu haqda hədislər 
varid olmuşdur. Bunlara iman vacibdir. Məryəm oğlu İsa - əleyhissəlam -
 
ın zühur edib onu Lüd qapısında öldürəcəyinə də iman etmək lazımdır”
337

İmam Əbu Bəkr əl-Acurri – rahmətullahi aleyhi - öz “əş-Şəriə” 380 adlı 
kitabında: “Məryəm oğlu  İsa  -  əleyhissəlam -
 
ın adil bir hakim olaraq 
zühur etməsi və haqqı iqamə edib Dəccəlı öldürəcəyinə” dair bab açmış 
və bir çox hədisləri zikr etmişdir.  
4.  Mehdinin Gəlməsi:  Əsl adı Muhəmməd b. Abdullah olub, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əhli Beytindəndir. Fatimə 
radıyallahu anhə – nin nəslindən, Həsən b. Əli - radıyallahu anhum – un 
qolundandır. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə 
dolduracaqdır. Ümmət ondan öncə görmədiyi bolluq və  bərəkəti onun 
zamanında gürür. İbn Kəsir  – rahmətullahi aleyhi - deyir ki: “Onun 
zamanında məhsul bol olur, kənd təsərüfatı  bərəkətlənər, mal çoxalır, 
sultan qalib gəlir, din güclü olur. Onun zamanında yaxşılıqlar davamlı 
olur”
338
.  İbn Məsud  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Dünyanın sonuna bir gün qalsa 
belə, Allah o günü uzadacaqdır. O, vaxta qədər ki, Əhli-Beytimdən bir 
insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer 
üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır»
339

Ummu Sələmə  - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Mehdi mənim nəslimdən, 
Fatimənin kökündəndir»
340
. İbn Məsud - radıyallahu anhu – rəvayət edir 
                                                           
334
 Buxari “Tarixul Kəbir” 1/263, Tirmizi 3617, Fəthul Bəri 7/66 zəif .  
335
 Tirmizi.  
336
 Şərh Təhaviyyə 499.  
337
 İbnul Covzi “Mənakib İmam Əhməd” 171.  
338
 “əl-Fitən vəl-Məlâhim” 1/31.  
339
 Əbu Davud. 
340
 Əbu Davud 11/373, İbn Məcə 2/1368, Tirmizi, əl-Albani «Səhihul Cəmi» 6610.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə