Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə38/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   34   35   36   37   38   39   40   41   ...   127

 
75
Səhəri ora gəldikdə  səddi buraxdıqları halda görürlər. Qazmağa 
başlayırlar və çıxaraq insanların üzərinə hücum edirlər…»
365
. Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allah buyuracaq: 
«Ey Adəm!». Adəm: «Buyur Ya Rəbbim!» deyər. Allah: «Atəşə 
göndərilənləri atəşə göndər». Adəm: «Nə  qədərini?» deyər. Allah: «Hər 
min nəfərdən doqquz yüz doxsan doqquzunu atəşə, birini isə  Cənnətə» 
deyə buyurar
366
.  İbn Həcər  – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis 
onların Adəm  -  əleyhissəlam - ın zurriyyətindən olmasına dəlildir və 
əksini iddia edənlərin sözlərini rədd edir”
367
. Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Yəcuc və  Məcuc tayfasının çıxmasından 
sonra da Beyti həcc və ümrə üçün ziyarət edəcəklər»
368
. Xuzeyfə b. 
Yəmən, Abdullah b. Amr - radıyallahu anhum – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Yəcuc və  Məcuc 
tayfası Adəm oğullarındandır. Onlardan biri öz zuriyyətindən min insan 
görmədən ölməz (Başqa rəvayətdə: Yəcuc bir ümmət, Məcuc bir ümmət. 
Hər ümmət dörd yüz min nəfərdir və bunlardan hər biri öz övladlarından 
min silahlı adam görmədikcə ölməz)
369
»
370
. Abdullah b. Amr - radıyallahu 
anhu – rəvayət edir ki: “Cinlər və insanlar on qisimdir. Doqquz qismi 
Yəcuc və  Məcucdur. Qalan qismini isə digər insanlar təşkil edir”
371

Qatadə  - radıyallahu anhu – rəvayət edir ki: “Yəcuc və  Məcuc  22 
qəbilədən ibarətdir. Onların 21-ni Zülqarneyn səddə həps etmişdir. Digər 
qəbilə isə döyüş  əsnasında itən və  səddin arxasında qalan Türklərdir”
372

Nəvvas b. Səman  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlmanlar Yəcuc və Məcucun 
oxlarını döyüş sürsatlarını 7 il yandıraraq onlardan istifadə edəcəklər”
373

Xuzeyfə b. Yəmən  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – Yəcuc və Məcucdan soruşuldu. O, buyurdu: 
“Onlar 3 sinifdirlər: Bir sinif Erz (ağacı) kimidirlər”. Ondan: “Erz nədir?” 
deyə soruşdular. O: “Şamda bitən səmaya doğru  120 zira uzunluğunda 
olan bir ağacdır. Onlara nə dağ, nə  də  dəmir dözər.  İkinci sinif
“Qulağının birini döşək kimi edər, digərini isə yorğan. Fil, dəvə, donuz nə 
                                                           
365
 Əhməd 2/510,511, İbn Məcə «Fitən» 33,4080, İbn Hibban 15/243, İbn Kəsir 3/105, Qurtubi 11/57.  
366
 Buxari 3/1221, 5/2392, Müslim «İman» 379, 1/201.  
367
 Fəthul Bəri 6/445.  
368
 Buxari «Hacc» 47, Əhməd 3/28.  
369
 Təbərani “Əvsat” 4/155, Həkim 4/490, Təbəri 17/88, İbn Kəsir 3/107, Deyləmi 8963, Qurtubi 
11/57, Fəthul Bəri 6/386,13/106.  
370
 Heysəmi «Məcmuz Zəvaid» 8/6.  
371
 Həkim 4/536, Fəthul Bəri 13/107.  
372
 Fəthul Bəri 13/107, Tuhfətul Əhfəzi 6/351, Feyzul Qadir 1/117, İbn Kəsir “Bidayə” 2/110,200.  
373
 İbn Məcə 4076, Deyləmi 3463, əl-Albani “Səhihul Cəmi” 3567.  


 
76
görsələr yeyərlər. Hətta özlərindən biri ölərsə onu da yeyərlər. Onların bir 
ucu  Şamda, bir ucu da Xorasanda olar. Şərq çaylarının hamısını  və 
Təbəriyyə gölünü içərlər (Başqa rəvayətdə: Bir sinifdə: Orta boyludur. 
Onlar daha şiddətlidirlər)”
374
.  
6.  Dabbətul-Ardın (Heyvanın) Çıxması:
375
.  «Onlara deyilən söz 
yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, 
onlarla danışıb  (bizim adımızdan):  «İnsanlar ayələrmizə inanmadılar» 
deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat 
yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir. 
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Dəbbətul Ard, Musanın əsası və Süleymanın 
möhürü bir yerdə  çıxacaqdır. Möhür ilə möminin üzünü parladacaq, əsa 
ilə kafirin burnunu qıracaqdır. Mömin ilə kafir tanınacaqdır»
376

Cəssəsə Kimdir? - Fatimə b. Qeys - radıyallahu anhə – rəvayət edir ki, 
bir gün Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  Əssələtu Cəmiatən 
(toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də  həmin məscidə 
gəldim. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ilə birlikdə namaz 
qıldım. Mən qadınların səfində idim. Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu 
və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə 
üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və  Rəsulu daha gözəl 
bilir». Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Allaha and 
olsun ki, mən sizi nə bir müjdə vermək, nə  də qorxutmaq üçün 
toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim  əd-
Dari xristian bir adam idi
377
. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə 
belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə 
söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam 
edərək buyurdu: «Cuzam və  Ləhm qəbilələrindən otuza yaxın kişi ilə 
gəmi ilə  səyahətə  çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə 
çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını 
gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir 
Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını 
seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən 
                                                           
374
 Qurtubi “Təzkira” 781 zəif hədis.  
375
 Dəbbətul Ard –  bəzi rəvayətlərə görə bu Cəssəsədir. Cəssəsə  Dəccəl üçün xəbərlər aparan cəsus 
deməkdir.  
376
 İmam Əhməd, Taylasi, Tirmizi, İbn Məcə, Beyhəqi, İbn Cərir. 
377
 Təmim  əd-Dâri - Əbu Rukayyə  Təmimi  Əvs b. Hâricə  əd-Dâri. Lahmilərin bir şöbəsi olan Dâr 
kökünə mənsubdur. Xristian idi. Beytul-Məqdisin ən məşhur rahibləri arasında sayılırdı. Hicrətin 9-cu 
ilində müslüman oldu. Mədinəyə geldi. Hicri 40-cı ildə vəfat etdi. “Təhzibut-Təhzib” 1/511-512.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə