Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə41/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   37   38   39   40   41   42   43   44   ...   127

 
82
Bəli, bu qədər ayələri dinlədikdən sonra «Beş günlük dünyadır, kef 
etmək lazımdır» deyənlərin aqibəti necə olacaqdır.  «Xeyr, can boğaza 
(körpücük sümüklərinə)  gəlib yetişəcəyi,  (ailə üzvləri tərəfindən onu bu 
bəladan) kim xilas edə bilər? deyiləcəyi,  (can üstə olan kimsə) ayrılıq 
qəminin gəlib çatdığını anlayacağı, və  (ölüm qorxusundan)  qıçı-qıçına 
dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır  (ey 
insan). Beləliklə o nə  (Quranı)  təsdiq etdi, nə  də namaz qıldı. Amma 
(Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü 
darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə  də vay 
sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada 
salın»
383
. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı! 
Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafdakılar isə sevinirdilər. 
Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».  
Bütün varlılıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan 
başqa qayıdış məqamı yoxdur. Bu qayıdışdan başqa bir tale yoxdur. Fərq 
yalnız  əməl və niyyətdə, gedilmiş yol və  məqsəddədir. Son isə birdir: 
«Müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha 
qayıdışdır, məhşər və toplanış günündə  cəmləşməkdir. Allahdan 
mərhəmət və  məğfirət ya da qəzəb və  əzabdır».  Əbu Zərr  əl-Ğifari  
radıyallahu anhu –, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – Uca və 
Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü 
özümə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də 
bir-birinizə zülm etməyin….Ey mənim qullarım, nə etsəniz onlar sizin 
əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə 
verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər 
kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi 
qınamasın»
384
. Aişə  - radıyallahu anhə  –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Allah o, kəslə görüşmək istəyir ki, 
o da (Rabbi ilə) görüşməyi arzulayır. O, kəslə görüşmək istəmir ki, o da 
(Rəbbi ilə) görüşməyi arzulamır». Aişə  - radıyallahu anhə  – dedi: «Ya 
Rəsulallah! Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal 
deyildir!». O, dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə 
Allahın rəhmi, mərhəməti və  Cənnəti haqqında xəbər verildikdə o, da 
onunla (Rəbbi ilə) görüşü arzulayır. Allah da həmin bəndə ilə görüşü 
arzulayır. Kafir bəndəyə Allahın  əzabı, qəzəbi və  Cəhənnəmi haqqında 
xəbər verildikdə o, da onunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da 
                                                           
383
 İmam Əhməd 2/293, Tirmizi 2307, Nəsəi 4/5, İbn Məcə 4258, İbn Hibban 2559, əl-Həkim 4/321. 
384
 Müslim.  


 
83
həmin bəndə ilə görüşməyi arzulamır»
385
. Cabir – radıyallahu anhu – 
rəvayət edir ki, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəfatından 
üç gün qabaq belə dediyini buyurduğunu eşitdim: «Sizlərdən hər hansı 
biriniz Allaha gözəl zənn etməkdən başqa halı üzərə ölməsin»
386
.  
Ölümü Arzulamamaq: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Heç biriniz 
ölümü əsla istəməsin və ölüm gəlmədən də gəlməsinə dua etməyin. Çünki 
sizdən bir öldüyü zaman əməli kəsilir. Həm də möminin ömrü ona 
xeyirdən başqa bir şey artırmaz”
387
.  Ənəs  - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən kimsə 
ona toxunan zərərdən ötrü ölümü istəməsin.  Əgər bunu etmək mümkün 
deyilsə onda desin: Ya Rəbbim! Yaşamaq mənə xeyirli olduğu müddətdə 
məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa 
rəvayətdə:  Əgər yaxşı kimsədirsə ümüd edilir ki, yaxşılığı artırsın, Pis 
kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”
388
.  Ənəs  - radıyallahu 
anhu – deyir ki: “Əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölümü 
istəməkdən nəhy etməsəydi ölümü istəyəcəkdik”
389
.  
Allaha  İtaət  İlə Keçirilən Ömür:  Əbu Bəkrətə  - radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər: “Ya Rəsulallah! Insanların hansı daha 
xeyirlidir?” deyə soruşdu. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Ömrü uzun olub, əməli gözəl olandır”. Sonra adam: “İnsanların 
hansı daha şərlidir” deyə soruşdu. Peyğəmbər: “Ömrü uzun olub, əməli 
pis olandır” deyə buyurdu
390
.  
Dini Bir Fitnə Qorxusundan Ölümü İstəmək:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından 
keçən insanlar – «Kaş ki, onun yerində  mən olaydım» deməyincə
391

Sovban  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Ya Rəbbim! Xeyirli əməllər etməyi, 
günahlardan çəkinməyi, miskinləri sevməyi mənə  nəsib et. İnsanlara bir 
fitnə  təqdir etdiyin zaman məni fitnəyə bulaşdırmadan yanına al!”
392

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi 
öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki 
                                                           
385
 Buxari, Müslim.  
386
 Müslim 2877.  
387
 Müslim.  
388
 Buxari, Müslim.  
389
 Buxari, Müslim.  
390
 Həkim, Əhməd.  
391
 Fəthul Bəri, Buharî “Fitən” 13/81,82, Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  
392
 Malik, Bəzzar, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə