Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə39/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   35   36   37   38   39   40   41   42   ...   127

 
77
Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey 
topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin 
gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o, adamı vəsf etdikdə biz 
onun  şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada 
cüssə baxımından insanların  ən irisi olan, ayaqları  əllərinə çarpaz 
vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə 
soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə  mənə  xəbər 
verin» dedi. Biz də  hər  şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə 
Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə 
onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. 
Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə 
verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə  Təbəriyyə gölündən xəbər 
verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: 
«Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz 
olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: 
«Mənə  Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. 
Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su 
varmı? Oranın  əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o 
suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər» 
dedik. O: «Mənə Nəbiyyul-Ummiyin (ümmətlərin Peyğəmbəri) haqqında 
xəbər verin? O, nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə 
(Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» 
dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə 
edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir 
olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu 
dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların özləri 
üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm. 
Mən Məsihəm. Mənə  çıxmaq üçün izn verilən zaman yaxınlaşır.  İzn 
verildikdə  mən yer üzündə  gəzəcəyəm və  qırx gecə içində elə bir yer 
olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə  və  Mədinədən başqa. 
Bunların hər iksi də  mənə haram edilmişdir. Bu iki şəhərin hər 
girəcəyində dayanan mələklər  əllərindəki qılınc ilə  məni vuraraq bu 
şəhərlərə girməyə qoymazlar».  
Fatimə b. Qeys - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək 
və  Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura 
Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə 


 
78
söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər 
verdin!»
378
.  
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-
birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan 
belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbərin  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətin 
əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə 
dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin  əlamətləri də bir-
birinin ardınca bu cür sürətlə) gələcəkdir»
379
. O, dəhşətli, qulaqları kar 
edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə 
etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda 
verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O, 
gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən, 
oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». 
(Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını 
unudar, hər bir hamilə qadın vaxtından  əvvəl yerə qoyar. İnsanları 
sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın 
əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar 
onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir.  Əvvəlcədən 
iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi 
zamandır»
380
 
 
QİYAMƏTİN ADLARI 
Qurani Kərimdən bizə  məlum olan Qiyamət gününün bir çox adları 
vardır. İbn Kəsir Qiyamətin adlarının 80-dən çox olduğunu sayır
381
. Məs:  
1. Yəumul-Bəss – məşhərə göndərilən gün. «Elm və iman sahibləri isə 
belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın Kitabında  (əzəli elmində 
yazılmış)  olan qiyamət gününə  qədər qaldınız. Bu, (hamının dirildiyi) 
qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!”. (ər-Rum 
56).  
2.  Yəumul-Xuruc –  çıxarılacaq günü. «O gün (bütün yaranmışlar) 
dəhşətli  (tükürpədici)  səsi doğrudan-doğruya eşidəcəklər. O gün 
(qəbirlərdən) çıxma günüdür!”. (Qaf 42).  
                                                           
378
 Müslim. 
379
 Həkim, Əhməd «Musnəd», əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/361 hədis 1762. 
380
 Buxari, Müslim  
381
 ən-Nihâyə «əl-Fitən vəl-Məlâhim» 1/255-256. 


 
79
3.  Yəumul-Qiyəmə  – qiyamət günü. «And içirəm Qiyamət gününə”. 
(əl-Qiyamət 1). 
4.  Yəumul-Həşr – toplanma günü. «O gün yer onlardan ayrılıb 
parçalanacaq, onlar sürətlə  (torpağın altından, qəbirlərindən 
çıxacaqlar). O bizim üçün asan olan həşrdir  (Bütün yaranmışların bir 
yerə toplanacaqları məhşər günüdür)». (Qaf 44).  
5.  Yəumul-Fəsl – ayırd etmə günü. «Həqiqətən,  (haqla batili) ayırd 
etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!». (ən-Nəbə 17).  
6.  Yəumul-Cəma –  cəm etmə günü. «(Ya Peyğəmbər!)  Şəhərlərin 
anası  (olan Məkkə)  əhlini və onun ətrafındakıları  (bütün başqa 
insanları)  haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə 
cəm olacağı) toplanış (Qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə 
ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi (möminlər) 
Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!». (əş-Şura 7). 
7.  Yəumul-Hisəb – haqq-hesab günü. «Onlar  (istehza ilə): “Ey 
Rəbbimiz! Tez ol, bizim payımızı  (əməl dəftərimizi, yaxud xeyirdən, 
şərdən payımıza nə düşəcəksə) haqq-hesab (Qiyamət) günü gəlməmişdən 
əvvəl ver!” – dedilər”. (Sad 16). “Haqq-hesab günü üçün (axirətdə) vəd 
olunduğunuz (nemətlər) bunlardır”. (Sad 53).  
8. Yəumul-Vaid – vəd olunmuş gün. (Öləndən sonra yenidən dirilmək 
üçün) sur çalınacaqdır. Bu vəd olunmuş gündür (əzab günüdür)!”. (Qaf 
20).  
9.  Yəumul-Həsra – peşmançılıq günü. (Ya Rəsulum!)  Qəflətdə 
olanları  və iman gətirməyənləri işin bitmiş olacağı  (haqq-hesab çəkilib 
möminlərin Cənnətə, kafirlərin isə  Cəhənnəmə girəcəyi) peşmançılıq 
günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın 
heç bir fayda verməyəcəyi Qiyamət günü) ilə qorxut!”. (Məryəm 39).  
10.  Yəumul-Xuld –  əbədiyyat günü. “Ora sağlıqla  (əmin-amanlıqla) 
daxil olun. Bu, əbədiyyət günüdür!”. (Qaf 34).  
11.  Dərul-Xuld –  əbədiyyət yurdu. “Budur Allahın düşmənlərinin 
cəzası – Cəhənnəm  (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin 
cəzası olaraq onların əbədi məskəni oradadır!”. (Fussilət 28). 
12.  Yəumut-Taləq – qarşılaşma günü. “Dərəcələri yüksəldən 
(mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini 
ucaldan, yaxud hər  şeydən uca),  ərşin sahibi Allah öz əmrindən olan 
vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü 
(yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-
birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə 
qorxutsun!”. (Ğafir 15).  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə