Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə36/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   32   33   34   35   36   37   38   39   ...   127

 
71
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əhli Beytimdən 
adı  mənim adımala eyni olan bir nəfər  ərəblərə  rəhbərlik etməyincə 
dünyanın sonu gəlməyəcəkdir (Başqa rəvayətdə: Adı  mənim adıma, 
atasının adı atamın adı ilə eyni olan)»
341
. Sovban - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin 
xəzinənizin yanında üç kişi öldürüləcəkdir (Xəzinəniz üçün üçü döyüşür). 
Bunların üçü də  Xəlifə övladlarıdır. Lakin xilafət heç birinə  nəsib 
olmayacaqdır (Heç biri qalib gəlməyəcəkdir). Sonra günçıxan tərfdən qara 
bayraqlar ortaya çıxacaqdır. Onlar daha öncə heç bir qövmün etmədiyi 
şəkildə sizinlə vuruşacaqlar. O, qara bayrağın liderini gördükdə qar 
üstündə sürüşməli olsazda belə gedib ona beyət edin. Çünki Allahın 
xəlifəsi Mehdidir»
342
. İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Mehdi 
şərq ölkələrindən dəstək görəcəkdir.  Şərq ölkələri  əhalisi ona kömək 
edəcək, onun hakimiyyətini dəstəkləyəcəklər. Bayraqları isə qara rəngdə 
olacaqdır. Bu da əzəmət və vüqar nişanəsidir. Çünki Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – in də bayrağı da qara rəngdə idi və ona Uqab 
 qartal deyərdilər. Xalid b. Valid - radıyallahu anhu – İraqdan gəldikdə 
o, bayrağı Mədinə yaxınlığındakı təpənin üstünə sancır. Həmən yerin adı 
da Səniyyətul Uqab adlanır»
343
. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: 
“Bu hədisdəki xəzinələrdən qəsd Kəbənin xəzinələridir. Xəlifə 
uşaqlarından üç kişi onu almaq üçün bir-biriləriylə döyüşəcəklər. Axır 
zaman olduqda isə şərq tərəfdən Mehdi çıxacaqdır. Yoxsa ki, Rafizilərin 
iddia etdiyi kimi qaranlıq bir mağarada qeyb olub sonra isə peyda 
olacaqdır yox. Onların bur görüşü boş bir şeytan uydurmasıdır. Nə Quran 
da, nə  də Sünnədə belə bir şey yoxdur...”
344
.  Əbu Səid  əl-Xudri  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamətə yaxın ümmətimdə Mehdi zühur edəcəkdir. 
Allah onun üçün yağış yağdıracaq, yerdən nəbatat çıxacaqdır. O, malı 
ədalətlə paylayacaqdır. Heyvanlar artacaq, ümmətim güclənəcəkdir. O, 
yeddi-səkkiz il yaşayacaqdır (Başqa rəvayətdə: «Doqquz il yaşayacaqdır. 
Ondan sonra həyatda xeyir-bərəkət qalmayacaqdır)»
345
. Əbu Səid əl-Xudri 
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Sizi Mehdi ilə müjdəliyirəm. O, insanlar arasında 
anlaşmazlıq və zəlzələlər olduğu zaman çıxar. Yer üzü ondan öncə zülm 
                                                           
341
 Əhməd 5/199, Əbu Davud 11/371, Tirmizi 6/485, əl-Albani 5180.  
342
 İbn Məcə 1367, Həkim «Mustədrək» 4/463,464, əl-Albâni  – rahmətullahi aleyhi –
 
deyir ki: “O 
Allahın xəlifəsi Mehdîdir” sözü xariç səhihdir. “Zəif Hədislər” 1/119-121, H. 85.  
343
 ən-Nihayə» 1/29,30.  
344
 “əl-Fitən vəl-Məlâhim” 1/29-30.  
345
 Həkim «Mustədrək» 4/557,558, İmam Əhməd «Musnəd» 3/37, əl-Albani «Səhih Silsilə» 2/711.  


 
72
və haqsızlıqla dolu olduğu kimi Onun gəlməsiylə  ədalət və doğruluqla 
dolar. Göydə  və yerdə kim varsa Ondan razı olar. İnsanlar arasında mal 
eyni olaraq paylanılır... Bu hal 7-8  və ya 9 il belə davam edər. Ondan 
sonra yaşamanın (həyatın) bir xeyri olmaz”
346
.  Əli  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Mehdi bizdən – Əhli Beyitdəndir. Allah onu bir gecədə islah 
edəcəkdir»
347
.  İbn Kəsir  – rahmətullahi aleyhi – deyir ki: «Allah bir 
gecənin içində onun tövbəsini qəbul edər, onu müvəffəq edər, ona ilham 
verər və onu düz yola yönəldər»
348
. Əbu Səid əl-Xudri - radıyallahu anhu 
–  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Mehdi məndəndir. Alnı (gicgahına qədər) açıq və qırğıburundu. Yer üzü 
ondan öncə zülm və haqsızlıqla dolu olduğu kimi o, gəldikdən sonra 
ədalət və doğruluqla dolub daşar. Yeddi il hökm edər»
349
.  Əbu Səid  əl-
Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Məryəm oğlu  İsa  -  əleyhissəlam – ın arxasında 
namaz qılan şəxs bizdəndir»
350
. Əbu İshaq – rahmətullahi aleyhi – deyir 
ki: “Əli oğlu Həsən  - radıyallahu anhu – ya baxdı  və: “Bu oğlum 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in adlandırdığı kimi seyyidir. 
Onun nəslindən Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in adını 
daşıyan bir nəfər çıxacaq. Əxlaq tərəfdən Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm –  bənzəyəcək, yaradılış  tərəfdən isə  bənzəməyəcək. Sonra yer 
üzünü ədalətlə dolduracaqdır qissəsini danışdı”
351
.  
Buxari Və Müslimdə Mehdiyə  İşarə edilən hədislər: Cabir 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: « Ümmətimdən bir qrup haqq uğrunda müzəffər şəkildə 
mübarizəni Qiyamət gününə  qədər davam edər.  Məryəm oğlu  İsa  
əleyhissəlam – yerə enəcək. Başçıları Mehdi ona: «Gəl bizə namazda 
imamlıq et!» deyəcəkdir. İsa: «Xeyr, onlar bir-birilərinin imamıdır. Bu da 
Allahın bu ümmətə olan ehtiramıdır» deyə cavab verdir
352
. Əbu Hureyrə 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Görün siz necə (bir ümmətsinizki) rəhbəriniz 
özünüzdən olduğu bir halda Məryəm oğlu  İsa  -  əleyhissəlam – sizlərə 
nazil olacaqdır (İmamınız sizdən olduğu halda Məryəm oğlu aranıza nüzul 
                                                           
346
 Musnəd 3/37, Heysəmî “Məcmauz-Zəvâid” 7/313-314.  
347
 Musnəd 2/58, İbn məcə 2/1367, əl-Albani «Səhih Cəmius Səğir» 6611.  
348
 ən-Nihayə 1/29. “əl-Fitən vəl-Məlâhim” 1/29.  
349
 Əbu Davud 4265, əl-Albani «Səhihul Cəmi» 6612.  
350
 Suyuti “Hâvî” 2/64 əl-Albâni “Camius-Sağir” 5/219, H. 5796.  
351
 Əbu Davud 4290.  
352
 İbn Qeyyim «Mənar əl-Munif» 147,148, Süyuti «əl-Havi fil Fətava» 2/64. Buxari 6/491, Müslim 
2/193,194. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə