Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə37/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   33   34   35   36   37   38   39   40   ...   127

 
73
etdikdə halınız necə olacaqdır?)»
353
. Cabir - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə 
yaxın ümmətimin axırında saysız (saymadan) mal paylayan xəlifə 
olacaqdır»
354
. Hədisin ravilərindən olan Cəriri belə deyir: «Əbu Nədra və 
Əbul Əlaya – sizcə bu Ömər b. AbdulƏzizdirmi? – deyə müraciyət etdim. 
Onlar da: «Xeyr» deyə cavab verdilər
355
. Mehdi hədislərini inkar edənlər 
deyirlər ki, Mehdi elə İsa – əleyhissəlam – ın özüdür və buna dəlil olaraq: 
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – buyurdu: «Fitnə-fəsad yayılacaq, dünyanın sonu yaxınlaşacaq, 
insanlarda paxıllıq və xəsislik çoxalacaq, qiyamət yalnız pis insanlara görə 
qopacaqdır. Mehdi isə elə Məryəm oğlu İsadır»
356
. Bu hədis zəifdir. Çünki 
Muhəmməd b. Xalid əl-Cundi haqqında Zəhəbi  – rahmətullahi aleyhi – 
deyir ki: “Ezdi diyir ki: “Hədisi qəbul edilməz. Hakim – rahmətullahi 
aleyhi – deyir ki: “Bilinmir kimdir”. Mən deyirəm ki: “Mehdi isə elə 
Məryəm oğlu  İsadır” hədisi munkərdir
357
.  İbn Teymiyyə,  İbn Həcər  – 
rahmətullahi aleyhi – deyirlər ki: “Bilinmir kimdir”
358
.  
Mehdi Hədislərinin Mutəvatir Olması:  Əbul Həsən  əl-Arabi  – 
rahmətullahi aleyhi – deyir ki: “Mehdi barəsində Peyğəmbər sallallahu 
aleyhi və səlləm – dən gələn hədislər mutəvatir olmasıdır...”
359
. Şövkani – 
rahmətullahi aleyhi – deyir ki: “Mehdinin gəlməsini Mutəvatir olduğunu 
50  hədislə açıqlamaq yetərlidir. Bu hədislərin mutəvatir olmasını bütün 
üsul qaydaları  qəbul etmişlər...”
360
. Sıddıq Həsən Xan – rahmətullahi 
aleyhi – deyir ki: “Mehdi barəsində  hədislər fərqli olsa da həqiqəətən 
çoxdur və mutəvatir dərəcəsindədir. Bu hədislər Sünən, Mucə  və 
Musnədlərdə vardır”
361
.  
Mehdi Hədislərini  İnkar Edənlər Və Onlara Cavab: Lakin son 
zamanlarda törəyən yazarlardan bəziləri (“Rəşid Rıza “Mənâr Tefsiri” 
9/499-504,  Əhmed  Əmin “Duhal-İslam” 3/237-241) Mehdinin gəlməsini 
inkar etməklə, onunla bağlı hədislərin zəif və batil olduğunu və Mehdini 
sadəcə Rafizilərin uydurduqları bir şey olduğunu və sonradan Əhli 
Sünnənin kitablarına qarışdığını söyləmişlər. Bu yazarlar Tarixçi İbn 
Haldunun məşhur “Muqəddiməsində” Mehdi hədislərini zəif etməsindən 
                                                           
353
 Buxari 6/491, «Ənbiya» 49, Müslim 2/193. 
354
 Müslim 18/38,39. 
355
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/38,39, Bəgavi “Şərhus-Sünnə”, Mehdî 15/86,87.  
356
 İbn Məcə 2/1340, Həkim «Mustədrək» 4/441,442, zəif hədis.  
357
 “Mizanul-İtidâl” 3/535.  
358
 “Minhacus-Sünnə” 4/211, “Takribut-Təhzîb” 4/157.  
359
 Təhzibul-Kəmal” 3/1194, “əl-Mənârul-Munîf” s:142, “Fəthul Bəri” 6/493,494.  
360
 “ət-Təvzîh”, “əl-İzâa” s:113,114.  
361
 “əl-İzâa” s:112.
 
 


 
74
faydalanmışlıar. Belə ki, İbn Haldun bu sahədə geniş elm sahibi deyildi ki, 
hədislərə  zəif və  səhih desin. Bütün bunlara AbdulMuhsin əl-Abbad  – 
hafizahullah - “Mehdî Hakkında Gələn Sahih Hədisləri Yalanlayanlara 
Cavap”adlı kitabında geniş olarak cavab vermişdir. Allah ondan razı 
olsun. Həmçinin  Əhməd  Şakir “Şərh Musnəd  Əhməd” 5/197-198 cavab 
vermişdir.  
İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “İmamilərə görə Mehdi, 
Həsən - radıyallahu anhu – nun deyil, Hüseyn - radıyallahu anhu – nun 
övladlarından olan Muhəmməd b. Həsən əl-Əsakir əl-Muntazadır. Musa 
əleyhissəlam - ın  əsasına sahib olub500 yüz ilə  qədər öncə Samirədəki 
mağaraya girib ondan sonra onu görən olmamışdır. Buna görə də Rafizilər 
hərgün onu gözləyərlər və bu mağaranın qapısında bir atla durub yanlarına 
çıxması üçün: Ya Mövlana çıx, Ya Mövlana çıx” deyərlər. Sonra da 
pərişan və ümüdsüz olaraq geri dönərlər. Bu da onların halı”
362
.  
5.  Yəcuc Və  Məcuc Tayfasının Çıxması:  Zülqərneyn dedi: «Bu 
Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt 
(Qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) 
gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-
Kəhf 90-98)
363
. Zeynəb b. Cəhş - radıyallahu anhə – rəvayət edir ki, bir 
gün Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – üzü qıp-qırmızı halda, 
həyacanlı olaraq çölə  çıxdı  və: «Lə  İləhə  İlləllah! İrəlidə gecə qaranlığı 
kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən 
bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət 
barmağını halqa şəkilində etdi. Bunun üzərinə  mən: «Ya Rəsulillah! 
İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş  əməllər, 
əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»
364
.  Əbu Hureyrə  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «Yəcuc və  Məcuc hər gün səddi qazarlar. Balaca bir 
dəlik açıldıqda günəşin işıqlarını gördükdə  əmrləri onlara: «Gəlin 
qayıdaq, sabah işimizə davam edərik» deyər. Səhəri ora gəldikdə  səddin 
əvvəlki vəziyyətdə olduğunu görərlər. (Bu hal uzun bir vaxt belə davam 
edər). Nəhayət Allah onları insanların üzərinə göndərmək vədi gəlib 
çatdıqda onlar yenə  də qazarlar. Səddən günəş  işıqları göründükdə 
əmrləri: «Gəlin qayıdaq, sabah İnşəallah  işimizə davam edərik» deyər. 
                                                           
362
 “Minhacus-Sünnə” 2/131, “əl-Mənârûl-Munîf” s: 152-153.  
363
 İncildə Qoq və Maqoq tayfaları. Geniş məlumat üçün bax: «Qurani-Kərim» Kəhf surəsi 83-98-ci 
ayələrə qədər. 
364
 Müslim.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə