Microsoft Word Axirata Iman doc


Hüsnü Xatimənin Olüm Öncəsi  Əlamətləri



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə45/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   41   42   43   44   45   46   47   48   ...   127

 
90
Hüsnü Xatimənin Olüm Öncəsi  Əlamətləri:  Şeyx  əl-Albani  – 
rahmətullahi aleyhi - Cənazə” kitabında bunları qeyd etmişdir:  
1.  Şəhadət Kəliməsi  İlə Ölmək: Muaz - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Hər kimin 
son sözü Lə  İləhə illəllah olarsa Cənnətə daxil olar”
423
. Muaz 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Ölərkən Allahdan başqa ibadətə layiq haqq ilah 
olmadığına və  mənim Allahın Rəsulu olduğuma  şəhadət edən bir kimsə 
bunu yəqin ilə inanan bir qəlb ilə söyləmiş olarsa mütləq Allah o kimsənin 
(günahlarını) bağışlayar”
424
. Təlhə b. Ubeydullah - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən eşitdim 
buyurdu: “Həqiqətən mən elə bir kəlimə bilirəm ki, hansı qul ölərkən onu 
söyləyərsə mütləq rəngi açılar və Allah onun sıxıntısını, məşəqqətini 
aparar”. Ömər: “mən onun nə olduğunu bilirəm dedi. Təlhə: “Nədir?” 
dedikdə. Ömər: “Əmisi ölərkən söyləməsini istədiyi daha böyük bir söz 
bilirsənmi – Lə  İləhə  İlləllah” dedi. Təlhə: “Doğru söylədin, Vallahi 
odur!” dedi
425
.  
2Alın Təri Ilə Ölmək: Bureydə b. əl-Həsib - radıyallahu anhu – deyir 
ki, Xorasanda olduğum vaxt xəstə olan bir qardaşımın ziyarətinə getdim. 
Ölüm anında olduğunu gördüm. Alnı da tərləməkdə idi. Mən: “Allahu 
Əkbər! Mən Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in belə 
buyurduğunu dinlədim: Möminin ölümü alın təri ilə olur”
426
.  
3. Cümə Gecəsi Və Ya Cümə Günü Ölmək: İbn Ömər - radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: 
«Cümə günü və ya cümə gecəsi vəfat edən elə bir müsəlman yoxdur ki, 
Allah onu qəbr fitnəsindən qorumuş olmasın”
427
.  
4.  Döyüş Meydanında  Şəhid Olmaq:  “Allah yolunda öldürülənləri 
(şəhid olanları)  heç də ölü zənn etmə!  Əsl həqiqətdə onlar diridirlər. 
Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz 
mərhəmətindən onlara bəxş etdiyi nemətə  (şəhidlik rütbəsinə) sevinir, 
arxalarınca gəlib hələ özlərinə çatmamış  (şəhidlik səadətinə  hələ nail 
olmamış)  kəslərin  (axirətdə) heç bir qorxusu olmayacağına və onların 
qəm-qüssə görməyəcəklərinə görə  şadlıq edirlər. Onlar Allahdan gələn 
nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça 
                                                           
423
 Həkim, Əbu Davud 3100, əl-Albani “İrva” 686.  
424
 İbn Məcə, Əhməd, əl-Albani “Səhih Sislsilə” 2278.  
425
 Əhməd “Musnəd” 1384, Əhməd Şakir təhqiqi, Həkim 1/350,351.
  
426
 Nəsəi 1/259, 4/6, Tirmizi 2/128, 982, İbn Hibban 730, Həkim 1/361, İbn Məcə 1/443-444, Əhməd 
5/357,360.  
427
 Əhməd 6582, 6646, Tirmizi “Cənaiz” 72, 1074, əl-Albani “Mişkət” 1367.  


 
91
çıxarmayacağına görə sevincək olurlar”. (Ali  İmran 169-171). 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Şəhidin Allah 
dərgahında  7 özəlliyi vardır:  İlk damla (tökülən) qanı ilə bağışlanılır, 
Cənnətdə olan yerini görür, qəbr əzabından qorunur, (Qiyamət gününün) 
qorxusundan əmin olur, İmanın şirinliyini dadar (Hamı lüt olduğu zaman 
iman libası ilə geyindirilər),  72 Huril Ayn ilə evləndirilir və 
qohumlarından 70 nəfər haqqında şəfaətçi olur (Başqa rəvayətdə: Başına 
ucalıq tacı qoyular. Hansıki bir daşı dünya və onun içindəkilərdən 
xeyirlidir)”
428
. Bir nəfər: “Ya Rəsulullah! (Şəhid müstəsna) möminlər 
qəbirlərində fitnəyə məruz qalırlar” deyirlər. Peyğəmbər: “Onun (şəhidin) 
başı üzərində  qılıncların parıltısı (oynaması) ona fitnə (imtahan və sual) 
olaraq kifayətdir”
429
. Xatırlama: Qəlbində ixlas ilə  şəhid olmağı istəyən 
kimsə döyüş meydanında  şəhid olmasa da belə  şəhadətə nail olacağı 
umulur. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Hər kim 
səmimi olaraq Allahdan şəhadəti diliyərsə yatağında ölsə  də belə Allah 
onu şəhidlər mərtəbəsinə çatdırır”
430
.  
5. Allah Yolunda Döyüşərkən Ölmək: Peyğəmbər sallallahu aleyhi 
və  səlləm – buyurdu: “Sizlər öz aranızda kimi şəhid sayırsınız?”. 
Səhabələr: “Ey Allahın Rəsulu! Allah yolunda öldürülən kimsə şəhiddir” 
dedilər. Peyğəmbər: “O, zaman ümmətimin  şəhidləri az olur” deyə 
buyurdu. Səhabələr: “Onlar kimlərdir?” deyə soruşdular. Peyğəmbər: 
“Allah yolunda öldürülən  şəhiddir, Allah yolunda ikən ölən də  şəhiddir, 
Taundan ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, suda boğularaq 
ölən  şəhiddir (Başqa rəvayətdə: Hər kim Allah yolunda (evindən) çıxar 
ölür ya da öldürülürsə şəhiddir, dəvəsi və ya atından düşərək (ölən) və ya 
bir həşərat tərəfindən sancılaraq, yatağı üzərində Allahın dilədiyi bir 
şəkildə ölən kimsə  şəhiddir və onun üçün Cənnət vardır
431
)” deyə 
buyurdu
432
.  
6.  Taun Xəstəliyindən Ölmək: Sirinin qızı  Həfsədən rəvayət edir ki, 
Ənəs b. Məlik - radıyallahu anhu – mənə dedi: “Yəhyə b. Əbi Amra hansı 
səbəbdən öldü”. Mən: “Taun” dedim. O: “Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – buyurdu: “Taun hər bir müsəlman üçün şəhadətdir”
433
. Aişə 
radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm –  dən Taun barəsində soruşdum o: “Taun, Allahın dilədiyi 
                                                           
428
 Tirmizi 3/17, 1712, İbn Məcə 2/184, 2799, Əhməd 4/131.  
429
 Nəsəi 1/289, 4/99.  
430
 Müslim 6/49, Beyhəqi 9/169, Müstədrək 2/77.  
431
 Əbu Davud 1/391, Həkim 2/78, Beyhəqi 9/166, əl-Albani “Zəif Silsilə” 5360.  
432
 Müslim 6/51, 1915, Əhməd 2/310,522, Həkim 2/159.  
433
 Buxari 10/156,157,190, Əhməd 3/150, 220-223, 258-265, Taylasi 2113.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə