Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə42/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   38   39   40   41   42   43   44   45   ...   127

 
84
səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə 
kafir olacaqdır.  İnsanlar öz imanlarını (dinlərini) dünya malına 
satacaqlar»
393
. Sələflər deyirlər ki: “Ölüm yox olub getmək deyildir. O, 
ancaq ruhun bədəndən əlaqəsinin kəsilməsidir. Ölüm bir ayrılmaqdır. Ruh 
ilə  bədən arasına girən bir pərdədir. Ölüm bir dəyişiklikdir. Dünyadan 
Axirətə köçməkdir”. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «Ölüm qənimətdir, Günahlar 
müsibətdir, Fəqirlik rahatlıqdır, Zənginlik cəzadır, Ağıl hidayətdir, 
cahillik zəlalət və sapıqlıqdır, zülm peşmanlıqdır, itaət gözün nurudur
Allah qorxusundan ağlamaq atəşdən qurtulmaqdır, gülmək bədənin 
fəlakətidir, günahdan tövbə edən günahsız kimidir”
394
. Mahmud b. Ləbid 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «İki şey var ki, İnsan oğlu onlardan iyrənir. Ölümdən 
iyrənir, halbuki onun üçün ölüm fitnədən daha xeyirlidir. Malın azlığından 
iyrənir, halbuki az malın sorğu-sualı daha azdır”
395
.  İbn Ömər
 

radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – Əbu Zərr - radıyallahu anhu – ya buyurdu: “Ey Əbu Zərr! Dünya 
möminin zindanı, qəbr  əminliyi, Cənnət isə  qərargahıdır. Dünya kafirin 
Cənnəti, qəbr onun əzabı, Cəhənnəm isə dönüş yeridir”
396
. İbni Mubarək 
və  İbni  Əbi  Şeybə  və  Mərvəzi Rabi b. Haysəndən rəvayət edir ki: 
“Möminin gözlədiyi qeybi şeylər içində ölümdən daha xeyirli heç bir şey 
yoxdur”
397
.  Əbu Darda - radıyallahu anhu –  rəvayət edir ki: “Rəbbimə 
təvəzökarlıq üçün fəqirliyi, ona qovuşmaq üçün ölümü sevərəm, 
günahlarıma kəffarə üçün xəstəliyi sevərəm”
398
. Ölüm mələyi  İbrahim  
əleyhissəlam - ın ruhunu almaq üçün gəlmişdir.  İbrahim: “Ey Mələkul 
Movt! Heç dost dostun ruhunu alarmı?”. Ölüm mələyi Rəbbinə dönərək 
Allah ona buyurdu: İbrahim  -  əleyhissəlam - de: Heç dost dosta 
qovuşmaqdan çəkinərmi?”. Mələk bunu İbrahim  -  əleyhissəlam - xəbər 
verincə  İbrahim: “Ruhumu al!” dedi
399
. Həyyan b. əl-Əsvəd deyir ki: 
“Ölüm bir körpüdür. Dostu dosta qovuşdurur”
400
.  
Ölümü Xatırlamaq:  Ənəs  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Ölümü çox 
xatırlayın. Çünki ölümü anmaq günahları təmizlər, insanın əlini dünyadan 
                                                           
393
 İmam Nəvəvi “Şərh Müslim” 2/133.  
394
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
395
 Beyhəqi zəif hədis, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
396
 Əbu Nuaym, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
397
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
398
 İbni sad “Tabaqat”, Beyhəqi “Şuab”, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
399
 İmam Əhməd, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
400
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  


 
85
çəkər, zəngin ikən ölümü xatırlamaq azğınlıqdan qoruyar, fəqir ikən 
ölümü xatırlamaq yaşamağa razı edər”
401
. Sələflər deyirlər ki: “Kim 
ölümü çox zikr etsə ona üç şey ikram olunar: Tövbəni tezləşdirər, 
qəlbində (az ruzi ilə) qənaətkar olar, ibadətində sevinc və fərəh hiss edər. 
Kim də ölümü unudarsa ona üç şey ilə  cəza verilər: Tövbəni gecikdirər, 
(az ruzi ilə) qənaətkar olmaz, ibadətində tənbəl olar”
402
. İbrahim Teymi – 
rahmətullahi aleyhi - deyir ki: “İki  şey məndən dünya ləzzətlərini kəsir: 
“Ölümü və Allahın hüzurunda durmağı zikr etmək”
403
. İbrahim ət-Teymi 
– rahmətullahi aleyhi - deyir ki: “Ölümü zikr etmək zənginlikdir”
404
. Kəb 
– rahmətullahi aleyhi - deyir ki: “Kim ölümü haqqıyla tamsa dünyanın 
müsibət və qəmi ona asant gələr”
405
. Malik b. Dinar – rahmətullahi aleyhi 
deyir ki: “Əməl və ibadətdə qəlbin həyat tapması üçün ölümü zikr etmək 
bəs edər”
406
. Səfiyyə rəvayət edir ki, bir qadın qəlbinin sərtliyindən Aişə 
radıyallahu anhə  –  yə  şikayət edir. O: “Ölümü çox zikr et, qəlbin 
yumşalır” dedi
407
.  Əli  - radıyallahu anhu – deyir ki: “İnsanlar yatıblar, 
öldükləri zaman oyanırlar”
408
.  
Ölümü Xatırlamağa Yardımçı Olan Şeylər: Bureydə  - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu:  «Qəbirləri ziyarət etməkdən sizləri qadağan etmişdim. Artıq 
onları ziyarət edin…»
409
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu:  «Anam üçün 
istiğfar diləmək üçün Rəbbimdən izin istədim mənə izin vermədi. Qəbrini 
ziyarət etmək üçün Rəbbimdən izin istədim mənə izin verdi. Siz də 
qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır»
410
. Əbu Səid 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Sizlərə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə 
kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin»
411
.  
Allaha Hüsnü Zən Etmək: Cabir – radıyallahu anhu – rəvayət edir ki, 
mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəfatından üç gün qabaq 
belə buyurduğunu eşitdim: «Sizlərdən hər hansı biriniz Allaha gözəl zənn 
                                                           
401
 İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
402
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
403
 İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
404
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
405
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
406
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
407
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
408
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
409
 Müslim 977.  
410
 Müslim 976.  
411
 Əhməd 3/38, Heysəmi 3/57, Nəsəi 4/89.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə