Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə40/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   36   37   38   39   40   41   42   43   ...   127

 
80
13.  Yəumud-Din – sorğu-sual günü. “Haqq-Hesab  (Qiyamət) 
gününün sahibinə!”. (əl-Fatihə 4).  
14.  Həqqa – haqq üzə  çıxacağı gün. “Haqq olan qiyamət! Nədir 
Qiyamət?! Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin 
nə olduğunu sənə nə öyrətdi?)”. (əl-Haqqə 1-3).  
15.  Qariə  –  qəlbləri təşvişə salan gün. “Ürəkləri dəhşətə salan 
qiyamət! Nədir Qiyamət?! Sən nə bilirsən  (haradan bilirsən) ki, nədir 
qiyamət?!”. (əl-Qariə 1-3).  
16.  Ğaşiyə  –  qəlbləri dəhşət bürüyən gün. (Ya Peyğəmbər! Dəhşəti 
aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? (O gün) bir çox 
üzlər zəlil görkəm alacaq”. (əl-Ğaşiyə 1-2).  
17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).  
18. Əzifə – yaxınlaşmaq günü. (Ey insanlar!) Yaxınlaşam (Qiyamət) 
yaxınlaşdı”. (ən-Nəcm 57).  
19. əs-Saat – “O, saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir 
şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!”. (əl-Ğafir 
59).  
20. Darul-Axira – axirət diyarı. “Bu dünya həyatı oyun-oyuncaqdan, 
əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə,  şübhəsiz ki, əbədi 
həyatdır. Kaş biləydilər!  (Əgər bilsəydilər, axirəti dünyaya 
dəyişməzdilər)”. (əl-Ənkəbut 64).  
21.  Darul-Qarar –  “Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir 
(fanidir), axirət isə əbədi yurddur!”. (əl-Ğafir 39).  
22.  əl-Vaqiə  – vaqe olan gün. “Qiyamət vaqe olacağı  (qopacağı) 
vaxt”. (əl-Vaqiə 1).  
23. Tamattu Kubra – “O böyük bəla  (Qiyamət)  gələndə”. (ən-Nəziət 
34).  
24.  əs-Sahhə  - qulaqları kar edən.  “Nəhayət, qulaqları kar edən  (o 
dəhşətli səs) gələndə (İsrafil surunu çalanda)”. (Əbəsə 33).  
 
ÖLÜM 
Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə  həyatı sona 
çatan hər bir kəsin  əcəli ilə öldüyünə  və onun əcəlindən heç bir şeyin 
əskilmədiyinə iman edirik. (Ya Muhəmməd!) De ki: «Sizə müvəkkil olan 
ölüm mələyi canınızı alacaqdır. Sonra da (Qiyamət günü)  Rəbbinizin 
hüzuruna qaytarılacaqsınız».  (əs-Səcdə 11). «Can boğaza yetişdiyi 
zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona 
sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən  (dediyiniz 
kimi, qiyamət günü əməllərinizə görə)  haqq-hesab çəkilməyəcəksə, və 
əgər  (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda 


 
81
doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 
83-87).  
Ölüm Iki Cürdür:  1.  Yuxu – Allah Qurani Kərimdə yuxunu ölüm 
adlandırır.  «Allah  (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman, 
ölməyənlərin (hələ  əcəli çatmayanların) canlarını isə yuxuda alar». 
(çünkü yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi 
kəsilir)». (əz-Zumər 42).  Həmçinin Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu 
aldı və istədiyi vaxt qaytardı»
382
.  
2.  Həqiqi Ölüm –  «Yer üzündə olan hər kəs fanidir (ölümə 
məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 
35). 
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça 
bilmir. Canlı varlılıqların heç biri bu həqiqətə qarşı durmaq qüdrətinə 
malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də, varlı 
da, kasıb da, güclü də, zəif də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». 
(Ali-İmran 185). (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və 
(müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq 
assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, 
onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).  
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas 
yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını 
almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış 
yolu da yoxdur. «Heç kəs səhər nə  əldə edəcəyini  (savab, yaxud günah 
qazanacağını)  heç kəs harada öləcəyini bilməz. Allah isə  şübhəsiz ki
(hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).  
Həyatı  bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış 
müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və 
s. harda olursa olsun verdiyini geri alan da Allahdır. «Harada olursunuz 
olun, hətta uca və möhkəm qalalar içərsində olsanız belə, ölüm sizi 
haqlayacaqdır». (ən-Nisa 78).  
Bu günə qədər heç bir kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların 
ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. 
Baxın, görün Allah – subhənəhu və təalə – onlar haqqında nə buyurur: (Ya 
Muhəmməd!) «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) 
vermədik. Belə olduqda sən ölsən onlar dirimi qalacaqlar?» (əl-Ənbiya 
34). (Ya Peyğəmbər!)  «Şübhəsiz ki, sən də öləcəksən, onlar da 
öləcəklər». (əz-Zumər 30).  
                                                           
382
 Buxari, Müslim. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə