Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə44/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   40   41   42   43   44   45   46   47   ...   127

 
88
soyanlar olmuş ki, bu əməlinə tövbə edərək bu yoldan dönmüşlər. Səbəbi 
isə: Ölülər dəfn edildiyi zaman sağ çiyni üstə  dəfn olunurdular. Lakin 
qəbirləri açıldığı zaman onları qiblədən dönən, sol çiyni üstə görürdülər. 
Həmçinin – Bir cənazə yuyan deyir ki: “İllər boyu çox sayda cənazə 
yudum. Üzləri qiblədən dönən  100  dən çox ölü xatırlayıram”. Yenə  də: 
“Bir cənazəni qəbirə qoyub qibləyə tərəf çevirdikdə gördüm ki, üzü yerə 
tərəf dönmüş və burnu torpağa batmışdır. Başını təkrar qibləyə çevirdim 
və başının altına torpaq tökdüm. Lakin yenə də üzünü döndərdi və burnu 
torpa batdı. Bu şəkildə beş  dəfə  təkrar etdim. Nəhayət ümüdüm kəsild. 
Onu o, halda buraxıb qəbiri başladım”
418
. Yenə  də: “Bir gün Zərka 
şəhərində bir məsciddə cümə namazını  qıldıq. Bizimlə  bərabər elm 
tələbələri və Kuveytli alim vardı. İnsanlar məsciddən çıxmışdılar. Biz isə 
orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil 
olaraq:  İmam harada, İmam harad” deyə  səsləməyə başladılar. Kuveytli 
alimin yanına gələrək: “Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində 
dünyasını  dəyişmişdir. Qəbirini qazdıqda içində bir ilan gördük. Biz bu 
ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?”.  Şeyx və biz də qalxıb 
qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində  qıvrılmış bir ilan gördük. 
Başını içinə soxmuş, quyruşunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və 
insanlara baxırdı.  Şeyx: “Buranı buraxıb, digər bir yerdə  qəbir qazın” 
dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən 
ilanı gördük. Şeyx: “O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan 
yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır.  Şeyx: “Üçüncü, dördüncü 
dəfə  də qazsaq ilan çıxacaq.  İlanı öldürməkdən başqa çarəmiz yoxdur” 
dedi. Dəyənək və Sopalar gətirildi.  İlan isə  qəbirdən çıxaraq çüxürün 
başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq 
ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına 
qədər dolandı. Sonra onu şiddətlə yerə  çırpdı. Sümüklərinin qırılmasını 
eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq.  İlan ölüyə dolanaraq 
dayanmışdı. Heç bir şey etmədik.  Şeyx: “Üzərini örtün” dedi. Biz də 
torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlünün halını 
soruşdular. Atası: “Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz 
qılmırdı” dedi
419
.  Ənəs b. Məlik  - radıyallahu anhu – rəvayət edir ki, 
aramızda Nəccar oğullarından Bəqərə  və Ali İmran surələrini oxuyan, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə katiblik edən bir kimsə vardı. 
Sonda qaçdı  və  Əhli Kitab oldu. Onu ucaltdılar və: “Bu Muhəmməd  – 
sallallahu aleyhi və  səlləm – in katibliyini edən bir adamdır” dedilər. 
                                                           
418
 «Təzkiratul İhvan” s. 48, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
419
 “Risalətul Acilə” s. 46-50.  


 
89
(Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – i öz sözlərilə çox incidir). 
Lakin çox keçmir ki, Allah onun canını alır. Qəbir qazıb içinə qoydular. 
Lakin torpaq onu üzə atır. Sonra təkrar qazıb dəfn etdilər. Lakin yenə də 
torpaq onu üzə atır. Sonda əlacsız qalıb onu o halda da tərk etdilər”
420

Amr b. Dinar – rahmətullahi aleyhi - rəvayət edir ki: “Mədinəli bir nəfərin 
bacısı vardı. Öldüyü zaman qardaşı onu dəfn edir. Dəfindən sonra evinə 
döndüyü zaman xatırladı ki, pul qoyulan kisə qəbirə düşüb. Yoldaşından 
xahiş edir ki, ona bu işdə yardım etsin. Gedib qəbiri qazırlar. Portmanını 
tapır. Adamdan xahiş edir ki, ondan uzaqlaşsın. Səbəbi isə baxım bacım 
hansı haldadır. Daşları qaldırdıqda gördü ki, qəbri od tutub yanır. Həmən 
qəbri örtüb anasının yanına gəldi. Bacısının nə etdiyi soruşdu. Anası: 
“Namazlaını  təxirə salar (gecikdirər), dəstəmazsız qılar və qonşuların 
söhbətlərinə qulaq asaraq cəsusluq edirdi” dedi
421
. Əbul Fərəc b. Covzinin 
yoldaşı, İbni Farisi Kətbi öz “Tarix” kitabında qeyd edir ki: “Mən 590-da 
Bağdatda bir ölü gördüm. Hər tərəfi çürümüşdü. Sümüklərindən başqa bir 
şey qalmamışdır.  Əl və ayaqlarından dəmirdən xamut (boyunduruq) 
vardır. Bədəninə iki mismar taxılmışdı. Biri göbək nahiyəsinə, digəri isə 
alnına... adamın eybəcər quruluşu vardır. Üzə  çıxmasının səbəbi isə 
suların çoxalmasıydı. Tələl-Əhmər adlı bir təpənin yanındakı qəbirsanlığı 
su basmışdır”. İbn Qeyyim – rahmətullahi aleyhi - “Ruh” kitabında saleh 
bir qul olan Əbu Abdullah Muhəmməd b. Sinan əs-Sələmidən rəvayət edir 
ki: “Bağdatda Dəmirçilər bazarına bir nəfər gəldi. Kiçik, iki başlı 
mismarlar satdı. Dəmirçi onları alıb atəşə atdı. Lakin ərimədilər. Nə etdisə 
onları  əridə bilmədi. Onları satanı çağırdı. Bu mismarları haradan 
gətirmisən. Satıcı: “Onları yerdən tapdım” dedi. Lakin dəmirçi  əl 
çəkmədi. Adam: “Açıq bir qəbir gördüm. İçində bu mismarların 
sümüklərə keçirilmiş olduğunu gördüm. Sümüklər sındıraraq onları 
çıxardım” dedi. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Bir nəfər 
Mardindəki evindən çıxıb baxçasına getdi. Günəş batdıqdan sonra 
qəbirlərin arasından evimə dönürdüm. Birdən içindən alov püskürən bir 
qəbir gördüm. İçində də ölü vardı. Əllərimlə gözlərimi ovmağa başladım. 
Yuxudayam, yoxsa yox?” deməyə başladım. Vallahi yuxuda deyiləm – 
dedim. Dəhşət içində evimə  gəldim. Ailəm yemək gətirdi, lakin yeyə 
bilmədim. Sonra şəhərə çıxaraq qəbirin sahibinin kim olduğunu öyrəndim. 
Öyrəndim ki, vergi yığa bir məmur idi”
422
Allah Qorusun!  
                                                           
420
 Buxari “Ənbiya” 6/624, Əhməd 3/222.
  
421
 İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
422
 “Ruh” s. 98.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə