88
soyanlar
olmuş ki, bu əməlinə tövbə edərək bu yoldan dönmüşlər. Səbəbi
isə: Ölülər dəfn edildiyi zaman sağ çiyni üstə dəfn olunurdular. Lakin
qəbirləri açıldığı zaman onları qiblədən dönən, sol çiyni üstə görürdülər.
Həmçinin – Bir cənazə yuyan deyir ki: “İllər boyu çox sayda cənazə
yudum. Üzləri qiblədən dönən
100 dən çox ölü xatırlayıram”. Yenə də:
“Bir cənazəni qəbirə qoyub qibləyə tərəf çevirdikdə gördüm ki,
üzü yerə
tərəf dönmüş və burnu torpağa batmışdır. Başını təkrar qibləyə çevirdim
və başının altına torpaq tökdüm. Lakin yenə də üzünü döndərdi və burnu
torpa batdı. Bu şəkildə beş dəfə təkrar etdim. Nəhayət ümüdüm kəsild.
Onu o, halda buraxıb qəbiri başladım”
418
. Yenə də: “Bir gün Zərka
şəhərində bir məsciddə cümə namazını qıldıq. Bizimlə bərabər elm
tələbələri və Kuveytli alim vardı. İnsanlar məsciddən çıxmışdılar.
Biz isə
orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil
olaraq: İmam harada, İmam harad” deyə səsləməyə başladılar. Kuveytli
alimin yanına gələrək: “Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində
dünyasını dəyişmişdir. Qəbirini qazdıqda içində bir ilan gördük. Biz bu
ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?”. Şeyx və biz də qalxıb
qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük.
Başını içinə soxmuş, quyruşunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və
insanlara baxırdı. Şeyx: “Buranı buraxıb, digər bir yerdə qəbir qazın”
dedi.
Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən
ilanı gördük. Şeyx: “O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan
yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: “Üçüncü, dördüncü
dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur”
dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çüxürün
başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq
ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına
qədər dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını
eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq
dayanmışdı. Heç bir şey etmədik. Şeyx: “Üzərini örtün” dedi.
Biz də
torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlünün halını
soruşdular. Atası: “Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz
qılmırdı” dedi
419
. Ənəs b. Məlik
- radıyallahu anhu – rəvayət edir ki,
aramızda Nəccar oğullarından Bəqərə və Ali İmran surələrini oxuyan,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə katiblik edən bir kimsə vardı.
Sonda qaçdı və Əhli Kitab oldu. Onu ucaltdılar və: “Bu Muhəmməd
–
sallallahu aleyhi və səlləm – in katibliyini edən bir adamdır” dedilər.
418
«Təzkiratul İhvan” s. 48, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
419
“Risalətul Acilə” s. 46-50.
89
(Peyğəmbər
– sallallahu aleyhi və səlləm – i öz sözlərilə çox incidir).
Lakin
çox keçmir ki, Allah onun canını alır. Qəbir qazıb içinə qoydular.
Lakin torpaq onu üzə atır. Sonra təkrar qazıb dəfn etdilər. Lakin yenə də
torpaq onu üzə atır. Sonda əlacsız qalıb onu o halda da tərk etdilər”
420
.
Amr b. Dinar
– rahmətullahi aleyhi - rəvayət edir ki: “Mədinəli bir nəfərin
bacısı vardı. Öldüyü zaman qardaşı onu dəfn edir. Dəfindən sonra evinə
döndüyü zaman xatırladı ki, pul qoyulan kisə qəbirə düşüb. Yoldaşından
xahiş edir ki, ona bu işdə yardım etsin. Gedib qəbiri qazırlar. Portmanını
tapır.
Adamdan xahiş edir ki, ondan uzaqlaşsın. Səbəbi isə baxım bacım
hansı haldadır. Daşları qaldırdıqda gördü ki, qəbri od tutub yanır. Həmən
qəbri örtüb anasının yanına gəldi. Bacısının nə etdiyi soruşdu. Anası:
“Namazlaını təxirə salar (gecikdirər), dəstəmazsız qılar və qonşuların
söhbətlərinə qulaq asaraq cəsusluq edirdi” dedi
421
. Əbul Fərəc b. Covzinin
yoldaşı, İbni Farisi Kətbi öz “Tarix” kitabında qeyd edir ki: “Mən 590-da
Bağdatda bir ölü gördüm. Hər tərəfi çürümüşdü. Sümüklərindən başqa bir
şey qalmamışdır. Əl və ayaqlarından dəmirdən xamut (boyunduruq)
vardır. Bədəninə iki mismar taxılmışdı. Biri göbək nahiyəsinə,
digəri isə
alnına... adamın eybəcər quruluşu vardır. Üzə çıxmasının səbəbi isə
suların çoxalmasıydı. Tələl-Əhmər adlı bir təpənin yanındakı qəbirsanlığı
su basmışdır”. İbn Qeyyim
– rahmətullahi aleyhi - “Ruh” kitabında saleh
bir qul olan Əbu Abdullah Muhəmməd b. Sinan əs-Sələmidən rəvayət edir
ki: “Bağdatda Dəmirçilər bazarına bir nəfər gəldi. Kiçik, iki başlı
mismarlar satdı. Dəmirçi onları alıb atəşə atdı. Lakin ərimədilər. Nə etdisə
onları əridə bilmədi. Onları satanı çağırdı. Bu mismarları haradan
gətirmisən. Satıcı: “Onları yerdən tapdım” dedi.
Lakin dəmirçi əl
çəkmədi. Adam: “Açıq bir qəbir gördüm. İçində bu mismarların
sümüklərə keçirilmiş olduğunu gördüm. Sümüklər sındıraraq onları
çıxardım” dedi. İbn Qeyyim
– rahmətullahi aleyhi - deyir ki: “Bir nəfər
Mardindəki evindən çıxıb baxçasına getdi. Günəş batdıqdan sonra
qəbirlərin arasından evimə dönürdüm. Birdən içindən alov püskürən bir
qəbir gördüm. İçində də ölü vardı. Əllərimlə gözlərimi ovmağa başladım.
Yuxudayam, yoxsa yox?” deməyə başladım. Vallahi yuxuda deyiləm –
dedim. Dəhşət içində evimə gəldim. Ailəm yemək gətirdi, lakin yeyə
bilmədim. Sonra şəhərə çıxaraq qəbirin sahibinin kim olduğunu öyrəndim.
Öyrəndim ki, vergi yığa bir məmur idi”
422
.
Allah Qorusun!
420
Buxari “Ənbiya” 6/624, Əhməd 3/222.
421
İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
422
“Ruh” s. 98.