Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə46/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   42   43   44   45   46   47   48   49   ...   127

 
92
kimsələrin üzərinə göndərdiyi bir əzabdır. Lakin uca Allah onu möminlər 
üçün bir rəhmət etmişdir. Bir qulun yaşadığı bölgədə Taun baş qaldırarsa 
o, da Allahın onun üçün yazdığından başqa heç bir şey ona isabət 
etməyəcəyini bilər və  səbr edərək yaşadığı yerdə qalmağa davam edərsə 
onun üçün şəhidin  əcri kimi əcir vardır”
434
. Utbə b. Abd əs-Suləmi  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: “(Qiyamət günü) Şəhidlər ilə Taun səbəbiylə  vəfat 
etmiş olanlar gətirilir. Taun xəstəliyindən ölənlər deyirlər: “Biz 
şəhidlərik”. Onlara: “Gözləyin,  əgər sizin də yaralar şəhidlərin yaraları 
kimi qan axıdır, qoxusu da misk qoxusu kimi olarsa onlar şəhidlərdir. 
Onların bu halda olduqlarını görəcəklər”
435
.  
7. Qarın Xəstəliyindən Ölmək: Abdullah b. Yəsar rəvayət edir ki, mən 
Süleyman b. Surad və Xalid b. Urfut ilə birlikdə oturmuşduq. Qarın 
xəstəliyindən vəfat edən bir adamdan söz etdilər. Bir də baxdım ki, hər 
ikisi də onun cənazəsinə getmək istəyir. Biri digərinə, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: “Qarnı özünü öldürən (qarın 
xəstəliyi səbəbiylə ölən) bir kimsə  əsla qəbrində  əzab görməyəcəkdir” 
deyə buyurmadımı? Digəri: “Bəli (Başqa rəvayətdə: Doğru söylədin) 
dedi
436
.  
8 Və 9. Boğularaq Və Ya Uçqun Altında Qalaraq Ölmək: Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidlər beşdir: Taun ilə ölən
qarın xəstəliyindən ölən, suda boğularaq ölən, uçqun altında qalaraq 
(ölən) və Allah yolunda şəhid olan”
437
.  
10.  Doğuş Zamanı Ölmək (Uşağı Ilə Birlikdə): Ubadə b. Samit 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – Abdullah b. Rəvahanı ziyarət etdi. Yatağında olduqda 
Peyğəmbər: “Sən ümmətimin  şəhidlərinin kim olduğunu bilirsənmi?” 
deyə buyurdu. Oradakılar: “Müsəlmanın öldürülməsi bir şəhidlikdir” 
dedilər. Peyğəmbər: “O, zaman ümmətimin şəhidləri az olar: Müsəlmanın 
öldürülməsi  şəhadətdir, Taun şəhadətdir, doğuş zamanı qadının ölməsi 
şəhadətdir (Uşağı anasının göbəyindən tutaraq onu Cənnətə 
çəkəcəkdir)”
438
.  
11 Və 12. Yanğın Və Zatul Cənb Adlanan Xəstəlik Səbəbiylə Ölmək: 
Cabir b. Atik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər sallallahu 
aleyhi və  səlləm – buyurdu: “Allah yolunda öldürülən müstəsna olmaqla 
                                                           
434
 Buxari 10/157-158,202,203, Beyhəqi 3/376, Əhməd 6/64,145,252,258.  
435
 Əhməd 4/185, 128-129, Təbərani 6/55/2, Nəsəi 2/63.  
436
 Nəsəi 1/289, 4/98, Tirmizi 2/160, İbn Hibban 728, Taylasi 1288, Əhməd 4/262.  
437
 Buxari 6/33-34, 6150, Müslim 6/51, 1914, Tirmizi 2/159, Əhməd 2/325, 533.  
438
 Əhməd 4/201, 5/323, Darimi 2/208, Taylasi 528.  


 
93
şəhidlər yeddidir: “Taun xəstəliyi ilə ölən, suda boğularaq ölən, Zatul 
Cənb xəstəliyi ilə ölən, qarın xəstəliyindən ölən, yanğından ölən, uçqun 
altında qalaraq ölən, doğuş zamanı (uşağı ilə) bərabər ölən qadın 
şəhiddir”
439
.  
13.  Vərəm Xəstəliyindən Ölmək: Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “...Vərəm xəstəliyindən ölmək şəhidlikdir”
440
.  
14.  Malını Qoruyaraq Ölmək: Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Malı  uğrunda öldürülən (haqsız yerə malı alındığı 
zaman döyüşərək öldürülən) kimsə şəhiddir”
441
. Muharik rəvayət edir ki
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına bir kişi gələrək: “Ey 
Allahın Rəsulu! Bir nəfər gəlib malımı almaq istəsə (nə edim?)” dedi. O: 
“Ona Allahı xatırlat” dedyə buyurdu. Adam: “Xatırlamazsa (nə edim)” 
dedi. O: “Ətrafda olan müsəlmanlardan yardım istə” dedi. Adam: 
“Ətrafda müsəlman yoxdursa” dedi. O: “Elə isə Sultandan kömək istə” 
dedi. Adam: “Sultan məndən uzaqda olsa” dedi. O: “Bir şəhid olana qədər 
və ya malını qoruyana qədər mübarizə apar” deyə buyurdu
442
.  Əbu 
Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ey Allahın Rəsulu! Bir 
nəfər gəlib malımı almaq istəsə nə edim?” dedi. Peyğəmbər: “Malını ona 
vermə” dedi. O: “Mənimlə döyüşəsi olsa necə?” dedi. Peyğəmbər: “Səndə 
onunla döyüş” dedi. O: “Məni öldürsə necə?” dedi. Peyğəmbər: “Sən bir 
şəhidsən” dedi. O: “Mən onu öldürsəm necə” dedi. Peyğəmbər: “O, 
Cəhənnəmdədir” deyə buyurdu
443
.  
15 Və 16.  Din Və Canı Qorumaq Uğrunda Ölmək:  Səid b. Zeyd 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Malını müdafiə edərkən öldürülən  şəhiddir, Ailəsini 
müdafiə edərkən öldürülən  şəhiddir, Dinini müdafiə edərkən öldürülən 
şəhiddir, Canını müdafiə edərkən öldürülən  şəhiddir”
444
. Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Özünə edilən haqsızlığın qarşısını 
almaq uğrunda öldürülən kimsə şəhiddir”
445
.  
17.  Allah Yolunda Sərhəd Qoruyarkən Ölmək: Salman Farsi 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Bir gün və bir gecə  (İslam dövlətinin sərhədlərini 
                                                           
439
 Məlik 1/232,233, Əbu Davud 2/26, Nəsəi 1/261, İbn Məcə 2/185-186, İbn Hibban 1616, Həkim 
1/352, Əhməd 5/446, Məcmuaz Zəvaid 2/317.  
440
 Məcmuaz Zəvaid 2/317, 5/301,  
441
 Buxari 5/93,147, Müslim 1/87, Əbu Davud 2/285, Nəsəi 2/173, 7/116, Tirmizi 2/315.  
442
 Nəsəi “Təhrim” 21, 7/113, Əhməd 5/294-295.  
443
 Müslim 1/87, 140, Nəsəi 2/173, 7/114, Əhməd 1/339, 360.  
444
 Əbu Davud 2/275, 4746, Tirmizi 2/316, 1421, Əhməd 1628, 1652, 1653.  
445
 Nəsəi 2/173-174, 7/117, Əhməd 2780.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə