Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə47/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   43   44   45   46   47   48   49   50   ...   127

 
94
qorumaq) bir ay oruc tutub, namaz qılan kimsənin  əməlindən xeyirlidir. 
Əgər bu kimsə ölürsə etdiyi əməli ona yazılmağa davam edilər, ruzisi 
verilər və  (şeytanın) fitnəsindən  əmin olar (Başqa rəvayətdə: Qiyamət 
günü şəhid olaraq dirildilir
446
)”
447
. Fadalə b. Ubeyd - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər 
ölənin əməli möhürlənir. Yalnız Allah yolunda sərhədləri qoruyarkən ölən 
kimsə müstəsnadır. Onun əməli Qiyamət gününə  qədər artırılır və  qəbr 
fitnəsindən əmin olur”
448
.  
18. Saleh Bir Əməli Edərkən Ölmək: Peyğəmbər sallallahu aleyhi 
və  səlləm – buyurdu: “Hər kim Allah rizası üçün Lə  İləhə  İlləllah 
deyərkən əməli onunla möhürlənərsə Cənnətə girər. Hər kim Allah rızası 
üçün bir gün oruc tutar və onunla əməli möhürlənərsə Cənnətə girər. Hər 
kim Allah rızası üçün bir sədəqə verir və  əməli onunla möhürlənərsə 
Cənnətə girər”
449
.  
19 Və 20. Dənizdə Ölmək (Dəniz Xəstəliyindən) Və Suda Boğularaq 
Ölmək: Ummu Həram - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Dənizdə ölən şəhidin mükafatını 
alar, dənizdə batan isə iki şəhidin mükafatını alar”. Ummu Həram  
radıyallahu anhə – deyir ki: “Kim ki, dənizdə dəniz xəstəliyindən ölərsə 
o, şəhidin mükafatını alar. Batan isə iki şəhidin mükafatını alar”
450
.  
21.  Vəhşi Heyvan Tərəfindən Parçalanaraq Ölmək: Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Uçqun altında qalaraq ölən, vəhşi 
heyvan tərəfindən parçalanaraq öldürülən, qarın xəstəliyindən ölən, batan, 
yanan şəhiddir”
451
.  
22. Hündürlükdən Yıxılıraq Ölmək: İbn Məsud - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim 
ki, dağdan yıxılaraq ölərsə, vəhşi heyvan tərəfindən, dənizdə batarsa 
şəhiddir”.  
23.  Zalım Hökmüdarın Yanına Gedərək Ona Yaxşılığı  Əmr Edib 
Pislikdən Çəkindirərək Öldürülən Kimsə: Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – buyurdu: “Şəhidlərin seyyidi Həmzə - radıyallahu anhu – dur 
və zalım hökmüdarın yanına gedərək ona yaxşılığı  əmr edib pislikdən 
çəkindirərkən öldürülən kimsədir”
452
.  
                                                           
446
 Təbərani 6179.  
447
 Müslim 6/51, 1913, Nəsəi 2/63, 6/39, Tirmizi 3/18, 1665, Həkim 2/80, Əhməd 5/440-441.  
448
 Əbu Davud 1/391, 2483, Tirmizi 3/2, 1621, Həkim 2/144, Əhməd 6/20.  
449
 Əhməd 5/391, əl-Albani “Səhih”.  
450
 Əbu Davud, əl-Albani səhih.  
451
 əl-Albani səhih.  
452
 Həkim, əl-Albani səhih.
 
 


 
95
24. Fitnələr Zamanı Dindən Tutan: İbn Məsud - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
“Həqiqətən sizlərdən sonra səbr vaxtı gələcəkdir. Kim o, günlərdə dindən 
tutarsa sizlərdən  50 min şəhidin savabı vardır”
453
. Utba b. Qazvan 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Həqiqətən sizlərdən sonra səbr vaxtı gələcəkdir. Kim o 
günlərdə dindən bizim tutduğumuz kimi tutarsa sizlərdən 50  min şəhidin 
savabı vardır. Onlar: “Onlardan” O: “Xeyr, sizlərdən”
454
.  
25.  Su Basqını Zamanı Ölmək: Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Kim su basqını zamanı ölərsə şəhiddir”
455
.  
26. Mədinədə Ölmək: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Sizdən kimsə 
Mədinədə ölə bilərsə qoy ölsün orada. Mən o kimsəyə şəfaətçi olaram”
456
.  
27.  Mömin Qardaşları Yaxşı  Əməllərinin Savabından Ona Hədiyyə 
Etmələriylə: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: 
«Ya Rəsululah! Atam öldü və bir mal buraxdı. Halbuki vəsiyyət də 
etmədi. Mənim onun adına sədəqə verməyim onun günahlarına kəffarə 
lurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə buyurdu
457
. Aişə  
radıyallahu anhum –  rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Anam 
vəfat etmişdir. Elə zənn edirəm ki, əgər sağ olsaydı sədəqə verərdi. Mən 
onun adına sədəqə versəm onun üçün bir savab olurmu?» deyə soruşdu. 
Peyğəmbər: «Bəli» deyə cavab verdi
458
. İbn Abbas - radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam olduqca yaşlanıb nə həcc, 
nə ümrə, nə  də  səfərə  çıxmaq gücü də yoxdur». Peyğəmbər: «Atanın 
yerinə  həcc və ümrə et» deyə buyurdu
459
. Bir qadın körpə  uşağı yuxarı 
qaldıraraq: «Ya Rəsulullah! Bu uşağın həcci səhihdirmi?» dedi. 
Peyğəmbər: «Bəli, savabı da sənindir» deyə buyurdu
460
.  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Bu üç şey müstəsna olmaqla Adəm oğlu öldükdə 
əməli kəsilir. Faydalı elm qoyub getmək (hansı ki, insanlar ondan istifadə 
edirlər),  Sadaqətul Cəriyə  (axan) xeyirli sədəqə (yol saldırmaq, su 
çəkmək), sənin üçün dua edən saleh övladlar»
461
. Ənəs - radıyallahu anhu 
                                                           
453
 Təbərani.  
454
 əl-Albani “Səhih”.  
455
 Heysəmi, Təbərani.  
456
 Əhməd, Tirmizi, əl-Albani.  
457
 Müslim 1630.  
458
 Müslim 1631.  
459
 Əbu Davud 1810, Tirmizi 930, Buxari 1858.  
460
 Müslim 1336.  
461
 Müslim 1631.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə