Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə33/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   29   30   31   32   33   34   35   36   ...   127

 
65
əleyhissəlam –  ın ölümündən öncə ona iman etməyən kimsə 
qalmayacaqdır” deyənləri görüşüdür
315
.  
“O,  (həm) beşikdə ikən,  (həm də) yaşa dolduqdan sonra insanlarla 
danışacaq və salehlərdən  (xeyirli iş görən  şəxslərdən) olacaqdır”.  (Ali 
İmran 46). (Ya Rəsulum!)  Xatırla ki, o gün (Qiyamət günü) Allah 
(İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi 
yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən 
beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...”. (Məryam 
110)İbn Zeyd – rahmətullahi aleyhi –
 
birinci ayənin təfsirində deyir ki: 
Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...” İsa – 
əleyhissəlam – onlarla beşikdə ikən danışmışdır və  Dəccəli öldürdükdən 
sonra cavan ikən onlarla danışacaqdır”
316
. Sələbi – rahmətullahi aleyhi –
 
deyir ki: “Yetkin çağında da” İsa  –  əleyhissəlam – yer üzünə yetkin 
olaraq enəcəkdir”.  İbn Cərir  – rahmətullahi aleyhi –
 
deyir ki: “Bu nəql 
etdiklərimiz bütün təfsir  əhlinin görüşüdür. Ayəni hamısı belə  təfsir 
etmişlər”
317
.  
“Şübhəsiz ki, o, (İsanın zühuru) Qiyamət saatı üçün bir əlamətdir. 
Ona  (Qiyamətə)  şəkk etməyin və  Mənə tabe olun. Bu, doğru yoldur!”. 
(əz-Zuhruf 61).  İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Şübhəsiz ki, o, 
(İsanın zühuru) Qiyamət saatı üçün bir əlamətdir”  ayəsi haqqında: 
Məryəm oğlu İsa – əleyhissəlam – Qiyamət günündən öncə nüzul edər”
318
.  
Isa – Əleyhissəlam – In Zühru Barədə Nazil Olan Hədislər:  Əbu 
Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Həyatım  əlində olan Allaha and olsun ki, 
Məryəm oğlu  İsa  –  əleyhissəlam – adil bir hakim olaraq sizin içinizə 
enməsi yaxındır. O, xaçları  sındıracaq, donuzları öldürəcək və cizyəni 
qaldıracaqdır. Mal gələcək lakin (elə bir şəkildə artacaq ki) heç kimsə 
qəbul etməyəcəkdir. Nəhayət bir səcdə dünya və dünyadakı  şeylərdən 
xeyirli olacaqdır»
319
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Görün siz necə (bir 
ümmətsinizki) rəhbəriniz özünüzdən olduğu bir halda Məryəm oğlu İsa – 
əleyhissəlam – sizlərə nazil olacaqdır (İmamınız sizdən olduğu halda 
Məryəm oğlu aranıza nüzul etdikdə halınız necə olacaqdır?)»
320

                                                           
315
 “Cəmiul Bəyan” 6/386, “Fəthul Bəri” 6/492.  
316
 “Cəmiul Bəyan” 6/420.  
317
 İbn Kəsir 1/214, Ruhul Məani 4/179, Zadul Məsir 1/392, Zəməhşəri “Kəşşaf” 1/192.  
318
 İbn Hibban 8/288, İbn Kəsir 4/132.  
319
 Buxari 4/414, 5/121, 6/490, Müslim “İman” 155 (242), Əbu Davud 4324, Tirmizi 2234.  
320
 Buxari 6/491, Müslim 2/193, Əhməd 2/336, İbn Hibban 8/284.  


 
66
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Sübh çağı imam 
onlarla birlikdə namaza durduğu bir vaxtda Məryəm oğlu  İsa  – 
əleyhissəlıam –  gələcəkdir. Bu imam geri çəkilib yerini ona vermək 
istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə qoyub deyəcəkdir: «Keç 
yerinə namazı qıldır». İmam irəli keçib namazı qıldıracaqdır. Sonra İsa – 
əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd qapsının
321
 yaxınlığında 
Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu gördükdə duz suda əridiyi 
kimi əriyəcəkdir»
322
. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bir 
qrup haqq uğrunda müzəffər  şəkildə mübarizəni Qiyamət gününə  qədər 
davam edər.  Məryəm oğlu  İsa  –  əleyhissəlam – yerə enəcək. Başçıları 
Mehdi ona: «Gəl bizə namazda imamlıq et!» deyəcəkdir. İsa: «Xeyr, onlar 
bir-birilərinin imamıdır. Bu da Allahın bu ümmətə olan ehtiramıdır» deyə 
cavab verər
323
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Peyğəmbərlər ata bir qardaşdılar. Anaları ayrıdır. Dinləri isə birdir. Mən 
Məryəm oğlu  İsa  –  əleyhissəlam – a ən yaxın olanam. Çünki mənimlə 
onun arasında Peyğəmbər yoxdur»
324
. Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «İsra gecəsində Musa – əleyhissəlam – ilə qarşılaşdım. 
O, uzun boylu və düz saçlı olduğunu gördüm. Şerve qəbiləsinin 
adamlarına bənzəyirdi.  İsa  –  əleyhissəlam – ilə  də qarşılaşdım (Başqa 
rəvayətdə: «Mən yuxumda Kəbənin yanında bir adam göstərildi. Bir də 
baxdım ki, gördüyüm əsmər (qarabuğdayı) kimsələr içərisində  ən 
gözəlidir. Saçları dümdüz (telləri) çiyinlərinə  qədər uzanmışdı. Başından 
su damcılayırdı. Əllərini iki kişinin çiyinlərinə dayamış halda beyti təvaf 
edirdi. Kim bu? Deyə soruşdum Mənə: «Məryəm oğlu Məsihdir (Başqa 
rəvayətdə: «İsa – əleyhissəlam – ı da gördüm. Ona ən çox bənzəyən Urva 
b. Məsud idi. İbrahimi də gördüm. Ona ən çox bənzəyən qardaşınızdır 
(özünü qəsd edir). Cəbraili də gördüm Ona ən çox bənzəyən Dihyə b. 
Xəlifətil əl-Kəlbidir») dedilər. Onun arxa tərəfində saçı qısa, qıvrım, sağ 
gözü kor birini də gördüm. Gözü su üzərindəki üzüm dənəsi kimi 
pırtlağdı.  İbn Katana bənzəyirdi.  Əllərinin birinin (iki nəfərin) çiyninə 
dayamış halda beyti təvaf edirdi. Kim bu? Deyə soruşdum. Mən: «Məsih 
Dəccəşldir» deyə cavab verdilər)
325
.  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
                                                           
321
 Fələstinin Rəmlə şəhərinin yaxınlığında. 
322
 İbn Məcə, İbn Huzeymə, əl-Albani «Səhihul Cəmi» 7752. 
323
 İbn Qeyyim «Mənar əl-Munif» 147,148, Süyuti «əl-Havi fil Fətava» 2/64. Buxari 6/491, Müslim 
“İman” 247, 2/193,194. 
324
 Buxari «Ənbiya» 48, Əhməd 2/437, Təbəri «Cəmiul Bəyan» 4/22,23,  
325
 Buxari «Ənbiya» 48, 6/477, 13/90, Müslim «İman» 272. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə