Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə32/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   28   29   30   31   32   33   34   35   ...   127

 
63
Matar  əl-Varrak deyir ki: “O vaxt Allah dedi: "Ey İsa! Mən sənin 
həyatına son qoyub Özümə  tərəf qaldıracağam”  – bu vəfat etmək 
bildiyimiz ölüm deyildir. Eyni şəkildə İbn Cureyc – rahmətullahi aleyhi – 
deyir ki: “Allahın İsa – əleyhissəlam – ı vəfat etdirməsi, onu öz dərgahına 
qaldırmasıdır”.  Şovkani  – rahmətullahi aleyhi – deyir ki: “Burada vəfat 
kəliməsi ilə  qəsd edilən yuxudur”
308
.  “Sizi gecələr yuxuya daldıran  (bu 
minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən)
gündüz isə  nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi 
gündüz  (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl)  gəlib 
yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə 
etdiyiniz  əməllər barəsində  xəbər verəcəkdir”.  (əl-Ənam 60). “Allah 
(əcəli çatan kimsələrin) canlarını  (ruhlarını) onlar öldüyü zaman, 
ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki 
yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). 
Ölümünə hökm olunmuş kimsələrin canlarını  (ruhlar aləmində) 
saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən 
ölüb gedər). Digər  (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə 
müəyyən bir müddətədək  (əcəlləri gəlib çatıncaya qədər yuxudan 
oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm 
üçün  (Allahın hər  şeyə qadir olmasına, Qiyamət günü ölüləri 
dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!”. (əz-Zumər 42). Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: “(Yuxudan oyandıqda) Həmd bizi 
öldürdükdən sonra təkrar dirildən Allahadır. Qayıdış da Onadır”
309
 Həsən 
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm –  Yəhudilərə buyurdu: “Heç şübhəsiz ki, İsa  –  əleyhissəlam – 
ölmədi. O, Qiyamət günündən öncə sizə  gələcəkdir”
310
.  İbn  Əbu Hatim, 
Əhməd b. Sinan, Əbu Muaviyə, əl-Aməş, Minhal b. Amr, Said b. Cubeyr, 
İbn Abbas – Allah onlardan razı olsun - rəvayət edir ki: “Allah İsa  – 
əleyhissəlam – ı səmaya yüksəltməyi dilədiyi zaman İsa – əleyhissəlam – 
həvarilərinin yanına çıxdı. Evdə  Həvarilərdən  12 kişi vardı. Onların 
yanına çıxdığı zaman başından su damcılayırdı. O: “İçinzdən mənə iman 
etdikdən sonra 12 dəfə inkar edən vardır. Hansınız mənə oxşadılıb yerimə 
öldürüləcək və  mənimlə eyni dərəcədə olmaq istər? (Başqa rəvayətdə: 
Cənnətdə yoldaşım olmaq istər
311
)”. Yaşca kiçik olan cavanlardan bir gənc 
(Sərcis) qalxdı və Ona: “Otur” dedi. Sonra onlara dönüb təkrar etdi, yenə 
                                                           
308
 “Fəthul Qadir” 1/344.  
309
 Buxari 6325, 7395.  
310
 İbn Kəsir “Təfsir” 1/366, Mursəl (Tabiin Səhabənin adını zikr etmədən bir başa Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm –
 
dən rəvayət edir) hədis.  
311
 İbn Cərir ət-Təbəri 9/372.  


 
64
o, gənc qalxdı  və Ona: “Otur” dedi. Sonra təkrar onlara dönüb təkrar 
edincə o, gənc yenə: “Mən” dedi. Bundan sonra: “Bəli, o sən olacaqsan” 
dedi. O, İsa  –  əleyhissəlam – a oxşadıldı,  İsa  –  əleyhissəlam – evin 
pəncərəsindən səmaya yüksəldilir. Yəhudilər girib bənzərini götürdülər, 
onu öldürdülər və asdılar. İçlərindən biri ona iman etdikdən sonra 12 dəfə 
küfr etdi”
312
.  
«Onlar  (İsaya inanmayanlar) hiyləyə  əl atdılar. Allah da onların 
hiyləsinə qarşı  əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir 
(hiyləgərlərə ən yaxşı cəza verəndir)». (Ali İmran 54). Bu ayə Yəhudilərin 
İsa  –  əleyhissəlam – ı öldürmək istədikləri üzərinə nazil olmuşdur. Xain 
Yahuza adında biri İsa  –  əleyhissəlam – ı öldürmək üçün onu təqib 
edənlərlə birlikdə (İsa – əleyhissəlam – ın) olduğu yerə gəlir. Lakin Allah 
-  subhənəhu və  təalə - İsa  –  əleyhissəlam – ı  səmaya yüksəldir. Xain 
Yahuzanı isə İsa – əleyhissəlam – a bənzədir. Xain Yahuza evi axtarıb İsa 
–  əleyhissəlam – ı orada tapmadıqda çölə  çıxır. Onunla gələnlər 
Yahuzanın  İsa  –  əleyhissəlam – olduğunu görüb bu inancla onu 
öldürürlər
313
. İbn Cərir, Mücahid – rahmətullahi aleyhi – dan rəvayət edir 
ki: “Onlar İsa  –  əleyhissəlam – a bənzəyən birini asdılar.  İsa  – 
əleyhissəlam – isə diri olaraq səmaya qaldırıldı”.  
Bu ayələr  İsa  –  əleyhissəlam –  ın diri olmasının və Qiyamət 
əlamətlərindən biri olmasının dəlilidir. Məryəm oğlu İsa – əleyhissəlam – 
ın  Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr 
etməsi, donuzları  və xaçları  məhv etməsi, Dəccəli öldürüb yer üzündə 
İslam ilə hökm etməsi. «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən 
əvvəl ona (İsaya) iman gətirməsin, lakin o Qiyamət günündə onların 
əleyhinə  şəhadət verəcəkdir».  (ən-Nisa 159).  İbn Abbas - radıyallahu 
anhu – ayə haqqında deyir ki: “Kitab  əhlindən elə bir kəs olmaz ki, 
ölümündən  əvvəl ona (İsaya)  iman gətirməsin”: Məryəm oğlu  İsa  – 
əleyhissəlam –  ın ölümündən öncə” deməkdir
314
.  Əbu Malik – 
rahmətullahi aleyhi – deyir ki: “Kitab  əhlindən elə bir kəs olmaz ki, 
ölümündən əvvəl ona (İsaya) iman gətirməsin”: Bu İsa – əleyhissəlam – 
ın nüzulundan sonra olacaqdır. Məryəm b. Isa – əleyhissəlam – ölmədən 
öncə Əhli Kitabdan hər biri mütləq ona iman gətirəcəkdir” dedi. İbn Cərir 
– rahmətullahi aleyhi –
 
deyir ki: “Bu görüşlər içində doğru olanı birinci 
örüşdür:  İsa  –  əleyhissəlam –  ın nüzulundan sonra Əhli Kitabdan, İsa  – 
                                                           
312
 İbn Kəsir “Təfsir” 1/575.  
313
 İbn Kəsr 11/37 heç bir qaynaq zikr etmədən göstərir.  
314
 “Cəmiul Bəyan” 9/380, “Fəthul Bəri” 6/492.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə