Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə34/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   30   31   32   33   34   35   36   37   ...   127

 
67
«Nəfsim  əlində olana and olsun ki, Məryəm oğlu Həcc və ümrəsini 
edərkən və ya hər ikisini edərkən Rahva (iki dağ arasında yol) təlbiyə 
edəcəkdir”
326
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsa b. Məryəm enər, 
donuzları öldürər, xaçı sındırar, namaz için ətrafında toplanırlar, mal verir 
qəbul edilməz, cizyəni qaldırır, Həcc və Ümrə üçün və ya hər ikisi üçün 
Rahvaya enər”
327
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Məryəm oğlu 
İsa – əleyhissəlam – a insanların ən yaxınıyam. Peyğəmbərlər anaları ayrı, 
ataları bir qardaşdılar. (Başqa rəvayətdə: Doğulan elə bir uşaq yoxdur ki, 
şeytan ona toxunmuş olmasın. Elə  şeytanın toxunmasındandır ki, uşaq 
doğulduqda fəryad edərək ağlayır.  Şeytanın bu toxunmasından Məryəm 
oğlu  İsa  –  əleyhissəlam – ilə anası müstəsnadır:  «Məryəmi və onun 
nəslini məlum  şeytandan Sənə tapşırıram».  (Ali  İmran 36)
328
.  Əbu 
Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Peyğəmbərlər anaları ayrı, ataları bir 
qardaşdılar. Mən Məryəm oğlu  İsa  –  əleyhissəlam – a insanların  ən 
yaxınıyam. Çünki mənimlə onun arasında Peyğəmbər yoxdur. O, 
enəcəkdir. Onu gördükdə (bu vəsflərlə) tanıyacaqsınız: Ağ  və  qırmızıya 
çalan rəngdədir.  Əynində  xəfif sarı  rəngdə iki libas vardır. Yaşlı olmasa 
da belə başından su damcılar. Xaçı  sındırar, donuzları öldürər, cizyəni 
qaldırar, insanları  İslama dəvət edər. Onun zamanında Uca Allah 
İslamdan başqa bütün dinləri qaldıracaq və onun zamanında Məsih 
Dəccəli öldürəcəkdir. Sonra yer üzünə  əmanət enəcəkdir. Aslanlar 
dəvələrlə, pələnglər inəklərlə, canavarlar qoyunlarla birlikdə yeyəcək 
(otlayacaq), uşaqlar ilanlarla oynayacaq onlara zərər verməyəcəkdir. İsa – 
əleyhissəlam –  40 il qalacaqdır, sonra vəfat edəcəkdir, müsəlmanlar da 
onun cənazəsini qılacaqlar”
329
.  İbn Məsud  - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Meraca 
çıxdığım gecə  İbrahim, Musa və  İsa  –  əleyhimussəlam – ilə görüşdüm. 
Qyamət haqqında danışırdılar.  İbrahim  –  əleyhissəlam – söz verdilər. O: 
“Bu barədə  məndə elm yoxdur” deyib sözü Musa –  əleyhissəlam – a 
verdilər o: “Bu barədə məndə elm yoxdur” deyə cavab verdi. Nəhayət İsa 
–  əleyhissəlam – a yönəldilər və ondan cavab gözlədilər, o da: “Onun 
vaxtına gəlincə onu Allhdan başqa kimsə bilməz. Rəbbimin mənə verdiyi 
                                                           
326
 Müslim 1252, Əhməd 2/240,272,540.  
327
 Əhməd 2/290, 7890, İbn Cərir 6/458.  
328
 Müslim 2366.  
329
 Əhməd 9259, Əbu Davud 4/117, Həkim 2/595, İbn Hibban 8/277, İbn Cərir 9/388.  


 
68
söz, heç şübhəsiz ki, Dəccəl çıxacaqdır. Mənim  əlimdə iki qılınc 
olacaqdır. Məni gördükdə qurğuşunun  əridiyi kimi əriyəcəkdir. Məni 
gördükdə Allah onu həlak edəcəkdir. O, qədər ki, daş  və  ağac: “Ey 
müsəlman! Mənim arxamda bir kafir var, gəl və onu öldür” deyəcəkdir və 
Allah onları həlak edəcəkdir. Sonra insanlar öz ölkələrinə dönəcəklər. Bu 
anda Yəcuc və  Məcuc çıxacaqdır. Onlar yüksək yerlərdən sürətlə 
enəcəklər və onların məmləkətlərini dağıdacaqlar. Qarşılarına nə  çıxarsa 
həlak edərlər, çatdıqları  hər suyu içəcəklər. Sonra insanlar onlardan 
şikayət üçün mənim yanıma gələcəklər və mən də onların əleyhinə Allaha 
dua edəcəyəm. Allah onları həlak edəcəkdir. Yer üzü onların pis qoxuları 
ilə qoxacaqdır. Uca Allah bir yağış endirəcək və onların cəsədlərini 
sürükləyib dənizə atacaqdır. Rəbbimin mənə verdiyi söz belədir: Bütün 
bunlar Qiyamət günü doğuşunu gözləyən hamilə bir qadın kimi qısa 
zaman içində baş verəcəkdir”
330
. Peyğəmbər – sallallahu aleyhi və səlləm 
 buyurdu: “Müsəlmanların üç məmləkəti olacaq: İki dənizin birləşdiyi 
yerdə olan məkan, Hirədə bir məmləkət, Şamda da bir məmləkət. İnsanlar 
üç dəfə qorxacaqlar. Dəccəl  şərq tərəfdən çıxaraq gələcəkdir. Onun ilk 
olaraq girəcəyi məmləkət iki dənizin birləşdiyi yerdə olacaqdır. O, 
məmləkətin xalqı üç qrup olacaqdır. Bir qrup: “Qalxın, imtahan edilirik. 
Baxaq görək kimdir bu?” deyəcəklər. Bir qrup: “Bədəvilərə qatılacaqdır”. 
Üçüncü qrup: “Onlardan sonra olan məmləkətə  pənah aparacaqlar”. 
Dəccəlin yanında əyinlərində yaşıl taylasan olan 70 min adam olacaqdır. 
Yanındakıların çoxu Yəhudi və qadınlar olacaqdır. Sonra digər məmləkətə 
gələcəkdir. Müsəlmanlar  Əfik boğazına enəcəklər və özlərinə aid bir 
sürünə də azad edəcəklər (buraxacaqlar). Sürülər ələ keçiriləcək. Şiddətli 
bir aclığa və ağrıya düşəcəklər. O, qədər ki, onlardan biri oxunun taxtasını 
bişirib yeyəcəklər. Onlar bu halda olduqları vaxt bir carçı  çıxıb: “Ey 
insanlar! Sizə kömək gəldi!” deyə üç dəfə nida edəcəkdir. Bir qism 
digərinə: “Heç şübhəsiz ki, bu tox adamın səsidir” deyəcəkdir. Məryəm 
oğlu  İsa  –  əleyhissəlam –  səhər namazı vaxtı enəcək və onların  əmirləri 
İsa: “Ey Allahın Rəsulu! Önə keç, namaz qıldır” deyəcək o da: “Bu 
ümmət bir-birilərinə  əmir edilmişdir” deyəcək və  əmirləri önə keçib 
namaz qıldıracaq. Namazı bitirdikdə İsa – əleyhissəlam – qısa nizəni alıb 
Dəccələ doğru gedəcək, Dəccəl onu gördükdə qurğuşun  əridiyi kimi 
əriyəcək və  İsa  –  əleyhissəlam – nizəni onun sinəsinə salaraq 
öldürəcəkdir.  Ətrafındakılar da məğlubiyyətə  uğrayacaqlar. O, gün 
onlardan heç birini gizləyəcək bir şey tapılmayacaq. Hətta ağac belə: “Ey 
mömin! Kafir buradadır” daş belə: “Ey mömin! Kafir buradadır” 
                                                           
330
 Əhməd 1/375, İbn Məcə 4081, Həkim 2/384.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə