Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə30/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   26   27   28   29   30   31   32   33   ...   127

 
59
olacaqdır. Yer üzü barışla dolacaqdır. Hərkəsin sözü bir olacaqdır. 
Allahdan başqasına ibadət edilməyəcək, döyüşlər sona yetəcəkdir. 
Qureyşin hakimiyyəti  əlindən alınacaqdır. Adəm  –  əleyhissəlam – ın 
zamanında olduğu kimi əkinlər bitəcək
293
). Bu vaxt Allah xoş bir külək 
göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq bütün mömin 
və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların  şərliləri qalar. 
Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə 
olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar. Qiyamət də 
onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc tayfaları hər 
şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O, da 
BeytulMəqdisdə dağdır. «And osun ki, biz yer üzündə  hər  şeyi məhv 
etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar. 
Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər»
294
.  
Ibn Səyyad:  Nəccar oğullarındandır. Bəziləri qeyd edirlər ki, Nəccar 
oğullarından olan bir Yəhudi ailəsindəndir. Əsl adı Safii və ya Abdullah b. 
Səyyad və ya Saiddir
295
. Sələf alimləri onun müsəlman olub olmadığı 
haqda ixtilaf etmişlr. Qeyd edirlər ki, o müsəlman olaraq kahinlik 
iddiasından, və peyğəmbərlik iddiasından  əl çəkərək tövbə etmişdir. 
Mədinə də öldüyü və namazının da qılınması rəvayət edilmişdir. Öldükdə 
onun üzünü açaraq cəmaata da göstərmişlər ki, siz də onun öldüyünə şahid 
olunuz
296
. Bəzi mənbələrə görə döyüşlərin birndə o, qeyb olur. Cabir 
radıyallahu anhu –  rəvayət edir ki: «İbn Səyyad Harre döyüşündə yox 
olur (nə dirilər içərisində, nə də ölüər içərisində onun cəsədi tapılmır)»
297
.  
İbni Kəsir  rahmətullahi aleyhi - deyir ki: “Müsəlman olmuşdur. Oğlu 
Umarə Tabiin böyüklərindəndir. İmam Məlik – rahmətullahi aleyhi - və s. 
Ondan hədis rəvayət etmişlər
298
.  İmam Zəhəbi  – rahmətullahi aleyhi - 
onun tərcümeyi halından danışmış.  İbn  Şahin ondan belə  rəvayət edir: 
“İbn Saidin atası  Yəhudi olub, doğularkən  əyri gözlü və sünnətli olaraq 
doğulmuşdur. Buna görə  də ona Dəccal deyilir. Sonra müsəlman olmuş, 
Tabiindir, Peyğəbər  – sallallahu aleyhi və  səlləm – i görmüşdür”
299
.  İbn 
Həcər  rahmətullahi aleyhi -Zəhəbi  – rahmətullahi aleyhi – nin 
dediklərini rəvayət etdikdən sonra deyir: “Oğlu Umarə, Səid b. 
Museyyibin xeyirli yoldaşlarındandır. İmam Malik – rahmətullahi aleyhi - 
                                                           
293
 İbn Məcə «Fitən» 33. 
294
 Müslim 2252.  
295
 “Fəthul Bəri” 3/220-6/164, “Umdətul-Qâri” 8/170-14/278-303, “əl-Fitən vəl-Məlâhim” 1/128, 
Müslim, Nəvəvî Şərhi 18/46, “Avnul-Mabud” 11/478, “İthaful-Cemâa” 2/63-64.  
296
 Fəthul Bəri 13/328.  
297
 Əbu Davud «Məlahim» 4332, Avnul-Mabud 11/476.  
298
 “əl-Fitən vəl-Məlâhim” 1/128, “Təhzibut-Təhzib” 7/418, 681.  
299
 “Təcridu Əsməi Səhabə” 1/319, 3366.
 
 


 
60
və s. Ondan hədis rəvayət etmişlər. Onun barədə  hədisləri zikr etdikdən 
sonra: “İbn Səyyad səhabə ola bilməz. Çünki o, Dəccəl olarsa səhabə 
olmaz kafir kimi ölər. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ilə 
görüşdükdə onun müsəlman olmadığı sayılır”
300
.  Əgər sonra müsəlman 
olmuşsa Zəhəbi – rahmətullahi aleyhi - nin dediyi kimi Tabiin sayılır. İbn 
Səyyadın Dəccəl olduğu insanlar arasında yayılınca Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – onu görmək üçün getdi və ona bir neçə sual 
verdi:  
İbn Səyyad Barədə Varid Olan Hədislər:  İbn Məsud  - radıyallahu 
anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə 
birlikdə idik. İçərilərində  İbn Səyyad olan bir qrup uşaqların yanına 
gəldik. Uşaqlar qaçdılar.  İbn Səyyad isə oturdu. Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm – in ondan xoşlanmadığı bir halı var idi. Peyğəmbər: 
«Mənim Allahın Rəsulu olduğuma şəhadət edirsənmi?» deyə buyurdu. O: 
«Sən də  mənim Peyğəmbər olduğuma  şəhadət edərsənmi?» dedi. 
Peyğəmbər: «Cənnətin torpağı nədir?» deyə buyurdu. O: «O, yumşaq və 
bəyazdır, iyisi isə miskdir» dedi. Peyğəmbər: «Sən doğru dedin» buyurdu. 
Peyğəmbər: «Sən nə görürsən?» deyə buyurdu. O: «Mən su üzərində bir 
taxt görürəm» dedi. Peyğəmbər: «Sən dərya üzərində  İblisin taxtını 
görürsən. Bundan başqa nə görürsən?» deyə buyurdu. O: «Mən bir (iki) 
doğru söyləyən və bir (iki) yalan söyləyən görürəm. Mənə doğru xəbər də 
gəlir, yalan xəbər də» dedi. O: «Qəlbimdə sənin üçün bir şey saxladım?» 
dedi. Peyğəmbər: «Nədir o!» deyə buyurdu. O: «Duhh (Duman)» dedi. 
Peyğəmbər: «Sus, həddi aşma» dedi. Bu sözlərdən sonra Ömər  
radıyallahu anhu – dedi: «Ya Rəsulullah!  İzn ver onu öldürüm». 
Peyğəmbər: «Əgər fikirləşməkdə olduğun (Dəccəl) bu uşaqdırsa sən onu 
öldürməyə  əsla müqtədir olmayacaqsan. O, Dəccəl deyilsə onu 
öldürməkdə  sənin üçün bir xeyir yoxdur» deyə buyurdu
301
.  Əbu Səid  əl-
Xudri - radıyallahu anhu – rəvayət edir ki, İbn Səyyad ilə Məkkəyə gedən 
yolda yol yoldaşı oldum. Bir yerdə qonağladıq. İnsanlar ayrı-ayrı yerlərə 
dağıldılar. Mən onunla bir yerdə qaldım. Lakin məni onun haqqında 
eşitdiyim sözlər narahat edirdi. O, əşyalarını  gətirib mənim  əşyalarımla 
bərabər qoydu. Mən: «Hava çox istidir, sən  əşyalarını o, ağacın altına 
qoysaydın» dedim. Həmən dediyimi yerinə yetirdi. Bu vaxt yanımızdan 
bir qoyun sürüsü keçirdi. İbn Səyyad gedib bir bardah dolusu süd gətirdi 
və: «Ya Səid! İç» dedi. Mən: «Hava çox istidir, sütdə çox istidi» dedim. 
Südü içməməyimə  səbəb yalnız onun əlindən bir şey almamağıma görə 
                                                           
300
 “əl-İsabə” 3/133, 6609.  
301
 Müslim 2924,2925. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə