Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə28/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   24   25   26   27   28   29   30   31   ...   127

 
55
Müsəlmanlar onu və tərəfdarlarını öldürəcəkdir. Beləki Yəhudi, ağacın və 
daşın arxasında gizlənəcəklər. O, ağac və daş müsəlmanlara: «Burada 
arxamda bir Yəhudi var, gəl onu öldür» deyəcəkdir. Yalnız  Ğarqad 
ağacından başqa. Çünki o, Yəhudilərin ağacıdır
282
. Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Onun bir gözü kordur. Elə isə 
Allah kor deyirdir. Dəccəlin sağ gözü çuxurundan pırtlamış bir üzüm 
dənəsi kimidir»
283
.  
Məsih Dəccəl Allahlıq iddiasında olacaqdır.  İstədiyi hər  şeyi Allahın 
izni ilə edəcəkdir. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Dəccəlin fitnələrindən biri də budur ki, o gəlib bir ərəbə deyəcəkdir: 
«Mən sənin ölmüş ata-ananı dirildib yanına gətirsəm sən  şəhadət 
verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan 
onun ata və anasının surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət 
et. O, sənin Rəbbindir»
284
. Cabir - radıyallahu anhu – rəvayət edir ki: 
“Allah dəccəlin yanında insanlarla danışan şeytanlar göndərəcək”
285
. Əbu 
Səid  əl-Xudri  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Dəccəl çıxdığı zaman 
möminlərdən biri onu görməyə gedir. Dəccəlın gözətçiləri onun qabağını 
kəsərək: «Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu ortaya çıxan 
adamı görmək istəyirəm» dedi. Gözətçilər: «Yoxsa sən bizim Rəbbimizə 
inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir gizlilik yoxdur» 
dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim 
Rəbbimiz deyib ki, onun icazəsi olmadan heç kəsi öldürməyin» demişdi. 
Mömini Dəccəlin yanına gətirirlər. Mömin Dəccəli görən kimi: «Ey 
insanlar! Bu peyğəmbərimizin bizə  vəsf etdiyi Dəccəldir». Dəccəl  əmr 
edir, mömini üzü üstə uzadırlar və  Dəccəl: «Onu tutun. Başını yarın. 
Belinə, qarnına zərbələr endirin» deyir. Dəccəl: «İndi mənə iman 
gətirirsən?» deyir. Mömin: «Sən yalançı Məsihsən» deyir. Dəccəlin əmri 
ilə mömini mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki hissəyə 
bölünmüş  cəsədin ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də dirilərək 
ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: 
«Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin 
üzünü cəmaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu 
əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin Allah 
mömimin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir şey edə 
                                                           
282
 “Fəthul Bəri, Buxarî “Cihad” 6/103, Nəvəvî  Şərhi, Müslim “Fitən” 18/44,45, İmam  Əhməd 
“Musnəd” 5/16, 2/67, 417, Sünən İbn Məcə 2/1359-1363, H. 4077.  
283
 Əhməd 2/27, Tirmizi «Fitən» 60.  
284
 əl-Albani «Səhih Cəmius Səğir» 6/274, H. 7520. 
285
 Əhməd 3/367-368, Məcmuaz Zəvaid 7/344.  


 
56
bilməyib  əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə  zənn edərlər 
ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «O, mömin aləmlərin Rəbbinin 
yanında  şəhidlərin  ən  əzəmətlisi olacaqdır»
286
.  İmran b. Hüseyn - 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ümmətimdən Qiyamət saatı  gəlincəyə  qədər haqq 
üzərə savaşacaq olan kimsələr olacaqdır. Onlarla döyüşənlərə qarşı 
müzəffərdilər (yenilməz). Onların sonuncuları  Məsih Dəccəllə qarşı 
döyüşən (cəmaatdır)»
287
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Bəni Təmim 
mənə üç şeyə görə sevimlidir: Onlar ümmətim içində  Dəccələ qarşı  ən 
şiddətli olanlardır (döyüşənlər)...”
288
. Nəvvas b. Səman - radıyallahu anhu 
 rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
bizə Məsih Dəccəl haqqında danışmağa başladı. Onun haqqında səsini gah 
alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl 
(xurmalıq) deyilən bir yerdə  zənn etdik. Biz onun yanına gəldikdə 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bizdə olan vəziyyəti görüb 
buyurdu: «Sizə  nə olub?» Biz: «Ya Rəsulallah! Bu gün səhər Dəccəl 
haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı 
ki, biz onu Nəhl (xurmalığ) deyilən bir yerdə  zənn etdik». Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Sizdən ötrü məni qorxudan şey 
Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa, ona 
qarşı mən sizə kifayət edərəm. Yox əgər mən aranızda yox ikən o, ortaya 
çıxarsa onda hər kəs özü-özünü ondan müdafiə etməlidir. Allah da hər bir 
müsəlman üçün məni  əvəz edər
289
. Dəccəl gəncdir. Saçları olduqca 
qıvrımdır. Bir gözü əyridir (sanki üzüm salxımından irəli çıxmış üzüm 
giləsi kimi). Mən onu Abdul Uzza b. Katana bənzədirəm. Sizlərdən hər 
kim o, çıxan vaxtı yaşayarsa ona qarşı  Kəhf surəsinin ilk on ayəsini 
oxusun
290
. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya 
çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın 
qulları imanda möhkəm olun!» Biz: «Ya Rəsulallah! O, yer üzündə  nə 
qədər müddət qalacaqdır?» deyə soruşduq. Peyğəmbər: «Qırx gün. (Bu 
günlərdən) Bir günü bir ilə, bir günü bir aya, bir günü bir cüməyə (bir 
                                                           
286
 Buxari 2608, Müslim 2256.  
287
 Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.  
288
 Buxari 2/898, 4/1587, Müslim 4/1957, İbn Hibban 15/219, Fəthul Bəri 5/172.  
289
 Yəni Allah hər bir müsülmana yolunu azmamaq və  Dəccəlin fitnəsinə düşməmək üçün kömək 
edəcəkdir.  
290
 Başqa rəvayətdə son on ayəsini bilən Dəccəlin fitnəsindən qorunar. Müslim. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə