Microsoft Word Axirata Iman doc


QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə24/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   20   21   22   23   24   25   26   27   ...   127

 
47
QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ 
Bunlar Qiyamətin yaxınlaşdığını bildirən  əlamətlərdir. Bu əlamətlər 
ortaya çıxdığı vaxt qiyamət də onların ardı ilə  gələcəkdir.  Əhli Sünnə, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən gəldiyi  şəkildə bu 
əlamətlərə inanırlar. Böyük əlamətlərin hansı sıra ilə meydana gələcəyini 
bəyan edən açıq bir dəlil yoxdur. Bu əlamətlər hədislərdə bir-birilərindən 
fərqli olaraq gəlmişlər. Huzeyfə b. Əsid  əl-Ğifari  - radıyallahu anhu – 
rəvayət edir ki, bizlər (Qiyaməti) müzakirə edən halda Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – bizim yanımıza gəldi və: «Nəyi müzakirə 
edirsiniz?» deyə buyurdu. Orada olan səhabələr: «Qiyamət saatını 
müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə 
etmədikcə  əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan 
(duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən 
doğması,  İsa  –  əleyhissəlam – ın gəlməsi, Yəcuc və  Məcucun çıxması, 
Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün 
bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə 
aparması»
220
. Xuzeyfə b. Useyd - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “On əlamət meydana 
gəlmədikcə Qiyamət qopmaz. Şərqdə bir çöküntü, qərbdə bir çöküntü, 
ərəb yarmadasında bir çöküntü, Duhan, Dəccal, Dabbatul Ard, Yəcuc və 
Məcuc, günəşin qərbdən doğması, Adenin dərinlklərindən çıxıb insanları 
önünə qatıb sürən atəş (Başqa rəvayətdə: İsa b. Məryəm enməsi)”
221
. Əbu 
Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Altı  şey gəlmədən öncə yaxşı  əməllər 
etməyə çalışın. Duhan, Dəccal, Dabbatul Ard, (Başqa rəvayətdə: Günəşin 
qərbdən doğması) Sizdən birinizin başına gələcək  şey, bütün hər kəsin 
başına gələcək şey”
222
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç şey görüldükdə 
daha öncə inanmamış  və imanında xeyir qazanmamış kimsəyə imanı 
fayda verməz. Günəşin batdığı yerdən doğması, Duman və  Dəbbətul 
Ard»
223
.  Əbu Zərr  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Bu günəş hara gedir 
bilirsinizmi?». Səhabələr: «Allah və  Rəsulu daha gözəl bilir» dedilər. 
Peyğəmbər: «Bu günəş  ərşin altına çatıncaya qədər gedər və  səcdə edər 
halda qapanır və bu halda da qalır. Nəhayət ona: «Yüksəl, gəldiyin yerdən 
                                                           
220
 Müslim. 
221
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/27,28.  
222
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/87.  
223
 Müslim, Əhməd 2/445, Tirmizi «Təfsir» 6. 


 
48
geri dön!» deyilər. O, da dönər və doğduğu yerdən təkrar doğar. Sonra hər 
dəfə  təkrar belə edir…Nəhayət Qiyamətə yaxın ona: «Qalx, batdığın 
yerdən doğ!» deyilər.  O,  da  məğrib tərəfdən doğar. Peyğəmbər: «Bu nə 
vaxtdır bilirsinizmi?» deyə buyurdu. «Rəbbinin bəzi qiyamət  əlamətləri 
gələcəyi gün əvvəlcə iman gətirməmiş  və ya imanında bir xeyir 
qazanmamış  şəxsə  (sonrakı) imanı heç bir fayda verməz…». (əl-Ənam 
158)
224
. «Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər». (Yəsin 
38). «Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər)». (ər-Rahmən 5). 
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Əlamətlərin bir-birinin ardıyca gəlməsi ipə 
düzülmüş mirvari dənələrinin (qırıldığı) zaman tökülməsi kimidir”
225

Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Əlamətlər ipə düzülmüş mirvari 
dənələri kimidir. Əgər ip qırılarsa hamısı dənə-dənə düşər”
226
.  
1.  Duman: Qiyamət saatından bir qədər  əvvəl baş verən böyük 
hadisələrdən biri də dumanın gəlməsidir. «(Ya Peyğəmbər!) Sən səmanın 
aşkar bir duman gətirdiyi günü gözlə.  İnsanları  (bu duman) 
bürüyəcəkdir. Bu ağır bir əzabdır».  (əd-Duxan 10-11). Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: “Duhan (duman) təsiri möminə 
zökəm kimi gəlir, kafirə isə çox şiddətlidir”
227
.  
2. Məsih Dəccəl: Məsihin Mənası: Qurtubu – rahmətullahi aleyhi - bu 
kəlimənin  23 çeşit mənası olduğunu söyləyir
228
. Ayrıca bu kəlimə  həm 
Doğru Söyləyən” həm də  “Azdıran Yalançı” mənalarını da daşıyır. 
Məsih  İsa  -  əleyhissəlam - doğru söyləyən. Məsih Dəccəl isə insanları 
azdıran yalançıdır. Allah iki Məsih yaratmışdır. Biri digərinin ziddidir. 
Həmçinin iki gözündən biri məsh edildiyi üçün belə adlanır.  Dəccəlin 
Mənası: 1. Dəccəl –  dəcələ sözündən götrülüb, aldatmaq deməkdir. 
Dəcəlun – çox yalan danışan, aldadan deməkdir. Haqqı yalanla örtdüyü 
üçün bu ad verilmişdir
229
.  İbn Həcər  – rahmətullahi aleyhi - deyir ki: 
“Məsih Dəccəlin Qurani Kərimdə zikr edilməməsinə  səbəb onun zəlil 
olması, alçaldılması üçündür”
230
2. Dəccəl – Dəcl kəliməsindəndir. Dəvə 
yara-xora basdıqda onu qatran ilə boyayırlar və buna da Dəcl deyilir. 
Qatrana  Ducel – Ducalə deyilir. Dəccəl də öz sehrini qatranla boyayıb 
                                                           
224
 Buxari, Müslim «İman» 250.  
225
 Heysəmî “Məcmauz-Zəvâid” 7/331, əl-Albânî “Camius-Sağir” 3/110, H. 3222.  
226
 Musnəd 12/6-7, H. 7040, Əhməd Şakir “Səhih”, Heysəmî “Məcmauz-Zəvâid” 7/321.  
227
 Əbu Davud.  
228
 “Təzkira” 679.  
229
 Fəthul Bəri 13/91, İbn Kəsir «Cəmiul Üsul» 4/204.  
230
 “Fəthul Bəri” 13/98, İbn Kəsir “Nihayə” 1/166-169.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə