Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta 
mümkün olmayanları da edirdi. 
Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların 
yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər 
Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməmişdir. 
“Kitabi - Dədə Qorqud” dastanları, xalq yaradıcılığının parlaq 
nümunələri və simaları, Xaqani, Nizami dühası, Əcəmi 
Naxçıvaninin “Mömünə Xatun” möcüzəsi, “Qobustan”, 
“İçərişəhər”, “Atəşgah” abidə kompleksləri, Nəsimi, Füzuli, Vaqif, 
Cavid, Mirzə Cəlil, Müşfiq, Vurğunun ədəbi-bədii düşüncəsi, 
Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadənin rəng 
düzümü, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, 
Rəşid Behbudov, Müslüm Maqomayevin musiqi dünyası - bütün bu 
dəyərli irs xəzinəsi ulu öndərimizin diqqət və qayğısı sayəsində 
xalqımızın dərk olunmuş dünya duyumuna çevrilmiş, dünyada 
Azərbaycan düşüncəsinin zənginliyini nümayiş etdirmişdir. 
Heydər Əliyev dahi idi, buna görə də xalqımızın dahi sənətkarlarını 
və onların yaratdığı dahiyanə əsərləri heç kim onun qədər böyük 
məhəbbətlə, qədirbilənliklə dəyərləndirə bilməzdi. Heydər Əliyevin 
xalqın müdrik yetirmələrinə sonsuz məhəbbəti Azərbaycana, 
Vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Heydər Əliyev 
böyük yaradıcı şəxsiyyətdir. O, yer üzündə yaşayan 40 milyonluq 
bir xalq üçün “Fəxr edirəm ki, mən azərbaycanlıyam ” amalını 
yaratmışdır. Bu sözlər xalqımızın, millətimizin ruhunun adı və 
ünvanıdır. Heydər Əliyev müasir Azərbaycan xalqının ruhunun 
yaradıcısıdır. Dahi insanlar olub, var, yenə də olacaqlar. Amma, 
tariximizdə xalq ruhunu Heydər Əliyev qüdrətində formalaşdıran, 
səfərbər edən ikinci bir şəxsiyyəti bəyan etmək mümkünsüzdür. 
Heydər Əliyev Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, 
xalqların iqtisadi, siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi 
möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri 
kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və 
optimal yollarından biri olaraq mədəni dəyərlərin qarşılıqlı dərkini 
və təbliğini əsas götürürdü. 


Heydər Əliyevin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi, 
rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti 
qazanmış, xalqımızı ləyaqətlə təmsil etmişdir. 
Çox fərəhlidir ki, bu yubiley günlərində xalqımız, o cümlədən 
yaradıcı insanlar, sənət adamları, turizm ictimaiyyəti ulu öndərin 
mədəniyyətin inkişafı naminə gördüyü saysız-hesabsız işləri böyük 
bir minnətdarlıq duyğusu ilə yenidən xatırlayır, Heydər Əliyevin 
ruhu qarşısında hesabat verirlər. 
Artıq bir aydan çoxdur ki, mədəniyyət və turizm ictimaiyyəti - 
yazıçılar, şairlər, rəssamlar, musiqiçilər, teatr və kino xadimləri 
Heydər Əliyev tərəfindən yaradılmış, ondan yadigar qalan 
mədəniyyət saraylarında, konsert, sərgi salonlarında, tamaşa 
zallarında xalqla görüşərək ulu öndərə ehtiramlarını yaradıcılığın 
dili ilə ifadə edirlər. Tədbirlərimiz çoxdur, sərgilər, konsert, tamaşa 
proqramları, poeziya məclisləri, kitab təqdimatları, elmi 
toplantılar... Bu günlər Heydər Əliyevin dühasından ilham alan 
sənətkarlarımız xalqımızın ulu öndərimizə bəslədiyi məhəbbətlə 
üzbəüzdürlər. Məncə, bu mənəvi birlik ümumən Azərbaycan 
mədəniyyətinin təntənəsi sayılmalıdır. 
Ümummilli liderimizin yüksəliş yolunu böyük uğurla yeni 
nailiyyətlərə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin 
mədəniyyət və turizm sahəsində hərtərəfli inkişafı üçün göstərdiyi 
diqqət və qayğı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiqləyir 
ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, 
ümummilli təkamülə təminat yaradır. 
Heydər Əliyevin mənalı həyatı, böyük xidmətləri və zəngin irsi 
gələcək nəsillərımızə milli düşüncə məktəbi olmuşdur. Bu gün hər 
bir Azərbaycan vətəndaşının Heydər Əliyev siyasi məktəbinin 
yetirməsi və onun layiqli davamçısı olan cənab İlham Əliyevin 
ətrafında sıx birləşməsi, onun siyasi xəttini müdafiə etməsi təsadüfi 
deyildir. 
Heydər Əliyev mənalı ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət 
xadimi kimi xalqın tale yükünü çiyinlərində daşımış, onun 
müstəqilliyə, azadlığa və xoşbəxtliyə qovuşması uğrunda fədai 


mübarizəsi aparmış, doğma Azərbaycanı bir dövlət kimi zamanın 
ağır sınaqlarından, tufanlarından çıxartmış, dünya tarixində bir lider 
kimi tanınmışdır. 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun 
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dediyi 
kimi Heydər Əliyev “...30 ildən artıq Azərbaycanın məsuliyyətini 
öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin 
sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, lider olmuşdur”. 
ABŞ prezidenti Corc Buş “Heydər Əliyev kimi liderlə işləmək şansı 
əldə etməsini” minnətdarlıqla xatırlayarkən demişdir: “Heydər 
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət 
olmuşdur... Amerika Birləşmiş Ştatları ilə bəhrələndiyi dostluq 
əlaqələrinin qurulmasında, Azərbaycan müstəqilliyinin 
qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır”. 
Heydər Əliyevin ölkə daxilində və xaricdə dərin inam və qətiyyətlə, 
məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, 
genişmiqyaslı siyasət inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın 
qarantı olmuşdur. 
Heydər Əliyev incəsənət xadimləri ilə görüşlərinin birində 
demişdir: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki 
nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün 
iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”. 
Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz 
yeniliklərin təşkilatçısı və himayədarı Heydər Əliyev idi. Köhnə 
libasını dəyişən, qədim milli mədəniyyətimizin kökləri üstündə 
çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının 
bəhrəsi idi. 
Heydər Əliyev demişdir: “Ədəbiyyatımızın, incəsənətimizin, 
mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri 
də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni 
yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. 
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin 
bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, 
ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə