Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

ə

məliyyat  keçirərək  qalib  gəldilər.  Lakin  qələbədən  sonra  Kərim  xan  Zənd  Pənahəli 

xanı  randa  (Şirazda)  saxladı.  Beləliklə,  1763-cü  ildə  Qarabağda  hakimiyyət 

girovluqdan azad olunan  brahimxəlil xana (1763-1806) tapşırıldı. 

     

  brahimxəlil  xan  Qarabağda  hakimiyyətə  gəldikdən  sonra  Gəncə,  Naxçıvan, 



rəvan  və  Qaradağ  xanlıqları  üzərində    siyasi  üstünlüyünü  qoruyurdu.Şəki  xanı  Səlim 

xanla  qohumluq  münasibətləri  yaratmışdı,  həmçinin  brahimxəlil  xan  Gürcü  çarı  II 

rakli ilə də dostluq münasibətləri saxlayırdı. Qarabağın daxili siyasi vəziyyəti 60-80- ci 

illərdə  nisbətən  pozulsada,  brahimxəlil  xan  xanlıq  daxilində  siyasi  sabitliyi  bərpa 

edərək,  hətta  hərbi  yürüşlərə  də  çıxdı.  Lakin  Qarabağ  xanının    Naxçıvan  və  Xoy 

səfərləri uğursuz sona çatdı. 1795- ci ildə Qarabağ xanlığı ağa Məhəmməd xan (sonra 

ş

ah)  Qacarın  yürüşləri  ilə  yenidən  sarsıldı.  Lakin  1797–ci  ildə  Ağa  Məhəmməd  şah 



Qacarın  öldürülməsi  Qarabağda  brahimxəlil  xanın  hakimiyyətinin  bərpa  edilməsinə 

şə

rait  yaratdı.  Qarabağ  xanlığı  rusların  Azərbaycana  işğalına  qədər  (1805-ci  ilə)  öz 



varlığını qorudu. 

 

 



37. Şəki xanlığı 

       

Şə

ki  xalığının  əsası  1743-cü  ildə  Hacı  Çələbi  Qurban  oğlu  tərəfindən  



qoyulmuşdur. Nadir şaha qarşı mübarizə aparan Hacı Çələbi onun ölümündən sonra öz 

ə

razilərini  genişləndirməyə başladı. Şəki, Ərəş və Qəbələ mahallarına  sahib olduqdan 



sonra  Şəki  xanı  həm  Təbrizi,  həm  də  Qarabağı  ələ  keçirmək  iddiasında  idi.  Lakin 

Çələbinin Qarabağ və Təbriz səfəri uğursuz oldu . 

     

Hacı  Çələbi  Qarabağ  səfərinə  Şirvan  xanı  ilə  birgə  çıxdı.  Müttəfiqlər  Kəbirli 



mahalındakı  Bayat  qalasını  bir  aydan  artıq  mühasirədə  saxlasalar  da,  Qarabağın  işğal 

edilməsi mümkün olmadı. Qarabağ və Gəncə xanlıqlarını ələ keçirməyə çalışan Kartli 

və  Kaxetiya  çarlıqları  Çələbinin  Qarabağ  üzərinə  yürüşündən  sonra  fəallaşmağa 

başladılar. Gürcü çarları Teymuraz və II  rakli ilə Çələbinin ilk  qarşılaşması 1751- ci 

ildə  Carda  baş  verdi.  Çələbi  bu  döyüşdə  böyük  qələbə    qazandı.    Şəki  xanlığının 

uğurları həm  yerli xanları, o  cümlədən gürcü çarlarını ona qarşı  birləşməyə  sövq  etdi. 

1752- ci il martın 21- də  Qarabağ, Gəncə,  rəvan, Naxçıvan xanları ilə gürcü çarlarının 

ittifaqı gözlənildiyi kimi baş tutmadı. Gürcü çarları Azərbaycan xanlarını əsir götürdülər 

və bu hadisə “Qızılqaya xəyanəti” kimi tarixə daxil oldu. Hacı Çələbiyə qarşı gürcülərlə 

birləşən  Azərbaycan  xanlarını  Şəki  xanı  əsirlikdən  azad  etdi.  1752-ci  ildə  gürcülər 

üzərinə hücuma keçən Çələbi xan hətta Qazax və Borçalı ərazilərini də işğal etdi.  1755- 

ci  ildə  Şəki  xanı  Şirvana  hücüm  etdi.  Lakin  Şirvan  xanlığı  Quba  xanlığı    tərəfindən 

müdafiə olundu.  

    


1755-ci  ildə  Çələbi  xanın  ölümündən  sonra  hakimiyyətə  əvvəlcə  Ağakişi  bəy 

Məhəmməd  xan,  sonra  isə    Hacı  Çələbinin  nəvəsi  Hüseyn  xan  gətirildi.  Bu  tarixdən 




etibarən Quba ilə isti münasibətlər saxlayan Hüseyn xan Fətəli xanla birləşərək Şamaxı 

üzərinə uğurlu yürüş həyata keçirdi. Lakin onlar arasında ittifaq 1768 – ci ildə pozuldu. 

Öz aralarında baş vermiş döyüşün qalibi isə Quba xanı Fətəli xan oldu. 1769 – cu ildə 

iki tərəf arasında sülh müqaviləsi imzalandı. 1779 – cu ildə  Hüseyn xanın ölümündən 

sonra  hakimiyyətə  Əbdulqadir  xan  gəldi.  Lakin  onun  Şəkidə  hakimiyyəti  Quba 

tərəfindən  dəstəklənsədə,  Qarabağ  xanlığı  tərəfindən  qəbul  edilmədi  və  nəticədə 

Məhəmmədhəsən  ağa  Şəki  xanı  elan  edildi.  Onun    hakimiyyəti  illərində  Quba  ilə 

münasibətlər  kəskinləşdi.  1785  –  ci  ildə  baş  vermiş  döyüşdə  Şəki  xanı  məğlub  edildi. 

Bu  tarixdən  başlayaraq  Qubalı  Fətəli  xanın  ölümünə  qədər  (1789)  Şəki  Qubadan  asılı 

şə

kildə  idarə  edildi.  Fətəli  xanın  ölümündən  sonra  Şəki  müstəqil  siyasət  yürütməyə 



başladı.1795-ci  ildə  ran    hökmdarı  Ağa  Məhəmməd  şah  Qacarın  hücumu  zamanı 

Məhəmmədhəsən  xanın  hakimiyyəti    ləğv  edildi.  1804  –  cü  ildə  Şəkidə  hakimiyyətə 

qardaşı Səlim xan gəldi. Səlim xan  Şəkini 1805 – ci ilə qədər , yəni Rusiya himayəsinə 

keçənə qədər idarə etdi. 



38. Quba xanlığı. Azərbaycanı vahid dövlətdə birləşdirmək cəhdi 

     Quba  xanlının  əsası  XVIII  əsrin    əvvəllərində  qoyulmuşdur.  Xanlığın  ilk  hakimi 

Hüseynəli xan (1722 - 1758) Salyan, Axtıpara, Altıpara, Doqquzpara ərazilərini xanlığa 

birləşdirmişdi.  Hakimiyyətə  Fətəli  xanın  (1758  -  1789)  gəlməsi  ilə  Quba  xanlığı  öz 

tarixi inkişafında yeni mərhələyə qədəm qoydu. 

      Fətəli xan əvvəlcə  daxildə  bəzi islahatlar keçirərək xanlığın daxili iqtisadi və siyasi 

sabitliyini  təmin  etdi.  Bu  islahatlar  içərisində  vergi  islahatı,  məmurların  idarə  etmə 

mexanizmində  dəyişikliklər,  xanlıq  ərazisinə  bəzi  tayfaların  köçürülməsi  xüsusilə 

diqqəti  cəlb  edir.  Fətəli  xan  islahatların  ardından  Quba  bayrağı  altında  Azərbaycan 

ə

razilərini birləşdirmək siyasəti yürütməyə başladı. Əvvəlcə 1757-ci ildə Salyan üzərinə 



hücuma  keçdi.  Salyan  hakimi  brahim  bəy  Rübdərini  silah  gücünə  hakimiyətdən 

uzaqlaşdıraraq  xanlığı Qubaya birləşdirdi. 

Fətəli  xan  Qaraqaytaq  usmisi  Əmir  Həmzə  və  Tabasaran  hakimi  ilə  ittifaqa 

girdi.  Həmzə  ilə  ittifaqı  gücləndirmək  üçün  onun  bacısı  Tutu  Bikə  ilə  evləndi.  Lakin 

sonralar Həmzə ilə münasibətlər pozuldu. 

       Fətəli xan Salyanın ardından mühüm əhəmiyyətə malik Dərbəndə qarşı müdaxi- 

ləyə  başladı.  Dərbənd  əhalisi  və  feodallar  da  Fətəli  xanı  dəstəkləyirdilər.  O,  əvvəlcə 

Samur  çayının  sağ  sahilindəki  torpaqları-  Müşkür,  Niyazabad,  Şabran,  Rustov, 

Beşbarmağı  tabe  etdi.  Daha  sonra  1759–cu  ilin  noyabrında  Dərbənd  şəhərini  ələ 

keçirərək Dərbənd hakimi Məhəmməd Hüseyn xanı hakimiyyətdən devirdi. Dərbəndin 

idarəsi Mirzə Sadiq Məmmədəliyevə və Mirzə bəy Bayata tapşırıldı. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə