Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

bağlamağa təhrik etdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh 

bağlandı. Sülhün şərtlərinə görə Talış (Lənkəran), Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, 

Şə

ki xanlıqları Rusiyanın tərkibinə qatıldı.  ran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil 



sultanlıqlarına,  Dağıstana  olan  iddialarından  əl  çəkdi.  rəvan  və  Naxçıvan  xanlıqları 

ranın  tərkibində  qalırdı.  Xəzər  dənizində  hərbi  donanma  saxlamaq  hüququ  yalnız 

Rusiyaya  məxsus  oldu.  Rusiya- ran  ticarətində  rus  tacirləri  daxili  gömrük  vergisindən 

azad olurdu. 

Gülüstan  müqaviləsi  Azərbaycanın  Rusiya  tərəfindən  iki  yerə  bölünməsinin 

başlanğıcı oldu. 

 

42.  kinci Rusiya- ran müharibəsi. Türkmənçay müqaviləsi. 

Qafqazın Rusiyanın  tabeliyinə  keçməsi ilə razılaşmayan  ran hökuməti Gülüstan 

müqaviləsi    bağlasa  da  fürsət  gözləyərək  Rusiya  ilə  müharibəyə  hazırlaşırdı.  1814-cü 

ildə  ngiltərə  ranla bağladığı müqaviləyə əsasən  rana hərbi müşavirlər göndərir, silahla 

təmin edirdi. Gülüstan sülhünün şərtlərinə yenidən baxılması haqqında  ranın Rusiyaya 

təklifləri və onlar arasında aparılan danışıqlar heç bir nəticə vermirdi.  

Rusiyada  1825-ci  il  dekabrın  14-də  baş  vermiş  dekabristlər  üsyanının  ölkədə 

daxili  çəkişmələr  yaradacağını  güman  edən  ran  Rusiyaya  qarşı  Qafqaz  (əslində 

Azərbaycan) uğrunda yeni müharibəyə başladı. Vəliəhd Abbas Mirzənin komandanlığı 

ilə 60 minlik  ran ordusu 1826-cı il iyulun 16-da Qarabağ və Şuşa qalası istiqamətində 

hücuma  keçdi.  Iran qoşunları  Şuşanı  48 gün  mühasirədə  saxlasalar  da tuta  bilmədilər. 

ran qoşunları Lənkəran, Salyanı işğal etdilər. Iran qoşunları ilə Azərbaycana qayıtmış 

xanlar əhalinin köməkliyi ilə Şamaxı, Gəncə, Şəkini ələ keçirərək öz xanlıqlarını bərpa 

edə bildilər.  

Lakin  general  Yermolovu  əvəz  etmiş  general  Paskeviçin  komandanlıq  etdiyi 

Rusiya  ordusu  əks-hücuma  keçərək  1826-cı  il  sentyabrın  əvvəllərində  Şamxor 

yaxınlığında  ran qoşunlarını ağır məğlubiyyətə uğratdılar. Abbas Mirzə Şuşa qalasının 

mühasirəsindən  əl  çəkib  Gəncə istiqamətində  hərəkət  edtı.  1826-cı  il sentyabrın 13-də 

Gəncə yaxınlığında da ruslar üstünlük qazandılar. Çar Rusiyasının qarətinə qarşı Gəncə 

ə

halisinin  üsyanı  yatırıldı.  Yalnız  Lənkəran  xanlığı  hələ  ki,  ran  qoşunlarının 




tabeçiliyində qalırdı. 1827-ci il iyulun 26-da rus qoşunları Naxçıvan xanlığını,  1827-ci 

il  oktyabrın  1-də  isə  rəvan  qalasını  işğal  edərək  Azərbaycanın  cənub  torpaqlarına 

hücuma keçdilər.  1827-ci il oktyabrın 13-də Təbriz tutuldu. 1828-ci il yanvarın 28-də 

Urmiya,  fevralın  8-də  isə  Ərdəbil  tutuldu.  Rus  qoşunlarının  Xoy,  Təbriz,  Urmiya  və 

Ə

rdəbili tutması ilə  ran  hökuməti qorxuya düşərək sülh təklif etdi. 1828-ci il fevralın 



10-da  Təbriz  yaxınlığında  Türkmənçay  kəndində  ran  və  Rusiya  arasında    müqavilə 

imzalandı.  Türkmənçay  müqaviləsində  rus  yazıçısı  A.S.Qriboyedov  və  Azərbaycan 

mütəfəkkiri rus komandanlığında tərcüməçi işləyən  А.А.Bakıxanov da iştirak etmişlər. 

Müqaviləyə  görə  rəvan  və  Naxçıvan  xanlıqları  da  Rusiyanın  tərkibinə  qatıldı.  ran 

hökuməti  Şimal  xanlıqlarının  Rusiyanın  tərkibinə  keçməsi  ilə  razılaşdı.  Gülüstan 

müqaviləsi  ilə  rus  tacirlərinə  verilmiş  imtiyazlar,  Xəzər  dənizində  yalnız  rus 

donanmasının  saxlanılması  hüququ  təsdiq  edildi.  Həmçinin,  ran  Rusiyaya  20  mln. 

manat  müharibə  təzminatı  ödəməli  idi.  Təzminat  ödənilənə  qədər  rus  qoşunları 

Azərbaycanın cənub torpaqlarında qalmalı idi. Müqavilədə əhalinin  randan Qafqaza və 

Qafqazdan  rana sərbəst gəliş-gedişinə icazə verilirdi.  

Azərbaycanın  şimal  torpaqlarının  Rusiya  tərəfindən işğalı   ilə Azərbaycan xalqı 

öz  dövlət  müstəqilliyini  itirdi,  Rusiyanın  xammal  bazasına  və  satış  bazarına  çevrildi, 

iqtisadiyyatı müstəmləkə xarakteri aldı.  

Müqavilənin  bir  bədnam  bəndi  isə  Azərbaycan  üçün  sonralar  böyük  bəlalar 

yaratdı.  Həmin  bəndə  görə  ran  ərazisindəki  xristian  əhalinin  Rusiya  imperiyası 

ə

razisinə  köçürülməsinə  icazə  verilir,  Bunun  üçün  kifayət  qədər  torpaq  sahələri,  pul 



vəsaiti ayrılırdı. Bu xristian əhali ermənilərdən ibarət idi.  

Eyni  şərt  Rusiya  ilə  Türkiyə  arasındakı  1828-1829-cu  illərin  müharibəsinin 

nəticəsini nizama salan Ədirnə müqaviləsində də əks olunmuşdur. Türkiyə ərazisindəki 

erməni  əhalisində  Rusiya  köçməsinə  şərait  yaradıldı.  Rusiya  ərazisi  dedikdə  əlbəttə 

ə

sasən Azərbaycan torpaqları nəzərdə tutulurdu.  



 

 

 



 

 



 

 

43. XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda çarizmin 

müstəmləkə  zülmünə qarşı üsyanlar 

Car-Balakən  üsyanı.1803-cü  il  “Andlı  öhdəliyinə”  əsasən  Rusiyanın  tərkibinə 

daxil edilən Car-Balakən camaatları öz daxili müstəqilliyini saxlamışdı. Lakin 1830-cu 

il  martın  4-də  verilmiş  yeni  “Qaydalar”a  görə  Car-Balakən  camaatlarının  daxili 

müstəqilliyi  ləğv  edilir  və  onların  idarə  olunması  9  nəfərdən  ibarət  Müvəqqəti  idarə 

orqanına  tapşırılırdı.  Çar  hökumətinin  bölgəyə  qoşun  yeritməsi  və  camaatları  tam 

hüquqsuz  bir  vəziyyətə  salması  Car-Balakən  əhalisini  üsyana  başlamağa  vadar  etdi. 

Ş

eyx  Şaban  və  Həmzət  bəyin  başçiliğı  ilə  üsyançılar  Yeni  Zaqatala  yaxınlığında  rus 



ordusunu  darmadağın  etdilər.Rus  komandanlığı  bir  qədər  sonra  əlavə  quvvələr 

gətirilməsi,  ağır  toplardan  istifadə  olunması  və  üsyan  rəhbərlərinin  ələ  keçirilməsı 

hesabına  azadlıq  hırəkatını  yatıra  bildı.Üsyançılara  qarşı  kütləvi  cəza  tədbirləri  həyata 

keçirildi  Bir  çox  kəndlər  yer  üzündən  silindi,  1000-dən  çox  üsyançı  ailəsı  Alazan 

çayının sahilində boş torpaqlara sürğün edildi.1832-cı ıldə Car-Balakəndə Həmzət bəyin 

başçiliğı ilə ikinci üsyan da yatırıldı.   



Lənkəran  üsyanı.  1826-cı  ildə  Lənkəran  xanlığı  ləğv  ediləndən  sonra  əyalət  

komendantı  mayor  lyinskinin  xana  məxsus  əmlakların  üçdə  ikisini  müsadirə  etməsi 

Mir Həsən xanı ruslardan narazı salmış və o Qaçarların idarə etdiyi Qızılbaş Dövlətinə 

sığınmışdı.Rus  idarəçiliyi  Lənkəran  əhalisinə  böyük  sıxıntı,  əzab-əziyyət  və  zülm 

gətirmişdi.  Ali  zümrənin  nümayəndələri  idarəçillik  işlərindən  uzaqlaşdırılır,  din 

xadimlərini  əhali  içərisində  nüfüzdan  salan  addımlar  atılırdı.  Hökümətin  talan 

səviyyəsinə  qaldırılmış  vergi  siyasəti  Lənkəran  əyalətində  daha  amansız  və  indiyədək 

görünməmiş  bir  şəkil  almışdı. lyinskinin  əmri  ilə  20  nəfəri  istintaqsız  və  məhkəməsiz 

dənizdə batırıb  öldürmüşdülər.  Bəd  əməllərində ondan geri  qalmayan  yeni  komendant 

Korniyenko əhali üzərinə qanunsuz olaraq ikiqat vergi qoyaraq mənimsəmişdi. Əhalinin 

böyük  hissəsinin  müstəmləkə  rejiminə  qarşı  nifrətlə  dolduğunu  görən  xan  tərəfdarları 

Azərbaycanın  cənubuna  məktub  göndərərək  Mir  Həsən  xanı  ruslara  qarşı  hərəkata 

başçılıq  etmək  üçün  Lənkərana  çağırdılar.  1831-ci  il  martın  5-də  Mir  Həsən  xanın 

Lənkərana  gəlməsi  ilə  əyalətin  mahallarının  çoxunu  üsyan  bürüdü.  Üsyanda  ali 

zümrənin  nümayəndələri  kəndlilərlə  bir  cəbhədə  çıxış  edirdi.  Lənkəran  şəhərini  ələ 

keçirə bilməyən üsyançılara qarşı Şamaxı, Şəki, Dərbənd şəhərlərində yerləşdirilən rus 

qoşunlarını  səfərbər  edən  hökümət  1831-ci  il  aprelin  əvvəlində  üsyanı  yatırmağa  nail 

oldu. Xan yenidən Qacarlara sığınmaq məcburiyyətində qaldı.  ki aya qədər davam edən 

Lənkəran üsyanı məğlubiyyətə uğradı. 

 

 

 

 

 

 

Quba  üsyanı.  1806-cı  ildə  işğal  edilmiş  Quba  xanlığı  1810-cu  ildə  əyalətə 

çevrilmişdi.  Quba  əyalətinin  başında  çar  hökümətinin  ən  yaramaz  kadrlarından  biri 

sayılan  komendantGimbut  dururdu.  Bu  çar  məmuru  əhali  üzərinə  ağır  vergilər  qoyur, 

vergiləri iltizama verir, sakinləri qanunsuz  mükəlləfiyyətlərə cəlb edir və vəzifəsindən 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə