Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

   

 Dərbənddən  sonra  böyük  strateji  əhəmiyyəti  olan  Bakının  birləşdirilməsi 

başlandı.  Bakı  xanlığı  1766  -  cı  ildə  Qubanın  himayəsinə  keçdi.  Quba  üçün  böyük 

iqtisadi  əhəmiyyətə  malik  olan  Bakıda  əhalinin  böyuk  bir  hissəsi  Quba  xanlığına 

birləşməyi dəstəkləyirdi. Fətəli xan Bakını ələ keçirmək üçün nigah diploma- tiyasına əl 

atdı.  Öz  bacısını  (Xədicə  bikə)  Bakı  xanı  Məlik  Məhəmmədlə  evləndirərək  əvvəlcə 

Bakının daxili işlərinə müdaxilə etdi. Onun ölümündən sonra isə səltənət valisi   Fətəli 

xanın  bacısı  Xədicə  Bikə  təyin  olundu.  Fətəli  xan  1768  –  ci    ildə  Şamaxı  xanlığını, 

1785-  ci  ildə  isə  Şəkini  özündən  asılı  hala  salaraq  demək  olar  ki,  bütün  şimal  –  şərqi 

Azərbaycanı  Qubanın hakimiyyəti  altında  birləşdirdi.  Cavad  xanlığı  isə  hələ  1768 -  ci 

ildə    Qubanın  təsir    dairəsinə  daxil  olmuşdu.  Lakin,  Quba  xanlığının  möhkəmlənməsi 

diğər xanlıqları və  ayrı – ayrı feodal hakimlərini narahat etməyə başladı və ona qarşı 

ittifaq təşkil olundu. 1774- cü ildə Şamaxı xanı  və  Dağıstan feodalları Qubaya qarşı 

yürüş  təşkil  etdilər  (Gavduşan  döyüşü).  Quba  bu  hücumdan  Rusiyanın  dəstəyi  ilə 

müdafiə  olundu.  1789  –  cu  ildə  Fətəli  xanın  ölümündən  sonra  hakimiyyətə  Əhməd 

xan(1789-1791)  və  ondan  sonra  Şeyx  Əli  xan  (1791-1810)  keçsədə,  Quba  xanlığı 

zəifləməyə  və  tutduğu  əraziləri  itirməyə  başladı.  1806-cı  ildə  Rusiya  tərəfindən  işğal 

olundu.  



39. Cənubi Azərbaycan xanlıqları. Ağa Məhəmməşah Qacarın Şimali 

Azərbaycana yürüşləri 

Nadir  şahın  ölümündən  sonra  (1747-ci  il  mayın  8-dən  9-a  keçən  gecə,  yaxud 

iyunun 16-sı) bir il yarım müddətində (1747-1748), 4 iddiaçı şah taxtı uğrunda mübarizə 

apardı-bunlar Nadir şahın qardaşı oğlu Əli Qulu Mirzə, (Agil şah adı ilə, onun qardaşı 

brahim  Mirzə,  Səfəvi  nəslindən  olan  və  II  Süleyman  adını  götürən  Səid  Məhəmməd, 

nəhayət  Nadir  şahın  nəvəsi  Şahrux  idilər.  Lakin  bunların  heç  biri  hakimiyyətdə  qala 

bilmədilər.  Dövlət  süqut  etdi.  Həm  Şimali,  həm  də  Cənubi  Azərbaycanda  ayrı-ayrı 

feodal  dövlətləri  yarandı.  Cənubi  Azərbaycan  xanlıqlarından  Ərdəbil,  Maku,  Cərab, 

Təbriz, Urmiya, Salmas, Qaradağ, Mərənd, Marağa, Astarabad və s. göstərmək olar. 

          Azərbaycanın  cənubunda  yerləşən  və  əsası  Fətəli  xan  Əfşar  (Əfşar  tayfası) 

tərəfindən  qoyulan  Urmiya  xanlığı  1747  –  ci  ildən  1763  –  cü  ilə  qədər  fəaliyyət 

göstərmişdir.  Həmin  tarixdə  xanlıq  Kərim  xan  Zənd  və  onun  müttəfiqləri  tərəfindən 

tutulmuşdu. 

     


Qaradağ  xanlığının  əsasını  isə  Kazım  xan    (1748-1752)  qoymuşdur  (Qaradağ 

tayfası).  Xanlığın  mərkəzi  Əhərdə  yerləşirdi.  Qaradağ  xanlığı  1782-ci  ildə  Xoy  və 

Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal olunmuşdu. 

    


Təbriz  xanlığının  banisi  Dünbuli  tayfasından  olan  Nəcəfqulu  xan  (1745-1780) 

(başqa  məlumata  görə  Əmir  Aslan  xan)  olmuşdur.  Müəyyən  vaxtlarda  Urmiya 

xanlığından asılı düşsədə, sonradan müstə- qillik qazanmışdı. 



  

 Marağa  xanlığının  əsası  Əliqulu  xan  Müqəddəm  (Müqəddəm  tayfası)  (1747-

1750)  tərəfindən  qoyulmuşdur.  Ağa  Məhəmməd  Qacarın  hakimiyyətə  gəlişinə  qədər 

fəaliyyət göstərmişdir.  

   

Ə

rdəbil xanlığı Şahsevən tayfasından olan Nəzərəli bəyin(1747-1783)  dövründə 



yaradılmışdı.  O,  Qarabağ  xanı  və  Lənkəran  xanı  ilə  dostluq  münasibətləri  saxlayırdı. 

Kərim  xan  Zənd  tərəfindən  1779-cu  ilə  qədər  əsir  saxlanılsada,  sonra-  dan  xanlığın 

idarəsini yenidən ələ almışdı. 

    


 Xoy  xanlığının  ilk  hakimi  Şahbaz  xan  (1747-1763)  (başqa  məlumata  görə 

Ə

hməd xan) olmuşdur. Xoy xanlığı Urmiya xanlığı ilə dostluq münasibətləri saxlayırdı. 



Maku xanlığı isə Bayat tayfasından olan Əhməd Sultan(1747-1778) qoymuşdur. Sonra 

isə  brahim bəy hakimiyyətdə olmuşdur. Xanlığın paytaxtı Maku şəhəri olmuşdur. 

   

Sərab  xanlığının  əsası  Şəqaqi  tayfasının  başçısı  Əli  xan  (1747-1786)  tərəfindən 



qoyulmuşdur. Kərim xan Zəndin dövründə nominal asılı şəkildə idarə olunsada, xanlıq 

sonradan müstəqilliyə qovuşmuşdur.    

 

Astarabadda,  sonra  isə  Mazandaranda  Qacar  tayfasından  olan  Məmməd  Həsən 



xan  hakimiyyətdə  olmuşdur.  Sonra  o,  Təbrizi  də  tutmuş,  oğlu  Ağa  Məmməd  xanı 

buraya hakim təyin etmişdir.             

       Kərim xan Zəndin ölümündən sonra (1779), XVIII əsrin 80 - ci illərində  randa 

hakimiyyəti  ələ  keçirən  Ağa  Məhəmməd  xan  Qacar    bütün  Ön  Qafqazın  işğalını 

planlaşdırırdı.Əvvəlcə  Azərbaycan  və  Dağıstan  feodallarına    xəbərdarlıq  edərək    tabe 

olmalarını tələb etdi və rədd cavabı aldı. Bu səbəbdən Ağa Məhəmməd xan Qacar 1795-

ci  ildə  Qafqaza  yürüşə  başladı  və  rəvandan  keçərək  Qarabağa  soxuldu.  Şuşa  qalası 

mühasirəyə  alındı.  Şuşanın  33  günlük  mühasirəsindən  sonra  uğursuzluğa  düçar  olan 

Ağa Məhəmməd xan Qacar Tiflisə dorğu istiqamət götürdü. Azərbaycan xanları (Quba, 

Qarabağ,  Talış)  Qacardan  qorunmaq  məqsədilə  Rusiyadan  yardım  istədilər.  1796  -  cı 

ildə rus qoşunu Azərbaycana daxil olduğu zaman (general Valeriyan Zubovun başçılığı 

ilə)  Ağa  Məhəmməd  xan  Qacar  rana  geri  çəkildi.  Ağa  Məhəmməd  xan  Qacarın 

Azərbaycana  növbəti  səfəri  1797-ci  ilə  təsadüf  edir.  1796-cı  ildə  rus  çariçası  II 

Ekaterinanın  qəflətən  ölümündən  sonra  taxta  çıxan  oğlu  Pavel  Rus  qoşunlarını 

Qafqazdan geri çağırdı. Bu fakt 1796-cı ildə  randa şah taxtına keçən Ağa Məhəmməd 

ş

ah  Qacara  Azərbaycana  yeni  səfəri  üçün münbit şərait  yaratdı.  Əvvəlcə  Şuşa  üzərinə 



hücüm  edərək  qələbə  qazandı.    Lakin  1797-ci  il  iyulun  4-də  Ağa  Məhəmməd  şah 

Qacarın  qəfildən  öldürülməsi Qarabağ, Bakı , Gəncə,  rəvan və s. xanlıqlarının azad 

olmasına şərait yaratdı. 

 

40.Azərbaycanın Rusya tərəfindən işğalının başlanması 

1801-ci  il  sentyabrın  12də  Şərqi  Gürcüstanın  Rusyaya  birləşdirilməsi  haqqında 

çar  manifesti  elan  olundu    (Kartei-Kaxetiya  çarlığı  ləğv  edildi).  Şərqi  Gürgüstandan 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə