Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

asılı  olduqlarından  Qazax  və  Şəmşəddil  sultanlıqları  da  Rusyaya  birləşdirildi  (vaxtilə 

Nadir  şah  bu  torpaqları  Kartei-Kaxetiya  çarlığına  vermişdi)  Bununla  da  əslində 

Azərbaycanın Rusya tərəfindən işğalına başlandı. 1803-1804-cü illərdə isə Gürcüstanın 

Merqeli,  Quriya  və  meretiya  ərazisi  də Rusiyaya  qatıldı.  Rusyanın ilk  vaxtlar xanları 

müxtəlif  yollarla  öz  himayəsinə  almaq  cəhdləri  baş  tutmadıqda  Qafqaza  Rus 

qoşunlarının  baş  komandiri  general  Sisyanov  Azərbaycanlı  işğal  etmək  üçün  hərbi 

ə

məliyyat  planı  işləyib  hazırladı.  Gürcü  əsilli  Pavel  Dmitrieviç  Sisianov  (Çiçişvili) 



1802-ci  ilin  sentyabrinda  Qafqazın  ali  baş  komandanı,  Həştərxan  general-qubernatoru 

və  Gürcüstan  hakimi  təyin  olunmuşdu.  1803-cü  ilin  martında  rus  qoşunları 

Alazan(Qanlıq)  sahilində  və  Balakən  yaxınlığında  yerli  Car-Balakən  hərbi  hissələrini 

məğlubiyyətə  uğradaraq  Balakən  talan  edilir.Car  camaatı  isə  müqavimət  göstərmədən 

martın 29 təslim oldular. Car-Balakən camaatı öz nümayəndələrini 1803 ilin aprelin 12 

də  Tiflisə  göndərərərk  hər  il  220  pud  ipək  verməklə  və  rus  qoşunlarının  orada 

yerləşdirilməsi ilə müqavilə bağladılar. Rusya höküməti isə Car-Balakən daxili işlərinə 

qarışmamaq  öhdəliyini  götürdülər.Lakn  çox  keçmədən  Car  camaatı  azadlıq 

mübarizəsinə qalxdılar. 1803-cü ilin oktyabrında dağıstanlıların yardımı ilə Carda üsyan 

qalxdı.  Buna  görə  də  1804-  cü  ilin  yanvar  ayında  rus  qoşunları  Zakatalaya  soxularaq 

onları məğlub etdi. Lakin, bu döyüşdə rus qoşunlarına başçılıq edən general Qulyakov 

dərədə pusquya düşdü və öldürüldü. 

Car-Balakən işğalından sonra general Sisyanov Gəncə xanlıqlarını ələ keçirtmək 

üçün  Cavad  xana  Rusya  himayəsinə  keçməsi  üçün  məktublar  göndərir. 

(məktublar:23/02-1803;  29/XI-1803;  9,11,26,  29/XII-1803).    Cavad  xan  rədd  cavabı 

verir.  Cavad  xanın  dövründə  Qazax,  Şəmkir,  Şəmşəddil  və  ətraf  ərazilər  Gəncə 

xanlığına  daxil  edilmişdi.Qarabağ  xanlığı  ilə  münasibətlər  sahmana  salınsa  da 

Gürcüstan  rusyanın  himayəsinə  keçərkən  Şəmşəddilə  görə  çar  Georgi  ilə  Cavad  xan 

arasında ixtilaf yaranmışdı.  

1803 ilin fevral-dekabr ayları müddətində Sisyanov Cavad xana müraciətləri heç 

bir  nəticə  vermir.1803  ilin  dekabrında  Sisyanov  Cavad  xana  təslim  olmaq  haqqında 

ultimatium  verir.Sisyanovun  bu  cavabı  da  rədd  edildikdən  sonra  ilk  döyüşlər  Gəncə 




yaxınlığındakı Quruqobu adlı yerdə baş verdi. Sisanovun 6 batalyonluq piyada, 11 top, 

3 eskadron, 2 kazak yüzlüyündən ibarət nizami ordusu Gəncəni mühasirəyə aldı. 1804-

cü  il  yanvarın  2-dən  3-ə  keçən  gecə,  müsəlmanların  müqəddəs  Ramazan  ayının  başa 

çatması  ilə  qeyd  olunan  bayram  gecəsi  ruslar  iki  dəstə  ilə  Gəncəyə  hücum  etdilər. 

General  Portnyagin  Tiflis  darvazaları,  general  Karyagin    isə  Qarabağ  darvazaları 

önundən  Gəncə  qalasına  soxuldular.  Gəncə  xanı  Cavad  xan  və  oğlu  Hüseynqulu  ağa 

döyüşdə qəhrəmancasına həlak oldular.  Ciddi  müqavimətə  baxmayaraq  Qala  alındı və 

dağıdıldı.  Döyüşdə gəncəlilərdən 250 nəfər  həlak  oldu, 500 nəfər  əsir  alındı.Şəhər  çar 

qoşunları tərəfindən işğal olunur və adı dəyişdirilərək II Aleksandırın arvadının şərəfinə 

Yelizavetpol adlandırılır.  Çox təəssüf ki, Azərbaycanın başqa xanları gğzləmə mövqeyi 

tutdular. Kömək etmədilər. 

 Gəncənin  tutulması  rus  qoşunun  Azərbaycanın  içərilərinə  doğru  irəliləməsini 

asanlaşdırdı.  Çünki,  artıq  ruslar  Azərbaycanın  özündə  dayaq  yaratdılar.  Gəncə 

xanlığından  asılı  olan  Samux  hakimi  Şirin  bəy  hər  il  1000  çervon  xərac  verməklə 

Rusyanın hakimiyyətini qəbul etdi. 

41.Birinci Rusya- ran müharibəsininbaşa çatması  

Gülüstan müqaviləsi 

Qarabağ və Şəki xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra  ran qoşunları 

Qarabağa,  Gəncəyə,  Tiflisə,  Qazaxa  hücum  etsə  də  müvəffəqiyyət  qazana  bilmədilər. 

ranla müharibə aparmaqla eyni vaxtda rus qoşunları Azərbaycanın içərilərinə soxulur, 

Ş

amaxı,  Bakı   və  Quba xanlıqlarını  ələ keçirməyə  çalışırdılar. 1804cü ildə və  1805-ci 



ilin  yazında  Sisianovla  Şamaxı  xanı  Mustafa  xan  arasında  da  danışıqlarda  Sisianov 

Qarabağ və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri qəbul etməsini ondan tələb edirdi. 

Mustafa  xan  isə  Şəki  torpaqlarının  Şirvana  qatılmasını,  Qarabağdan  onun  ərazisinə 

keçənlərin  geri  qaytarılmayacağını,  Rusiya  xəzinəsinə  xərac  verməməsini,  əksinə,  ona 

daimi maaş verilməsini ondan tələb edirdi. Bu tələblər çar hökumətini təmin etmədiyinə 

görə 1805-ci ilin noyabrında Sisianovun qoşunları Mingəçevir yaxınlığında Kürü keçib 

Ş

amaxı  üzərinə  irəlilədi.  Mustafa  xan  Sisianovun  şərtlərini  qəbul  etsə  də,  onun 



düşərgəsinə  gedərək  müqavilə  bağlamağa  razı  olmadı  və  müdafiə  olunmaq  üçün 


Fitdağdakı  qalaya  çəkildi.    Dekabr  ayında  rus  qoşunları  ilə  Şirvan  qoşunları  arasında 

döyüş baş verdi. Mustafa xan Rusiyanın hakimiyyətini qəbul edərək Fitdağ yaxınlığında 

1805-ci  il  dekabrın  25-də  müqavilə  bağladı.  Müqaviləyə  görə  Rusiya  ərazisinə  8  min 

çevron  verməyi,  Kür  çayı  mənsəbində  rusların  hərbi  istehkam  tikmələrinə,  rus 

qoşunlarının təhlükəsizliyinin təmin olunmasına və ərzaqla təmin etməyə razılıq verdi.  

Sisianov    Şirvan  xanlığını  tutduqdan  sonra  Bakıya  doğru  irəlilədi.  Bakı  xanı 

Hüseynqulu  xana  Rusiyanın  tabeliyinə  keçməsi  üçün  müqavilə  layihəsini    göndərdi: 

Sisianov Hüseynqulu  xanın təklifi ilə Bakı qalası darvazalarının açarlarını təhvil almaq 

üçün  1806-cı  il  fevralın  8-də  Bakı  qalası  darvazalarının  qarşısında  Naxır  bulağı  adlı 

yerdə  Hüseynqulu  xanla  görüşə  gəldi.  Hüseynqulu  xanın  əmisi  oğlu  brahim  bəy 

Sisanovu  güllə  ilə  vurdu,  başını  Abbas  Mirzəyə  apardı.  Rus  qoşunları  Sara  adasına 

çəkildilər.  Bakının  rus  qoşunları  tərəfindən  zəbt  olunması  təxirə  salındı.  Bundan, 

istifadə  edən  ranın  hakim  dairələri  hərbi  yürüşləri  intensivləşdirməyə  başladı.  Lakin 

Sisianovu əvəz etmiş general Qudoviç yeni hücum planlarını həyata keçirdi. Rus ordusu 

1806-cı ildə iyunun 2-də Şimali Qafqazdan irəliləyərək 1806-cı il 22 iyunda Dərbəndi 

işğal  etdi:  1806-cı  il  sentyabrın  5-də  rus  qoşunları  yenidən  Bakı  istiqamətində  hücum 

edərək  oktyabrın  3-də  Bakını  işğal  etdilər.  Bakı  xanı  Qubaya,  oradan  rana  qaçdı. 

Bundan bir qədər sonra 1806-cı ilin oktyabrında  Quba xanlığı da döyüşsüz təslim oldu. 

Quba xanı Şeyx Əli xan da  rana qaçmalı oldu. Bakı və Quba xanlıqlarının işğalından 

sonra rus qoşunları 1806-cı il oktyabrın 22-də Şəki xanlığındakı, sonra isə Car-Balakən 

camaatının  üsyanını  yatırdı.  Dərbənd  və  Quba  xanlıqları  müvəqqəti  olaraq  Tarku 

Ş

amxalına  verildi,  bir  müddət  sonra  isə  imperiyanın  əyalətlərinə  çevrildi.  1806-cı  ilin 



sonlarında Türkiyə Rusiya ilə müharibəyə başladı. Rusiya Balkan və Qafqazda aparılan 

hərbi əməliyyatlarda qələbə qazanırdı. 1812-ci il mayın 6-da Türkiyə Buxarestdə Rusiya 

ilə müqavilə bağlamağa məcbur oldu və Qafqazın böyük hissəsində Rusiyanın işğalını 

tanıdı.  1812-ci  ilin  yayında  Napaleon  Rusiya  üzərinə  hücuma  keçdi.  Rusiya-Fransa 

müharibəsindən  istifadə  edən  ran  ordusu  Qafqazda  hərbi  əməliyyata  başladı.  Lakin 

Qarabağ,  Gəncə,  Şəki  istiqamətində  döyüşlərdə  ran  ordusu  müvəffəqiyyət  qazana 

bilmədi.    1913-cü  il  yanvarın  1-də  lənkəran  qalası  ruslar  tərəfindən  tutuldu.  Rusların 

ranın  içərilərinə  doğru  irəliləməsindən  ehtiyat  edən  ingilis  məsləhətçiləri  şahı  sülh 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə