Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

şə

xsi  tamahı  xatirinə  sui-istifadə  edirdi.1837-ci  ildə  Qafqazın  baş  komandanının 

Varşavadakı  atlı  müsəlman  alayı  üçün  Quba  əyalətindən  36  atlı  toplanması  haqqında 

tələbi  əhalinin  səbr  kasasını  daşdırdı.  Əhali  hökümətdən  atlı  yığılmasının  

dayandırılmasını,  komendant  Gimbut  və  onun  əlaltıları  olan  yerli  bəylərin  işdən 

götürülməsini  və  vergilərin  azaldılmasını  tələb  edir.  Hərbi  dairə  rəisi  tələbləri  yerinə 

yetirməyə söz versə də konkret hər hansı bir addım atmaq fikrində deyildi. 1837-ci ilin 

avqustun 21-də Qubada Rusiyanın müstəmləkə zülmünə qarşı başlanan hərəkat tezliklə 

silahlı üsyana çevrildi. Quba üsyanı özünün genişliyinə, əhatə dairəsinə və iştirakçıların 

sayına  görə  digər  üsyanlardan  fərqlənirdi.  Üsyançıların  sayı  12  min  nəfərə  çatırdı. 

Üsyanın başlıça hərəkətverici qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi 

də  üsyana  qoşulmuşdu.  Hərəkat  iştirakçıları  üsyan  rəhbəri  Hacı  Məhəmmədi  Qubanı 

idarə etmək üçün hətta xan seçmişdilər. Hərəkata başçılıq etmək üçün yaradılmış Hərbi 

Ş

uranın  hazrıladığı  plana  əsasən  avqustun  30-da  üsyançılar  Quba  şəhərini  mühasirəyə 



aldılar.Yarəlinin başçılıq etdiyi üsyançılar dəstəsi şəhərlilərin köməyi ilə Qubaya daxil 

olaraq  şəhər  məhkəməsinin  binasını  ələ  keçirtdilər.  Üsyançılar  şəhər  uğrunda  ağır 

döyüşdə  mərdliklə  vuruşsalar  da  uğur  qazana  bilmədilər  Sentyabrın  5-də  rus  qoşunu 

üsyançıları  şəhərdən  çıxara  bildi.  Hökümət  hərəkatın  fəal  iştirakçılarına  divan  tutdu. 

Üsyanın  rəhbəri  Hacı  Məhəmməd  dörd  il  çəkən  istintaqdan  sonra  1841-ci  ildə  Bakı 

Hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı. 



 

 

 

 

Şə

ki  üsyanı.  Digər  müsəlman  əyalətlərində  olduğu  kimi  Şəkidə  də  çar 

hökümətinin  tətbiq  etdiyi  ağır  maliyyə  -vergi  sistemi  əhalinin  vəziyyətini  olduqca 

ağırlaşdırmışdı.  Şəkinin  keçmiş  hakimi  Səlim  xanın  oğlu  Hacı  xan  tərəfindən  Şəkiyə 

göndərilən  Məşədi  Məmməd  5  minlik  qoşun  toplayaraq  1838-ci  ildə  hökümətə  qarşı 

üsyan başladı. Rus hərbi qarnizonu ilə üsyançılar arasında Şəki yaxınlığında baş vermiş 

ilk  döyüşdə    ruslar  məğlubiyyətə  uğradılar.Qalanı  çıxmaqla,  bütün  şəhər  üsyançıların 

ə

linə  keçdi.  Qafqazın  baş  komandanı  başqa  əyalətlərdən  Şəkiyə  qoşun  yeridərək 



üsyançıları  məğlubiyyətə  uğratdı.  Məşədi  Məmməd  yenidən  Cənubi  Azərbaycana 

qayıtmağa məcbur oldu.XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda rus müstəmləkə 

ə

sarətinə  qarşı  baş  vermiş  üsyanlarda  hökümətə  “sədaqətli”  olan  kiçik  bir  zümrəni 



çıxmaqla, əhalinin bütün təbəqələri iştirak edirdi. Kəndlilər, şəhərlilər, bəylər, ağalar və 

ruhanilərin bir cəbhədə çıxış etməsi həmin üsyanların əsas xüsusiyyəti sayıla bilər. 30-

cu illərdə baş vermiş üsyanlar böyük tarixi əhəmiyyətə malik idi. Bu üsyanlar məğlub 

olsada,  təsirsiz  qalmadı.  Çar  höküməti  Şimali  Azərbaycanda  öz  siyasətini  dəyişməyə 

məcbur oldu, komendant üsul-idarəsini ləğv etməyin zəruriliyini anladı.     

 

 



 

 

 




44. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda keçirilmiş islahatlar 

XIX  əsrin  30-cu  illərində  baş  vermiş  üsyanlar  yatırildıqdan  sonra  çar  hökumətı 

Cənubi  Qafqazda  inzibati-idarə  sistemini    dəyişdirmək  üçün  islahatlar  keçirdi.Çar  I 

Nikolay  1840-cı  il  aprelin  10-da  komendant  idarə  üsulunun  ləğv  edilməsi  və  Cənubi 

Qafqazda  inzibati  islahat  haqqında  qanun  imzaladı.1841-ci  il  yanvarın  1-dən  qüvvəyə 

minən qanuna görə komendant idarə üsulu ləğv edilir və Cənubi Qafqazda Gürcüstan-

meretiya  quberniyası  və  Xəzər  vilayəti  yaradılırdı.Hələ  1828-ci  il  martın  21-də  tarixi 

Azərbaycan  torpaqları  olan  Naxçıvan  və  rəvan  xanlıqlarının  ərazisində  “erməni 

vilayəti”  adlı  inzibati  bölgü  yaradılmışdı.  10  aprel  1840-cı  il  qanununa  görə  “erməni 

vilayəti”  ləğv  edilmiş  və  yerində  rəvan  və  Naxçıvan  qəzaları  yaradılmışdı.  Cənubi 

Qafqazda  ali  hakimiyyət  Qafqazın  baş  hakiminə  məxsus  idi.  10  aprel  1840-cı  il 

qanununa  görə,  ümumrusiya  qanunları  əsasında  quberniya,  vilayət,  qəza  və  dairə 

məhkəmələri yaradıldı.Şəriət məhkəmələri yalnız kəbin-talaq və vərəsəlik məsələlərinə 

baxırdı.  1841-ci  ilin  aprel  və  may  aylarında  Ağalar  və  Bəylərin  Tiyul  mülkiyyəti  və 

kəndlilər üzərində ağalığının ləğv olunması haqqında reskript

 

verildi. Bir qədər sonra bu  



reskript  ləğv  olundu.  1844-cü  ildə  çar  hökumətı  Cənubi  Qafqazda  öz  mövqeyini 

möhkəmlətmək üçün canişinlik sistemi yaratdı.1846-cı il 14 dekabr tarixli çar fərmanı 

ilə Gürcüstan- meretiya quberniyası və Xəzər vilayətinin yerində Tiflis, Kutais, Şamaxı 

və  Dərbənd  quberniyaları  təşkil  edildi.  1849-cu  ildə  isə  rəvan  quberniyası 

yaradıldı.Yeni  inzibati-ərazi  bölgüsü  Azərbaycanın  parçalanmasını  daha  da 

dərinləşdirdi. 

 

 

 



 

 

 



1846-cı  il  6  dekabr  reskripti.  Rusiya  hökümətinin  ali  müsəlman  zümrəsi  ilə 

bağlı  siyasəti  dəyişkən  səciyyə  daşıyırdı.  XIX  əsrin  20-30-ci  illəri  40-cı  illərin 

ə

vvəllərində  hökümətin  ali  müsəlman  zümrəsi  ilə  bağlı  hazırladığı  layihələrdə  bu 



zümrəni tamamilə ləğv etmək, Şimali Azərbaycanda çarizmin əsas dayağı olacaq “təbii 

rus  zadəganlığı”  yaratmaq  ideyası  qırmızı  xətt  kimi  keçirdi.  Hökümət  bölgənin  bütün 

torpaqlarını  5  iri  rus  zadəganı  arasında  bölüb,  burada  iri  təhkimçilik  təsərrüfatları 

yaratmaq və müsəlman ali zümrəsini məhv etmək planları üzərində baş sındırırdı.Lakin 

hökumətin  bu  planı  baş  tutmadı.  Bəylərin  və  kəndlilərin  çar  hökümətinə  qarşı  bir 

cəbhədə birləşərək çıxışlara başlaması höküməti bərk təşvişə salmışdı.Çar hökuməti ali 

müsəlman zümrəsinin simasında özünə dayaq yaratmaq yolunu tutdu. Çarın fərmanı ilə 

1843-cü  ildə  ali  müsəlman  zümrəsinin  yaradılmasına  icazə  verildi.      Bu  zümrənin 

hüquqlarını tənzimləyəcək qanun layihəsi 6 dekabr 1846-cı ildə çar I Nikolay tərəfindən 

Qafqaz  canişininin    adına  reskript  (buyruq)  şəklində  imzalandı.  6  dekabr  1846-cı  il 

reskripti  12  maddədən  ibarət  olub,  10-u  bəylərin  torpaq  hüquqlarından,  2-si  isə  bəy-

kəndli münasibətlərindən bəhs edirdi. Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş 

və  indi  də  onların  ixtiyarında  qalan  torpaqlar  (mülk,  tiyul  və  s.)  üzərində  onların  tam 

irsi,  mülkiyyətçilik  hüququ  təsdiq  olunurdu.  Xan,  bəy  və  digər  torpaq  sahibləri  öz 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə