Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

mülklərini  nəsildən-  nəslə  keçirə,  sata,  bağışlaya,  hər  hansı  şəkildə  alqı-satqıya  qoya 

bilərdilər.Yeganə şərt torpağı alan şəxsin ali müsəlman zümrəsinin nümayəndəsi olması 

idi.  Qazax,  Şəmsəddil,  Borçalı  ağalarının  da  müsadirə  edilmiş  bütün  torpaqları  çarın 

onlara  qaytarıldı.  Reskriptə  görə  bundan  sonra  rəiyyət,  rəncbər,  xalisə,  nökər,əkər  və 

başqa müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad “mülkədar tabelisi” adı verilirdi. 

6  dekabr  1846-cı  il  reskripti  ilə  rus  höküməti  ali  müəslman  zümrəsinin  torpaq 

hüquqlarını təsdiq etdi və ona münasibətini qəti şəkildə müəyyənləşdirdi. Hökümət ali 

zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq siyasətində ilk ciddi addımını 

atdı.   

 

 



 

1847-ci il “Kəndli Əsasnamələri”. Azərbaycanın sahibkar kəndində bəy-kəndli 

münasibətlərinə  tam  hüquqi  aydınlıq  gətirmək  və  bu  münasibətləri  rəsmi  şəkildə 

tənzimləmək  üçün    çar  höküməti  1847-ci  ilin  aprelin  20-i  və  dekabrın  28-də  “Kəndli 

Ə

sasnamələri” adlanan sənəd qəbul etdi. Bu sənəd Şuşa, Şamaxı, Şəki, Bakı, Quba və 



Lənkəran  qəzalarının  bəy  kəndlilərinə,  həmçinin  Qazax,  Şəmşəddil  və  Borçalı 

məntəqələrinin ağa kəndlilərinə aid idi. Bu sənədə görə 15 yaşından yuxarı kişi xeylağı 

olan  kəndli  5  desyatinə  qədər  torpaq  payı  ilə  təmin  olunmalı,  bunun  əvəzində    kəndli 

taxil  məhsulunun  ondabirini,  çəltik,  meyvə-tərəvəz  məhsulunun  üçdə  birini  malcəhət 

vergisi  şəkilində  bəyə  ödəməli  idi.  Kəndli  torpağı  bəyin  iş  eyvanı,  toxumu  və 

alətlərindən  istifadə  edərək  becərirdisə,  malcəhət  məhsulun  beşdəbirini  təşkil  edirdi. 

Otlaqlardan  istifadə  edən  kəndlilər  bəyə  çöpbaşı  vergisi  ödəməli  idilər,bəy 

təsərrüfatında  biyara  çıxmaq  üçün  hər  kəndli  ailəsi  bir  kişi  ayırmalı  idi.  Biyara  çıxan 

kəndli  ildə  18  gün  əkin-biçin  işi  aparmalı  idi.  Kəndli  biyara  çıxmaq  istəmirdisə, 

ə

vəzində  pul  ödəməli  idi.  Bütün  kəndlilər  hamılıqla  ildə  iki  gün  bəyin  təsərrüfatında 



ə

vrəz adlanan işi yerinə yetirməli idi. Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi 

bir  kişi  ödəməli  idi.  “Əsasnamələr”lə  bəylərə  kəndlilər  üzərində  polis  və  məhkəmə 

hüququ,  kəndlilərə  isə    yaşayış  yerini  dəyişib  başqa  kəndlərə  keçmək  hüququ 

verilirdi.Başqa  bəyin  kəndinə  keçmək  istəyən  kəndli  bütün  vergi  və  mükəlləfiyyətləri 

ə

vvəlcədən  ödəməli  və  onu  qəbul  edəcək  bəyində  razılığını  almalı  idi.    1847-ci  il 



“Kəndli  Əsasnamələri”  ali  müsəlman  zümrəsi  ilə  kəndlilər  arasındakı  qarşılıqlı 

münasibətləri rəsmiləşdirərək qanuni şəklə saldı. 

 

 

 



 

 

 



 


45. XIX əsrin I yarısında Şimali Azərbaycan mədəniyyəti 

Maarif.  XIX  əsrin  birinci  yarısı  Şimali  Azərbaycanda  maarif  işində  yeni  bir 

dövrdür.  Bu  dövrdə  qabaqcıl  ziyalılar    Azərbaycanda  xalq  maarifini  yüksəltməklə 

xalqın  savadlanması  qayğısına  qalır,yeni  tipli  təhsil  ocaqları  açmaq  üçün  hakim 

dairələrə müraciətlər edirdilər. Həmin dövr Azərbaycan ziyalıları arasında A.Bakıxanov 

və M.F.Axundov xüsusi yer tuturdular. 

 

 



 

 

 



 

XIX  əsrin  birinci  yarısında  Şimali  Azərbaycanda  təhsil  ocaqları,əsasən 

məscidlərin  nəzdindəki  məktəblər  və  mədrəsələr  idi.  1858-ci  ildə  Şamaxı 

quberniyasında  4700  nəfərin  təhsil  aldığı  299  məktəb  və  mədrəsə  var  idi.Şimali 

Azərbaycan  işğal  edildikdən  sonra  milli  maarifçilərin  səyi  ilə  Azərbaycan-rus 

məktəbləri  yaradıldı.Bu  tipli  məktəblər  XIX  əsrin  30-cu  illərində  Şuşada,  Nuxada, 

Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda açılmışdı. Sonrakı illərdə bu məktəblərdən 

ə

lavə dörd sinifli məktəblər də açıldı. Bu tədris müəssisələrini açmaqda çar hökumətinin 



ə

sas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siyasətini yürütməkdə ona kömək edə 

biləcək tərcüməçilər, mirzələr-bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi. 

 

 



 

 

 



 

Elm.  XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycanda  çox  inkişaf  etmiş  elm 

sahələrindən  biri  tarix  elmi  idi.  Həmin  dövrdə  yaşayıb  yaratmış  Mirzə  Adıgözəl  bəy, 

Mirzə Camal, Kərim Ağa Fateh, Seyid Əbdül Həmid bu gün də əhəmiyyətini saxlayan 

bir  sıra  qiymətli  tarix  əsərləri  yaratmışlar.  Əsasən  xanlıqlar  dövrünün  tarixinə  həsr 

edilmiş  həmin  əsərlərdən  fərli  olaraq  A.Bakıxanovun  “Gülüstani- rəm”ində  qədim 

dövrdən  başlamış  XIX  yüzilliyin  əvvəllərindək  Şirvanın  tarixi  öz  əksini  tapmışdır. 

Azərbaycanlı alimlər rus şərqşünaslığının əsasının qoyulması və inkişafında da mühüm 

rol  oynamışlar.  XIX  yüzilliyin  başlanğıcında  Mirzə  Cəfər  Topçubaşov  Peterburq 

universitetində Şərq dillərini tədris etmiş,  ran ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 

Görkəmli  şərqşünas  alim  Mirzə  Məhəmmədəli  Kazımbəy  Qazan  universitetində  ran 

ə

dəbiyyatı, türk-tatar dilləri müəllimi, professoru, fakültə dekanı olmuşdu. Şərqşünaslıq 



sahəsində  100-dən  çox  əsər  yazmış  M.Kazımbəy  Azərbaycan  dilinin  qrammatikasını 

nəşr etdirmişdi.  Məşhur səyyah-alim Hacı Zeynalabdin Şirvani Şərq ölkələrinin çoxunu 

gəzmiş, 36 il müddətində 60 min km qədər yol qət etmiş, əsərlərində gəzdiyi, gördüyü 

ölkələrin xalqlarının iqtisadi-mədəni həyatını, məişət və adətlərini təsvir etmişdir. XIX 

yüzilliyin  30-cu  illərində  Azərbaycan  mətbuatının  əsası  qoyulmuşdu.  1832-ci  ildə 

Tiflisdə  həftədə  bir  dəfə  “Tatar  xəbərləri”  qəzeti  çıxmağa  başlamışdı.  1850-ci  illərin 

sonlarında Şamaxı quberniyasında iki kiçik mətbəə fəaliyyət göstərirdi. 

 

 



 

Ə

dəbiyyat.  XIX  yüzilliyin    birinci  yarısında  Azərbaycan  ədəbiyyatı  iki-

romantikvə realist cərəyan istiqamətində inkişaf edirdi. Görkəmli mütəfəkkir Mirzə Şəfi 

Vazeh (1794-1852) Gəncədə memar ailəsində anadan olmuşdu. M.Ş.Vazeh lirik şerlər 

yazmış,  əsərlərində  azadlıq  müjdəçisi  kimi  çıxış  etmişdir.  A.Bakıxanov  da  Qüdsi 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə