162
dövrlərdə təşkilatın ekoloqlar qrupu anti-nüvə kampaniyalarını daha da genişləndirdi.
1970-ci illərdən etibarən “Qrinpis” balinaların və dəniz pişiyinin qanunsuz ovlanmasına
qarşı mübarizəyə başladı.
1970-ci illərin axırlarında “Qrinpis” bütün dünya üzrə geniş struktura malik bir
təşkilata çevrildi. Təşkilatın ali orqanı bütün milli bölmələrin nümayəndələrindən təşkil
olunan “Qrinpis” Şurasıdır. Şuranın hər il keçirilən iclasında təşkilatın ümumi fəaliyyət
istiqamətləri müzakirə edilir. Həmçinin, qurumun bütün bölmələrinin koordinasiya
orqanına rəhbərlik təyin olunur. Onun vasitəsilə milli bölmələrin iş mexanizmi
tənzimlənir. Hazırda “Qrinpis”in fəaliyyətində bioloji tarazlığın müdafiəsi, atmosferin
zəhərli maddələrdən qorunması, atom enerjisindən istifadənin qarşısının alınması və s.
məsələlər mühüm yer tutur.
Dünyada öz fəaliyyəti ilə geniş tanınmış transmilli BQHT-lərdən biri də
“Beynəlxalq amnistiya” (BA) təşkilatıdır. Əsası 1961-ci ildə britaniyalı hüquqşünas B.
Beninson tərəfindən qoyulan bu təşkilatın qərargahı və struktur mərkəzi Londonda
yerləşir. BA-nın İcra komitəsi təşkilatın fəaliyyətini tənzimləyir və ona nəzarət edir. Bu
təşkilat BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malikdir. Təşkilatın
əsas vəzifələrinə vicdan məhbuslarının, etnik, siyasi, sosial mənsubiyyətə görə həbs
olunan şəxslərin azadlığa buraxılmasına nail olmaq, siyasi məhbusların ədalətli
məhkəməsinə təminat vermək, ölüm hökmünü, işgəncələrin və qeyri-insani hərəkətlərin
ləğvi kimi dövlətdaxili məsələləri beynəlxalq standartlara uyğun həll etməkdən ibarətdir.
Təşkilat maliyyələşmə məsələsində ayrı-ayrı hökumətlərin maddi yardımlarından
istifadə etmir.
“Beynəlxalq amnistiya” təşkilatı öz üzvlərinin vəsaiti, ictimai ianələr və
kommersiya təşkilatlarının ödəmələri hesabına maliyyələşir. Təşkilat insan
hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərinə görə 1977-ci ildə Nobel sülh
mükafatına layiq görülmüşdür.
Yuxarıda qeyd olunan BQHT-lərlə yanaşı müasir beynəlxalq münasibətlər
sistemində geniş fəaliyyət göstərən qeyri-hökumət təşkilatları sırasında Beynəlxalq
Qızıl Xaç Komitəsini, Beynəlxalq Olimpiya Komitəsini, Beynəlxalq Azad Həmkarlar
Konfederasiyasını, Beynəlxalq Kriminal Polis Təşkilatını (İnterpol), Avropa Teleradio
İttifaqını, Dünya Kilsə Şurasını və başqalarını xüsusi qeyd etmək lazımdır.
BQHT-lər ayrı-ayrı hökumətlərarası təşkilatlar çərçivəsində ekspert statusu ilə
beynəlxalq münasibətlər sistemində və dünya siyasətinin həyata keçirilməsində
bilavasitə iştirak edirlər. Bundan başqa, bu qurumlar beynəlxalq proseslərə dolayısı ilə
163
də ciddi təsir göstərə bilirlər. Xüsusən bu və ya digər məsələlər üzrə dövlətlərin
yürütdüyü daxili və xarici siyasətə müvafiq münasibət bildirərək, BQHT-lər beynəlxalq
ictimai rəyə mühüm təsir göstərə bilirlər. Bu rəy, bir qayda olaraq, dövlətlərin həm
vətəndaş birlikləri, həm də bilavasitə dünya siyasətini nizamlayan beynəlxalq təşkilatlar
tərəfindən nəzərə alındığı üçün milli dövlətlər onu nəzərə almaya bilmirlər. Bu və ya
digər BQHT-nin ayrı-ayrı dövlətlərin və beynəlxalq qurumların qəbul etdiyi qərarlara
mühüm təsiri dəfələrlə sübut olunubdur. Xüsusən BMT, ATƏT, Avropa Şurası, Avropa
İttifaqı, NATO və başqa qurumlar BQHT-lərin rəyinə daim diqqətlə yanaşaraq, onların
fikirlərini nəzərə alırlar.
Mövzu üzrə tövsiyə olunan ədəbiyyat və informasiya resursları:
Azərbaycan dilində
Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr. II hissə. 1945-2000-ci illər). Bakı,
2000.
“Azad ev”. Minilliyin çağırışı. 2002.
Həsənov Ə. Azərbaycan və ATƏT. Bakı, 1997. –140 s.
İbadov R. Avropa İttifaqının əsasları. Bakı, 2004. –212s.
Qurbanov Ə. Beynəlxalq münasibətlərdə din - İslam amili. Bakı, 2000. –374s.
Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı, 2005. –463s.
Məmmədov A.S. Beynəlxalq konfliktlər. Bakı, 2000. –208s.
Rəcəbli H., İbayev V. Avropa Şurası. Bakı, 1999. –118s.
Türk dilində
Makovski A., Sayari S. Türkiyenin yeni dünyası. Türk Dış politikasının deyişen
dinamikleri. İstanbul, 2002, 315 s.
Baskın Oran. Türk Dış politikası. Kurtuluş savaşından bugüne. Olqular, belqeler,
yorumlar. (Cilt I. 1919-1980). İstanbul, 2002. 846 s.
Fukuyama Frensis. Devlet inşası. 21 Yüzyılında dünya düzeni və yönetişim. Istanbul,
2005. 160 s.
Kaynak M. Büyük Ortadoğu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005.
228 s.
164
Rus dilində
Адамишин А. На пути к мировому правительству // Россия в глобальной политике.
2002. №1.
Актуальные проблемы современности и истории. Москва, 1998.
Бажанов E.П. Современный мир. Москва, 2004.
Балуев Д.Г. Информационная революция и современные международные
отношения. Н. Новгород, 2001.
Барановский В.Г. Международные организации как механизмы регулирования
международных отношений. Москва, 2000.
Барановский В.Г. Политическая интеграция в Западной Европе. Некоторые
вопросы теории и практики. Москва, 1988.
Бек У. Что такое глобализация? Москва, 2001.
Бжезинский З. Великая шахматная доска. Москва, 1999.
Ближний Восток: история и современность. Москва, 1997.
Брук С.И. Население мира. Москва, 1986.
Валлерстайн И. Анализ мировых систем и ситуация в современном мире. СПБ.,
2001.
Внешняя политика Советского Союза в период Отечественной войны. Т.1.
Mосква, 1944.
Володин А.Г., Широков Г.К. Глобализация: начала, тенденции, перспективы.
Москва, 2002.
Восток-Запад.
Региональные
подсистемы
и
региональные
проблемы
международных отношений. Под ред. А.В. Воскресенского. Москва, 2002. 526 с.
Генри Е. Профессиональный антикоммунизм. К истории возникновения. Москва,
1981.
Глобализация: человеческое измерение. Москва, 2002.
Грани глобализации: Трудные вопросы современного развития. Москва, 2002.
Давыдов Ю.П. Норма против силы. Москва, 2002.
Дергачев В. Глобальная геоэкономика. Киев, 2000.
Дипломатический словарь. В 3-х томах. Изд. 4-ое. Москва, 1985.
Дробот Г.А. Роль международных организаций в мировой политике: основные
теоретические подходы // Вестник Московского Университета: сер.18. Социология
и политология, 1999 №1.
Dostları ilə paylaş: |