16
tәsiri var, çünki onlar tәhsil müәssisәlәrindәn iş hәyatına keçirlәr. Azәrbaycanda yaşı
24-dәn aşağı olan gәnc әhali ümumi әhalinin 40 %-ni tәşkil edir. Gәnclәrin
mәşğulluğu nisbәtәn aşağı sәviyyәdәdir – 14% (2008), bu göstәrici 1999-cu ildә 42%
tәşkil etmişdir. Lakin daha çox diversifikasiyalaşmış iqtisadiyyatın әldә olunması
istiqamәtindә keçidlә bağlı problemlәr qalmaqda davam edir.
İbtidai vә orta tәhsil müәssisәlәrinә qәbul demәk olar ki universaldır vә bu, ali
tәhsildә dә özünü göstәrәrәk qadın vә kişilәrin bәrabәr iştirak sәviyyәsi ilә 21 %-ә
çatmışdır. Buna baxmayaraq, tәhsilin sәviyyәsi әsas problem olaraq qalır. Kişilәrlә
müqayisәdә qadınların hәlә dә sosial, iqtisadi vә siyasi hәyatda iştirak imkanları
mәhduddur. AYİB-in Azәrbaycanda gender bәrabәrsizliyi hesabatında xüsusilә
qadınların iş qüvvәsindә iştirakı vә maliyyәyә çıxışında nәzәrәçarpacaq
bәrabәrsizliyin olduğu vurğulanır.
İqtisadi imkanlar hәmçinin şәhәr vә kәndlәrdә fәrqlidir. İşsizlik vә fәaliyyәtsizlik
göstәricilәri adәtәn şәhәrlәrdә yüksәk
olduğu halda, kәnd tәsәrrüfatının üstünlük
tәşkil etmәsi hesabına işçi qüvvәsinin fәaliyyәti kәnd yerlәrindә daha yüksәkdir.
Mәcburi Köçkünlük üzrә Monitorinq Mәrkәzinin (MKMM) verdiyi mәlumata әsasәn,
ölkә әhalisinin tәxminәn 600 minә yaxın әhali mәcburi köçkündür. Bәzi mәcburi
köçkünlәrin әsas sosial hәyata inteqrasiya etmәsinә baxmayaraq, bir çoxu hәlә dә
mәcburi köçkün qәsәbәlәrindә yaşayır. Mәcburi köçkünlәrin 86 %-i şәhәr vә ya
şәhәrәtrafı әrazilәrdә mәskunlaşmışdır. Baxmayaraq ki, onlar 10 ildәn çoxdur ki, öz
evlәrindәn didәrgin salınıb, bir çoxu hәlә dövlәt transferlәrindәn asılıdır vә özlәrinә
әsaslanan iqtisadi imkanları yoxdur.
2.6. Hüquqi kontekst
İllәr әrzindә Azәrbaycan hüquq çәrçivәsindә ekstensiv islahatlar hәyata keçirmişdir,
lakin onların hәyata keçirilmәsi vә qüvvәyә minmәsi istiqamәtindәki problemlәr hәlә
dә qalır. Hüquqi mühit mürәkkәb vә qeyri-dәqiqdir. Qanunvericilikdә biznes
fәaliyyәtinә başlanılması vә biznesin lisenziyalaşdırılması istiqamәtindә mühüm
nailiyyәtlәrin әldә olunmasına baxmayaraq, Azәrbaycanda fәaliyyәt göstәrәn
şirkәtlәrin mülkiyyәtçiliyi barәdә informasiyanın әldә olunması ilә bağlı
mәhdudiyyәtlәrin tәtbiq olunması barәdә qanuna son dәyişikliklәrin edilmәsi
Azәrbaycanda Bankın fәaliyyәtinin hәyata keçirilmәsinә müәyyәn maneәlәr
törәtmişdir. Hәmçinin şirkәt qanununda açıqlılıq vә şәffaflıq üzrә qaydalar әsas
çatışmazlıqlar hesab edilir. Korporativlәr isә müşahidә şurası vә müstәqil direktorların
rolu ilә bağlı olaraq aydınlaşdırmadan fayda әldә edirlәr. Bütün şirkәtlәrdәn balans
cәdvәlini vә gәlir bәyanatlarını әhatә edәn auditdәn keçmiş maliyyә bәyanatlarının
tәlәb edilmәsinә baxmayaraq, bir çox şirkәtlәr buna әmәl etmir.
Azәrbaycanın tәminatlı әqdlәr üzrә qanunlarının yenilәnmәsi tәlәb olunur. Xüsusilә,
tәminatlı kreditorlarının hüquqlarının hәyata keçirilmәsinin intensivlәşdirilmәsi,
mövcud tәminatlı әqdlәr sistemindәki qeyri-müәyyәnliyin vә mәhdudiyyәtlәrin aradan
qaldırılması vә kredit bürosu әmәliyyatlarının sürәtlәnmәsinә sәbәb olacaq hüquqi
dәstәyin yaradılması Azәrbaycanda maliyyәyә çıxışın sürәtlәnmәsinә töhfә verәcәk.
Azәrbaycanın Müflislәşmә haqqında Qanununa genişmiqyaslı düzәlişlәr edilmәlidir.
Likvidlәşdirmә müddәaları nisbәtәn adekvatdır, lakin qanunla müflislәşmәdә yenidәn
tәşkil olunmanın hüdudları mәhdudlaşdırılmışdır. Xüsusilә, Azәrbaycan AYİB
17
regionunda ictimai-özәl әmәkdaşlıq (İÖӘ) vә yaxud da müasir imtiyazlar sahәsindә
hәlә dә hüquq çәrçivәsi olmayan bir neçә dövlәtdәn biri olaraq qalır. İÖӘ/imtiyazlar
üzrә qanunların tәqdimatı infrastruktur vә tibb sahәlәrinә investisiyaların
yatırılmasına rәvac verә bilәr.
Azәrbaycanın müasir mәhkәmә sisteminin inkişafı istiqamәtindә nailiyyәtlәr әldә
etmәsinә baxmayaraq, xüsusilә dә fiziki infrastruktur baxımından bir çox işlәr
görülmәlidir. Xüsusilә dә dövlәtin tәrәf olduğu vә ya dövlәtin әsaslı maraqlarının
olduğu hallarda mәhkәmәnin qәrәzsizliyinin güclәndirilmәsi, ticari vә inzibati
qanunlar sahәlәrinә xüsusi önәm vermәklә hakimlәrә tәlimlәrin keçilmәsi әsas
istiqamәtlәrdir.
Hüquqi mühitin daha әtraflı qiymәtlәndirilmәsi üçün Әlavә 3-ә baxın.
2.7. Enerji effektivliyi vә iqlim dәyişikliyi konteksti
Azәrbaycan enerji cәhәtdәn sәmәrәli texnologiyalar bazarının çox zәif inkişaf etdiyi
ölkәdir vә burada mühüm inkişaf potensialı mövcuddur. Mövcud tәnzimlәyici struktur
daxilindәki çatışmazlıqlar alternativ enerji istismarına әn böyük maneәni törәdir.
Nәzarәtedici çәrçivә bәrpa olunan enerji layihәlәrini tәşviq edәcәk qanunların qәbulu
vә hәyata keçirilmәsi vasitәsilә güclәndirilә bilәr. Bәrpa olunan enerjiyә tәsir göstәrәn
mövcud qanunların konsolidasiyası tәlәb edilә bilәr.
BMT-nin İqlim Dәyişmәlәri üzrә Çәrçivә Konvensiyasına Azәrbaycanın İkinci Milli
Mәlumatlarında iqtisadiyyatın әsas sahәlәrinә iqlim dәyişmәlәrinin bir çox tәsirlәri öz
әksini tapmışdır. Bura su qıtlığının artması, kәnd tәsәrrüfatı istehsalının azalması
(istilik vә su qıtlığı sәbәbindәn), sahil bölgәlәrindә dәniz sәviyyәsinin dәyişmәsi vә
şәhәrlәrdә yüksәk istilәrlә bağlı baş vermiş hadisәlәr daxildir.
3. STRATEJİ İSTİQAMӘTLӘR
Sürәtli iqtisadi inkişaf dekadasından sonra Azәrbaycan inkişafında kritik mәrhәlәyә
daxil oldu. Neft hasilatının 2017-ci ildәn etibarәn aşağı düşәcәyini vә iqtisadiyyatın
yığılmış karbohidrogen gәlirlәrindәn çox yüksәk asılılığını nәzәrә alaraq
Azәrbaycanın daha müasir vә parlaq sektorla post-neft mәrhәlәsinә qәdәm qoymasına
tәminat yaradılmasında iqtisadiyyatın diversifikasiyası başlıca rol oynayacaq.
Hakimiyyәt strukturlarının “İnkişaf Konsepsiyası-Azәrbaycan 2020: Gәlәcәyә baxış”
ilә diversifikasiya üçün mәqsәdli hәdәflәr müәyyәnlәşdirmiş vә iqtisadiyyatın
modernlәşdirilmәsi istiqamәtindә bir sıra nailiyyәtlәr әldә etmişdir. Bununla belә,
qeyri-neft sektorunda özünü tәmin edәn artım üçün tәlәb olunan struktur islahatlar
möhkәmlәndirilmәlidir.
Növbәti Strategiya mәrhәlәsindә Azәrbaycanın karbohidrogenlәrdәn asılılığına son
qoyması üçün iqtisadiyyatın diversifikasiyasında maddi inkişafa yol vermәsi zәruri
olacaq. İslahat prosesindә әksәr göstәricilәr boyu nәzәrәçarpacaq keçid boşluqları ilә
yanaşı mәsәlәlәr qalmaqdadır. Xüsusilә, Azәrbaycan üçün özәl sektorun inkişafına
dәstәk göstәrәcәk davamlı maliyyә sektorunun inkişaf etdirilmәsi vә xüsusilә dә
Bakıdan kәnar әrazilәrdә vә Abşeron rayonunda iqtisadi diversifikasiya mühüm
әhәmiyyәt kәsb edir. Buna görә dә növbәti Strategiya dövründә Bank әmәliyyatları