14
ticarәtlә bağlı islahatlara baxış keçirdilәr, qanunvericilik istiqamәtindә әldә olunmuş
inkişafı nәzәrdәn keçirdilәr vә malların vә xidmәtlәrin bazara daxil olması ilә bağlı
ikitәrәfli danışıqlarda әldә edilmiş nailiyyәtlәri qiymәtlәndirdilәr. Hazırda
Azәrbaycan 13 dövlәtlә danışıqlar aparır.
Şәkil 2. Avropa Yenidәnqurma vә İnkişaf Bankının Azәrbaycan üçün keçid
göstәricilәri
Mәnbә: 2012-ci il üçün Keçid Hesabatı
Qalan sektorun keçid problemlәrinin әtraflı qiymәtlәndirilmәsi üçün Әlavә 2-yә bax.
2.4. Biznes mühiti
Azәrbaycan Şәrqi Avropa vә Qafqaz regionu ölkәlәri ilә müqayisәdә biznes mühitinә
görә yüksәk pillәdә qәrar tutur. Dünya Bankının biznes hesabatında Azәrbaycanın
göstәricisi son üç ildir ki, çox az dәyişmişdir. Dünya Bankının 2013-cü il üzrә biznes
hesabatında Azәrbaycan Moldova vә Ukraynanı qabaqlayaraq, eyni zamanda Belarus
vә Qafqaz regionundakı qonşu dövlәtlәrdәn geridә qalaraq 185 ölkә arasında 67-ci
yerdә qәrarlaşmışdır. Biznes fәaliyyәtinә başlanılması vә әmlakın qeydiyyata alınması
(bunun üçün sadәcә 4 prosedur vә 11 gün tәlәb edilir, orta hesabla әmlakın 0,5 %-i
dәyәrindәdir) çox әlverişli hesab edilir. Lakin, ölkә sәrhәdlәrindәn kәnarda ticarәtlә
mәşğul olmaq, elektrik enerjisi tәchizatı vә tikinti üçün icazә almaq (28 proseduru
әhatә edir vә bunun üçün 212 gün tәlәb olunur) kimi mәsәlәlәr ciddi narahatlıq
doğurur. Keçәn il vergilәrin ödәnilmәsinin asanlaşdırılması vә müflislәşmәnin aradan
qaldırılması istiqamәtindә orta sәviyyәli inkişafa nail olunmuşdur.
Orqanlar hüquqi sistemini güclәndirmәk vә korrupsiyanı azaltmaq üçün islahatlara
başlamış, o cümlәdәn anti-korrupsiya komitәsini güclәndirmiş vә anti-korrupsiya
kampaniyasına başlamışdır. Bu, Korrupsiyaya qarşı Milli Planın tәtbiqinә dair
prezidentin fәrmanının tәsdiqi, ictimai xidmәtin çatdırılması vә yeni Şәhәr Tikintisi
Mәcәllәsinin tәtbiqi ilә mәşğul olan “vahid pәncәrә” Vәtәndaşlara xidmәt vә sosial
Sektorlar üzrә keçid qiymәti
Korporativ
Mİ
Enerji
İnfrastruktur
Aqrobiznes
Ümumi s
әnaye
Da
şı
nmaz
әmlak
Telekommunikasiya
Güc
T
әbii s
әrv
әtl
әr
Davaml
ı enerji
D
әmir yollar
ı
Yollar
Şә
h
әr n
әqliyyat
ı
Su
Bankç
ıl
ıq
SDMX
Ka
p
ital bazarlar
ı
DN
MKOM ma
li
yy
әl
әş
di
ri
lm
әsi
15
innovasiyalar (ASAN) üzrә Dövlәt Agentliyinin tәşkili ilә nәticәlәndi. Bütün bu
fәrmanlar idarәçiliyi vә tәşkilati çәrçivәni tәkmillәşdirmәk mәqsәdi güdürdü. Buna
әlavә olaraq, son illәrdә ölkәnin müxtәlif yerlәrindә korrupsiya halında vәtәndaşlara
öz hüquqlarını qorumağa yardım edәn bir sıra ofislәr açılmışdır vә hökumәt yerli anti-
korrupsiya QHT-lәr vasitәsilә mülki cәmiyyәt qrupları ilә dialoqlara daxil oldu.
Bu tәdbirlәrә baxmayaraq, hakimiyyәt nümayәndәlәri tәrәfindәn dә qәbul edildiyi
kimi korrupsiya Azәrbaycanda ciddi problem olaraq qalır. Korrupsiyanı aradan
qaldırmağa yönәlmiş son cәhdlәr bәzi tәsirә malik olsa da - 2013-cü ildә
“Transperancy International” tәşkilatının son Korrupsiyanı Qavrama İndeksindә
Azәrbaycan 12 pillә yuxarı qalxmışdır - ölkә hәlә dә 177 ölkә arasında 127-ci
yerdәdir. “Transperancy International” tәşkilatının 2013-cü il iyul hesabatında
bildirilir ki, son dövrlәrdә aparılan islahatlar bir çox sahәlәrdә vәtәndaşların
korrupsiya qavramasında әsaslı azalmalara sәbәb olmuşdur, lakin anti-korrupsiya
islahatlarının effektivlәşdirilmәsi üçün böyük vaxt tәlәb edilir.
Azәrbaycan Dünya İqtisadi Forumunun 2013-cü ilin sentyabrında dәrc etdiyi 2013-
2014-cü il üzrә Qlobal Rәqabәtlilik İndeksindә ötәn ilә nisbәtәn 9 pillә irәlilәyәrәk
148 ölkә arasında 39-cu yerdә qәrarlaşmışdır. Azәrbaycan xüsusilә “makroiqtisadi
mühit” sahәlәrindә yaxşı nәticәlәr göstәrmiş vә “texnoloji hazırlıq” vә “maliyyә
bazarının inkişafı” sahәlәrindә güclü irәlilәyiş qeyd etmişdir. AYİB/Dünya Bankının
2009-cu il üzrә Biznes Mühiti vә Müәssisәlәrin İcra Göstәricisi üzrә Tәdqiqatında
korrupsiya vә qeyri-rәsmi sektor tәcrübәlәri dә daxil olmaqla maliyyәyә çıxış vә
yüksәk vergi dәrәcәlәri biznesin hәyat keçirilmәsi istiqamәtindә әsas maneә kimi
nәzәrdәn keçirilmişdir.
2.5. Sosial kontekst
Son on il әrzindә Azәrbaycanın sürәtli iqtisadi inkişafı bütün gәlir qruplarının
yüksәldilmәsi vә yoxsulluğun hәddinin 2001-ci ildәki 49,6% sәviyyәsindәn 2012-ci
ildә 6% sәviyyәsinәdәk әhәmiyyәtli dәrәcәdә azaldılması ilә hәrtәrәfli xarakter
daşımışdır. 1999-cu ildә 12,7% sәviyyәsindә olan rәsmi işsizlik 2012-ci ildә 5 %-ә
düşmüş vә bu azalma meyli hәtta iqtisadi böhran dövründә dә davam etmişdir. 2001-
2008-ci illәrdә әmәk haqqı orta hesabla real olaraq illik 13% artmışdır. Әhalinin
yoxsul tәbәqәsinә aid olan yüksәk işçi qüvvәsinin bu prosesdә iştirakı bu artımın
әhalinin güzәranına әhәmiyyәtli tәsiri ilә nәticәlәnmişdir. Beynәlxalq Әmәk
Tәşkilatının “İş Dünyası 2013” hesabatına әsasәn, aşağı әmәk haqqı alanların, yәni
gәlirlәri gündәlik 4 ABŞ dolları ilә 10 ABŞ dolları tәşkil edәnlәrin payı 2000-ci ildәn
etibarәn artaraq 2012-ci ildә әhalinin 60 %-ni tәşkil edir. Yoxsulluğun aradan
qaldırılmasında әsas faktorlardan biri dә sosial transferlәrdir ki, bu proses hәyata
keçirilmәsә yoxsulluğun hәddi 25% sәviyyәsindә olardı. 2010-cu ildә Azәrbaycanda
63,2% ailә әn azı sosial transferlәrin bir növünü alıb, dövlәt pensiyaları yoxsulluğun
azaldılmasında әn effektiv mexanizmdir. “Keçid dövründә hәyat - 2011” hesabatında
bildirilir ki, iqtisadi inkişaf vә hәyat standartlarının yüksәldilmәsi ilә Azәrbaycanda
hәyatdan mәmnunluq sәviyyәsi dә artıb.
Lakin regionda keçid dövrünü yaşayan digәr ölkәlәrdә dә olduğu kimi iqtisadi inkişaf
aşağı mәşğulluq sәviyyәsi ilә müşahidә olunmuşdur. Hazırda
Azәrbaycanda ÜDM
artımının 20 %-i mәşğulluğun artması, qalanı isә mәhsuldarlıqdan әldә olunan
nailiyyәtlәr hesabına formalaşmışdır. Bunun xüsusilә dә gәnc nәsil üzәrindә böyük