12
Hakimiyyәt Strukturlarının British Petroleum (BP) tәrәfindәn tәsdiqlәnәn
bәyanatlarında bildirilir ki, bәzi müşahidәçilәrin neft hasilatının tarixi pik hәddinә
çata bilәcәyi vә azalmaqda davam edәcәyi ilә bağlı fikirlәr sәslәndirmәsinә
baxmayaraq neft sektorunun 2013-14-cü illәrdә bir qәdәr dirçәlәcәyi gözlәnilir. Qaz
istehsalının növbәti Strategiya mәrhәlәsindә әhәmiyyәtli dәrәcәdә artacağı
proqnozlaşdırılır ki, bu da neft istehsalının azalmasının tәsirini qismәn azaldacaq.
Genişlәnәn maliyyә vә pul-kredit siyasәtlәri ilә dәstәklәnәn qeyri-neft sektoru
iqtisadiyyatı orta-müddәtli iqtisadiyyata çevirmәyә davam edәcәk.
İnflyasiya son illәrdә azalaraq 2012-ci ildә 1.1% tәşkil etmişdir ki, bu da әsasәn
әlverişli baza effektlәri vә beynәlxalq әrzaq qiymәtlәrinin aşağı olması ilә әlaqәdardır.
İnflyasiya ötәn ilin sentyabr ayından (-0.7%) cari 2012-ci ilin may ayında 2,5 %-ә
çatmışdır. Aşağı inflyasiyaya cavab olaraq ötәn il Azәrbaycan Mәrkәzi Bankı (AMB)
pul siyasәtini asanlaşdırmış, lakin inflyasiya risklәrinin meydana gәlәcәyi tәqdirdә bu
siyasәti sәrtlәşdirmәyә hazır olduğunu bildirmişdir.
AMB 2011-ci ilin әvvәlindә valyuta sәbәtini hәdәflәmә siyasәtindәn imtina etdikdәn
sonra dollar qarşısında manatın sabit valyuta mәzәnnәsi siyasәtini qoruyub saxlamaq
siyasәtini davam etdirir. Nominal olaraq manat 2011-ci ildәn bәri ABŞ dolları
qarşısında yalnız 1,6% dәyәrlәndirmiş, onun ticarәtlә ölçülmüş real effektiv
mәzәnnәsi eyni müddәt әrzindә 4,5% dәyәrindә qiymәtlәndirilmişdir.
Kredit artımı dayanıqlı olmaqla 2012-ci ildә vә 2013-cü ilin әvvәlindә 20% dәyәrindә
olmuşdur. Mәrkәzi Banka әsasәn bankçılıq sektorunda kredit portfelinin keyfiyyәti
qismәn artmış, problemli kredit 2012-ci ilin aprel ayında 6,9 %-dәn 2013-cü ilin aprel
ayında 5,6 %-ә düşmüşdür. Buna baxmayaraq, rәsmi problemli kredit sayları aşağı
olsa da, son vaxtlarda verilmiş kreditlәrdәn sonra rәqәmlәr lazımınca
qiymәtlәndirilmәyib.
Qeyri-neft maliyyә defisiti çox yüksәk olmaqla 2011-ci ildә qeyri-neft ÜDM-nin 41
%-dәn 2012-ci ildә 45 %-ә qalxmışdır. Bu il büdcәdә iri miqyaslı investisiya proqramı
nәzәrdә tutulduğu üçün qeyri-neft defisitinin daha da artacağı nәzәrdә tutulur. Buna
baxmayaraq, ictimai sektorun balans hesabatı iri neft fondunun 35 milyard ABŞ
dollarlıq (ÜDM-nin 50 %-i) dәstәyi vә xarici borcun aşağı sәviyyәdә olması ilә güclü
olaraq qalır.
Cari hesab profisiti hazırda yüksәk olmasına baxmayaraq aşağı sәviyyәli neft vә qaz
ixracatı ilә 2011-ci ildә ÜDM-nin 26 %-dәn 2012-ci ildә 22 %-ә düşmüşdür. Eyni
zamanda qeyri-neft sektorunun cari hesab defisiti ÜDM-nin 20 %-dәn 18 %-ә
enmişdir. Cari hesab balansının pislәşmәsi gözlәnilsә dә neftin qiymәtinin yüksәk
olması ilә növbәti bir neçә ildә profisitә malik olacaq vә bununla da növbәti strategiya
mәrhәlәsindә Azәrbaycanın xarici mövqeyinin әlverişli olmasına dair tәminat
yaranmış olacaq.
Seçilmiş İqtisadi Göstәricilәrlә verilmiş cәdvәl üçün Әlavә 6-ya bax.
2.3. Struktur islahat konteksti
Azәrbaycanın struktur islahatlarda müәyyәn inkişafa nail olmuşdur. Hökumәt biznes
müәssisәlәrinin vergi xәrclәrinin azaldılması vә vergi toplama hәddinin artırılması
13
mәqsәdilә vergi idarәçiliyindә bir sıra irәlilәyişlәr etmişdir. 2012-ci ilin yanvar ayında
qüvvәyә minәn yeni Gömrük Mәcәllәsi müvafiq qaydaları (o cümlәdәn, istehsal
ölkәsinin tәsdiqlәnmәsi, qiymәtlәndirmә metodları, gömrük idarәetmәsindә vahid
pәncәrә sistemi, gömrük auditi vә mallar üzrә mәlumatların elektron şәkildә gömrük
orqanlarına tәqdim olunması) beynәlxalq standartlara uyğunlaşdırması gözlәnilәn
müxtәlif sahәlәrdә güclәndirilmiş müddәaları әhatә edir. Buna baxmayaraq, islahatlar
prosesi hәlә dә geniş yayılan korrupsiyaya mәhdud şәkildә tәsir edir (aşağıda bax) vә
güclәndirilmәlidir. Hökumәt hәmçinin infrastrukturu inkişaf etdirmәyi vә
karbohidrogen ixracatı marşrutlarının diversifikasiyasını davam etdirir. Mәrkәzi Bank
maliyyә sisteminin güclәndirilmәsi üçün müvafiq addımlar atıb. Kreditin әldә
olunması maliyyә institutlarının dövlәt kredit reyestrinә informasiya ötürmәk vә
ondan informasiya әldә etmәyә imkan verәn onlayn platforma ilә hәyata keçirilmişdir.
Azәrbaycanı Rusiya vә İranla birlәşdirәn Şimal-Cәnub dәmiryolu dәhlizi, elәcә dә
ölkәnin әsas Şәrq-Qәrb dәmiryolu dәhlizi Dünya Bankı vә digәr BMİ-lәrin
dәstәyi ilә
inkişaf etdirilmәkdәdir. Bu yaxınlarda Xәzәr dәnizi regionunda Bakı yaxınlığında
yeni әn böyük beynәlxalq dәniz limanının inşasına başlanmışdır. Bu liman ölkәnin
Avropa vә Asiya arasında ticarәt bağlantısı rolunun güclәndirilmәsinә yardım
edәcәkdir.
2013-cü ilin iyun ayında Şahdәniz konsorsiumu Avropaya ixrac marşrutu potensialı
kimi TAP boru kәmәrini seçmişdir. Eyni zamanda, Azәrbaycan Türkiyә ilә Avropa vә
Türkiyәyә qaz ötürәcәk TANAP qaz boru kәmәrinin inşasına dair hökumәtlәrarası
razılaşmaya imza atmışdır. 2013-cü ilin dekabr ayında Azәrbaycan gәlәcәkdә
Albaniyaya, Xorvatiyaya vә Monteneqroya ixrac edilmәsi barәdә anlaşma
memorandumu imzalamışdır. Yeni marşrut Azәrbaycanın ixrac marşrutlarını
beynәlxalq bazarlara vә Avropanın enerji idxallarına çıxışını tәmin etmәlidir.
Azәrbaycanın Mәrkәzi Bankı (AMB) nizamlayıcı çәrçivәni tәkmillәşdirmә prosesini
davam etdirmәkdәdir vә inflyasiya hәdәfi üzrә analitik güc yaratmağa başlamışdır.
2012-ci ilin iyul ayında Mәrkәzi Bank fәaliyyәtdә olan bankların mәcmu kapitalını,
hәmçinin, yeni fәaliyyәtә başlayan banklar üçün nizamnamә kapitalını 50 milyon
AZN-ә qәdәr artırdı. Mәcmu kapitalın minimum miqdarı üzrә yeni normativ 1 yanvar
2014-cü ildәn qüvvәyә minәcәk. Yeni normativlәrin tәtbiqi Azәrbaycan banklarının
kapital mövqeyinin möhkәmlәndirilmәsinә dәstәk verәcәk Mәrkәzi Bank, nominal
“lövbәr” kimi mübadilә kursunu hәdәflәmәsinә baxmayaraq, müәyyәn zaman әrzindә
inflyasiyanın illik sәviyyәsinin müәyyәnlәşdirilmәsi siyasәtinin aparılması
qabiliyyәtinin vә analitik tәcrübәlәrin artırılmasını davam etdirmişdir.
Azәrbaycan Beynәlxalq Bankının yenidәn qurulması istiqamәtindә kiçik nailiyyәtlәr
әldә olunmuşdur. 2012-ci ilin fevral ayında, auditdәn
sonra hökumәt Azәrbaycan
Beynәlxalq Bankına (ABB) yeni kapital ayırdı vә Mәrkәzi Bank likvidliyi tәmin etdi.
Özәllәşdirmә prosesinin hәyata keçirilmәsinә başlandığı vaxtdan indiyә qәdәr kiçik
faktiki nailiyyәtlәrin әldә olunmasına baxmayaraq, şirkәtlәrin beynәlxalq
konsorsiumu 2011-ci ilin ortalarından etibarәn ABB-nin özәllәşdirilmәsi
istiqamәtindә әmlak mәsәlәlәri dövlәt komitәsinә tövsiyәlәr verir.
ÜTT-ә üzv qәbul olunmaq istiqamәtindә danışıqlar davam edir. Azәrbaycan regionda
ÜTT-ә üzv olmayan yeganә dövlәtdir. 2013-cü ilin iyun ayında
işçi qrupun
Azәrbaycanın tәşkilata üzv olması üzrә 11-ci iclasında üzvlәr Azәrbaycanda aparılan