Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
35
diqqətimizi  cəlb  edir,  Təcr
übəli  natiqlər  çıxışlarında  məntiqi  ardıcıllığa  üstünlük  verir  və  dinləyicilərdə 
m
övzuya güclü maraq oyadırlar. 
Fərdi 
üslub haqqında mülahizələrini oxucularla bölüşən mərhum professor A.Abdullayev yazır: 
«Nitqini təkmilləşdirmək istəyən hər adam oz qarş
ısında üç vəzifə qoymalıdır: 
1. Nitqimin g
üclü və üstün tərəfləri hansılardır? Bunu aydınlaşdırmalı. 
2. Nitqimin n
öqsanları nədən ibarətdir? 
3. Hans
ı yollarla birincini qüvvətləndirmək və ikincini zəiflətmək olar? 
Nitqlərin əksəriyyəti  məntiqi  n
övə aid olduğundan  və  başqa nitqlərdə də mövzunun məntiqi  cəhətdən 
ayd
ınlaşdırılması böyük rol oynadığından, şifahi nitqin bu cəhəti üzərində bir qədər dayanmaq lazımdır. 
Fikrimizcə, həmin məsələnin b
öyük əhəmiyyətini nəzərə alaraq, ali təhsil ocaqlarında olduğu kimi, orta 
məktəbin  yuxar
ı  siniflərində,  pedaqoji  məktəblərdə  də  «Nitq  mədəniyyəti  və  üslubiyyat»  fənni  üzrə  xüsusi 
kurs yaratmaq laz
ımdır». 
kinci  prinsipi  əsas  tutan  natiqlər  əsasən  m
üəllimlərdir.  Xüsusilə  dil-ədəbiyyat  müəllimləri  nitqlərində 
obrazl
ılığa, emosionallığa daha çox fikir verirlər. 
Fərdi 
üslub  natiqin  danışıq  tərzini,  dil  qabiliyyətini,  sözə  yanaşmasını,  ifadə  vasitəsini,  şəxsi 
m
ühakiməsini,  mülahizəsini  əks  etdirir.  Fərdi  üslub  yazılan  məqalələrin,  kitabların,  elmi  işlərin,  bədii 
əsərlərin orijinall
ığını təmin edir, onların bir-birindən fərqli xüsusiyyətlərini oxucuya çatdırır. 
Natiq nitqində 
öz üslubi imkanlarını nümayiş etdirir. Fərdi üslub olmasa, natiqlərin, yazıçıların, alimlər 
və 
ümumiyyətlə elmin bütün sahələrində fəaliyyət göstərən ziyalıların fikri bir-birinə qarışar, elmdə bir hərc-
mərclik yaranar. Fərdi 
üslub insanların öz dili, elmi, dünyagörüşü, fikri, zəkası, ağlı, müşahidəsi və mülahizəsi 
ilə s
ıx bağlıdır. 
Natiq  əməyinin  əsas  mərhələlərindən  biri  də  onun 
çıxış  edəcəyi  auditoriya  ilə  yaxından  tanış  olması, 
onlarla  əlaqə  saxlamas
ıdır.  Natiq  heç  vaxt  təcrübəsinə  və  biliyinə  arxalanmamalıdır.  mkanı  olan  kimi 
m
ütaliə  ilə  məşğul  olmalıdır.  Natiq  nitqə  hazırlaşarkən  müşahidə  apardığı  mövzu  əsasında  (yazıya 
k
öcürülməmiş)  özlüyündə  təhlillər  aparmalı,  fikirləri  dəfələrlə  nəzərdən  keçirməli,  plan  tərtib  etməli,  mətn 
üzərində redaktə aparmalı, sonra auditoriyaya daxil olmalıdır. 


 
36
Natiq əməyinin əsas mərhələlərindən biri də budur ki, o, auditoriya qarş
ısına çıxmamış dəfələrlə mətn 
üzərində redaktə işi aparmalıdır. Bu, əsasən, gənc natiqlərə aiddir. Bəzən gənc natiqlər nitqi hazırlayarkən 
tələsir,  s
özlərin  mənasına  fikir  vermir,  ya  da  buraxdıqları  səhvi  düzəltməyə  çalışırlar.  Xalq  şairi  Süleyman 
R
üstəmə istinad edən M.Əsgərov yazır: «Səmədağa Ağamalı oğlu Azərbaycan Mərkəzi  craiyyə Komitəsinin 
sədri  vəzifəsində 
çalışarkən,  yanına  gələn  gənclərə  belə  tövsiyələr  verirdi.  «Sözlərimi  cavan  yazanlara 
çatdırarsan.  Cavanlar  bizim  gələcəyimizdir,  ümidimizdir,  çalışın  həmişə  xalq  içində  olun,  onun  istədiyini 
yaz
ın,  elə  yaxşı  yazıçılarımız  var  ki,  əsərlərini  oxuyub  heyfslənirsən  ki,  niyə  elin  başa  düşəcəyi  ana  dilində 
yazm
ırlar. Biz nə farsıq, nə ərəb, özümüzün təmiz, gözəl ana dilimiz var. Ruhulla (Ruhulla Axundov nəzərdə 
tutulur  -  A.R.)  dilimizin  safl
ığı  üçün  böyük  əmək  sərf  etmişdir.  Dilimizi  ərəb,  fars,  osmanlı  sözlərindən 
təmizləmək  uğrunda  əlindən  gələni  əsirgəməmişdir.  Yad
ımdadır,  fəhlə  klubunda  ilk  gənclik  şeirlərimdən 
birini oxudum. Salondak
ılar məni yaxşı qarşıladı. Şerin son beyti belə idi: 
 
Sars
ıtmaz varlığını quduz tufan, qasırğa,  
Annə, bu s
özlər olsun qulaqlarımda sırğa. 
 
Bu dəmdə Ruhulla ayağa qalx
ıb gülə-gülə mənə dedi:  
-  Bu  da  bizim 
ümid  bəslədiyimiz  proletar  şairimiz.  Sözə  bax,  annə,  qasırğamı  yapiyorsan,  balam  - 
anam
ıza, «annə» yox, öz dilimizdə ana desək, qiyamət qopar?... Bax, bu axırıncı olsun. 
Salondak
ılar  Ruhullanın  bu  sözlərini  alqışladı.  Mən  pərtlikdən  qızardım.  Sonralar  Ruhulla  hər  məni 
g
örəndə gülə-gülə soruşardı: 
- Daha qas
ırğa yapmiyorsan ki?. 
Beləliklə,  inqilab
ın  yüksəliş  illərində,  Azərbaycanda  sovet  hakimiyyətinin  qələbəsi  naminə  aparılan 
m
übarizələr mərhələsində və bu qələbənin ilk dövrlərində inqilabçı nəsil natiqlik sənəti və məharəti sahəsində 
b
öyük təcrübə əldə edir». 
Deməli, natiqlik sənətində hər bir s
özün işlənmə yeri, məqamı gözlənilməlidir. Məhz, belə olduqda natiq 
geniş xalq k
ütləsinin ürəyinə yol tapır, xalqın sevimlisinə çevrilir. 


 
37
S
öylənilən nitqin təsir qüvvəsini, mənasını dinləyicilərə daha yaxşı çatdırmaq üçün natiqin davranışı da 
az rol oynam
ır. Natiq nitqini şərh edərkən özünü elə aparmalıdır ki, onun sözü ilə əməli düz gəlsin. Yersiz 
öskürmələr, boğaz arıtlamaq, məncə, doğrudan, belə ki, deməli, filan, nəhayət və s. sözlərdən tez-tez istifadə 
etmək  onun  s
öz  ehtiyatının  zəifliyindən  xəbər  verir.  Hətta  bəzi  natiqlər  nitqi  şərh  edən  zaman  gözlərini 
kağ
ızdan çəkə bilmir, bu da öz növbəsində nitqin təsir qüvvəsini nəinki azaldır, bəlkə də anlaşılmaz bir söz 
y
ığnağına çevirir. Natiqin ən yüksək mədəniyyəti odur ki, o, həm özünə, həm də qarşıdakı dinləyicilərə böyük 
h
örmət göstərib nitqi başa düşdüyü şəkildə, öz sözləri ilə sadə, aydın, düzgün şəkildə şərh etsin. Belə olduqda, 
dinləyicilərlə 
öz arasında möhkəm bir əlaqə, bir növ, körpü yaradan natiq auditoriyanı ələ alır və istədiyinə 
nail olur. M
övzunun ideyasını dinləyicilərə təlqin edir. 
Natiqin  mədəniyyəti  onun  nitqi  ilə 
ölçülür.  Hər  bir  natiq  nitqi  hazırlayıb  şərh  edərkən  öz  xarakterini 
yaz
ıya köçürür. Hətta, bəzən əsəbi adamların nitqində hövsələsizlik, tələskənlik özünü biruzə verir. Odur ki, 
natiq nitq s
öylərkən nitqə verilən tələblərdən səmərəli istifadə etməyi bacarmalıdır. 
Natiqlikdə  əsas  amillərdən  biri  də  dan
ışanın  səsidir.  Natiq  səs  tembrindən  düzgün  istifadə  etməyi 
bacarmal
ıdır.    Bəzi  natiqlər  nitq  söylərkən  ucadan  danışmağı  üstün  tutur.  Nəticədə  nitqin  sonuna  qədər 
boğazlar
ı quruyur, onları tər basır, həm özlərini, həm də dinləyiciləri yorub əldən salırlar. Bu, danışanın ən 
uğursuz cəhətidir. Natiq 
öz məharətini, yüksək mədəniyyətini məhz, səsi vasitəsi ilə bildirməlidir. Bəzən də 
əksinə, b
öyük auditoriya qarşısında çıxış edən natiq aşağı tonda danışır. Bu dinləyicilərin zövqlərini oxşamır. 
Yəni,  auditoriyan
ın  qabaqda  oturan  dinləyiciləri  nitqi  eşidir,  arxadakılar  isə  yalnız  nitqin  nə  vaxt 
qurtaracağ
ını gözləyirlər. Natiq elə etməlidir ki, səsi bütün auditoriyanı təmin etsin, səsinin     ahəngdarlığı, 
musiqililiyi, g
özəlliyi səslənməsi dinləyiciləri valeh etsin. Yeri gəldikcə səsin tonunu yüksəltməli, aşağı tondan 
məharətlə istifadə olunmal
ıdır. Natiq səsinin tonuna uyğun olaraq mimikasını, duruşunu da nizamlamalıdır. 
Bu əlamətlər natiqin əldə etdiyi m
üvəffəqiyyətlərdəndir.  
Natiqin  xarici  g
örkəmi  də  diqqətəlayiq  olmalıdır.  Natiq  görkəmi  ilə,  səliqəsi,  mədəni  səviyyəsi  ilə 
dinləyicinin  diqqətini  cəlb  etməlidir. 
Çünki  dinləyicilər  natiqlə  əlaqə  yaratmamış  onun  xarici  görkəmi  ilə 
m
üəyyən  təsəvvür  əldə  etməyə  nail  olur.  Əgər  natiq  təsəvvürü  (nitq  başlanmamış)  müsbət  mənada 
doğruldursa, yəni g
özəl davranışı ilə diqqəti cəlb edirsə, şübhəsiz ki, ilk anlarda auditoriya ilə ünsiyyət yarada 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə