Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

 
38
biləcəkdir. Belə halda dinləyicilərin natiqi sakitliklə dinləməsi,   nitqə maraqla qulaq asmalar
ı imkan yaradır 
ki, natiq b
ütün ustalığını, bacarığını və təcrübəsini nümayiş etdirsin. Natiq xarici görkəmini elə etməlidir ki, 
o, dinləyicilərdə g
ülüş doğurmasın. Məsələn, həddindən artıq bər-bəzəyə meyl eləmək, əlini başına çəkmək, 
üzünə  sığal  çəkmək,  burnunu  çəkmək,  tez-tez    öskürmə  və  s.  natiqə  yad  olmalıdır.  Bəzən  üzdən  kobud 
g
örünən,  simaları  xoş  təsir      bağışlamayan  natiqlərlə  də  rastlaşırıq.  Dinləyicilərdə  ilk  baxışda  mənfi 
emosiyalar  yaradan  belə  natiqlər 
çox  zaman  sənətinin  ustası  kimi  yüksək  səviyyəli  çıxış  edir  və  onun 
haqq
ında  olan  mənfi  təəssüratları  alt-üst  edir.  O,  nitqin  sonunda  dinləyicilərin  hüsn-rəğbətini  qazanır. 
Deməli, dərin d
üşüncə, ağıl, kamal, gözəl dil qabiliyyəti insanı gözəlləşdirir, mədəniyyətini, səviyyəsini artırır 
və onu insanlar
ın sevimlisinə çevirir. 
Bəzi  natiqlər  isə  rəsmi  olmağ
ı  daha  üstün  tuturlar.  Onlar  nitqi  şərh  edərkən  ciddi  olmağa  meyl 
g
östərirlər. Tutaq ki, nitqin mövzusu M.F.Axundovun «Hacı Qara» komediyasıdır. Bu zaman natiq odla su 
aras
ında qalır. Gülüş,  yoxsa  ciddiyyət.  Hansını  qəbul  etsin.  Hökmən  gülüşü.  Çünki  gülüş  olan  yerdə  rəsmi 
dan
ışmaq  yersizdir.  Natiq  bunu  yadda  saxlamalıdır  ki,  onun  ən  böyük  qələbəsi  auditoriya  ilə  xoş  əhval-
ruhiyyə yaratmaqd
ır. 
Bəzən  gənc  natiqlər  nitq  zaman
ı  özlərini  aparmaq  qaydasını  tamam  unudur.  Sanki  dinləyicilərdən 
utan
ır,  sıxılır,  həyəcanlanır,  deməyə  söz  tapmırlar.  Belə  olan  təqdirdə  natiq  gözlərini  bir  nöqtəyə  zilləyib 
dinləyicilərə  məhəl  qoymadan  dan
ışır.  Dinləyicilərlə  əlaqə  yaratmaq,  onlarda  maraq  oyatmaq  natiqin  heç 
ağl
ına belə gəlmir. Belə nitqdə səs tembri, sürət avtomatik olaraq pozulur. Nitqini tez qurtarıb auditoriyanı 
tərk  etməyə 
çalışan  natiq  müvəffəqiyyətin  ləzzətini  dadmağı  qarşısına  məqsəd  kimi  qoymur.  Belə  natiqlər 
auditoriyan
ı diqqət mərkəzində saxlaya bilmir, dinləyicilərə nəzarət kənarda qalır. 
Belə natiqlər nitq s
öyləyərkən dinləyiciləri ozünə tərəfmüqabil edə bilmir. Ona görə də dinləyiciləri özünə 
cəlb edə bilmir. 
Natiqin davran
ış qaydaları sırasına daxil olan məsələlərdən biri də nitq söyləyəcəyi yerlə ilk tanışlığıdır. 
Yəni  natiq  harada 
çıxış  edəcəyi  yeri  əvvəlcədən  müəyyən  etməlidir.  Hətta  imkan  varsa,  lap  auditoriyaya 
getməli  və  oradak
ı  şəraitlə  tanış  olmalıdır.  Zalda  və  ya  auditoriyada  nə  qədər  dinləyici  iştirak  edəcək? 
Audtoriyan
ın həcmi nə qədərdir? Auditoriyada mikrofon var, ya yox? Natiq üçün harada yer ayrılıb (öndə, 


 
39
ortada, yoxsa zal
ın qıraq hissəsində)? Bütün bunları natiq nəzərdən keçirəndən sonra şəraitə uyğun şəkildə 
hərəkət  etməlidir.  Nitqini  şərh  edərkən  imkan  varsa,  əyani  vəsaitdən,  şəkillərdən, 
çertyojlardan  istifadə 
etməlidir. hətta, mikrofonun sazl
ığını da yoxlamağı natiq yaddan çıxarmamalıdır. 
Bəzən  elə  olur  ki,  hər  hans
ı  bir  yığıncaqla,  yubileylə,  hadisə  ilə  əlaqədar  natiq  aşağıda,  zalda  oturur. 
Y
ığıncağı  başqa  bir  rəhbər  vəzifəli  şəxs  aparır.  Sonra  sözü  natiqə  verir.  Bu  vaxt  natiq  zalın  axırında 
oturmamal
ıdır.  mkan  daxilində  tribunaya  yaxın  bir  yerdə  əyləşməlidir.  Ona  söz  verilərkən  dinləyicilərin 
fikrinin  yay
ınmaması  üçün  vaxtında  tribunaya  çıxmalı  və  aramla  nitqə  başlamalıdır.  Sonra  isə  nitq 
prosesində  s
ürəti  nizama  salmalı,  konspekti  və  ya  nitqin  yazılı  formasını  səliqə  ilə  tribunada  yerbəyer 
etməlidir.  Yoxsa,  nitqi  başlamam
ış  ciblərini  axtarmaq,  gözlük  çıxarmaq,  qalstuk  düzəltmək,  alnının  tərini 
silmək, dərindən bir ah 
çəkmək, sonra isə nitqə başlamaq nitq mədəniyyətinin tələblərinə və natiqin davranış 
qaydalar
ına zidd hərəkət kimi qiymətləndirilməlidir. 
Natiq  tribunada 
özünə  ciddi  bir  yer  tutmayınca  nitqə  başlamamalıdır.  Sonra  nitqini  saxlayıb  özünə 
m
ünasib  yer  axtarmağa  məcbur  olacaq.  Məsələn,  işığın  düşmə  səmtini,  xitabət  kürsüsünün  lazımi  yerində 
konspektini yerləşdirməyi, əgər vaxtla 
çıxış edirsə, saatını səliqə ilə qoyub sonrakı mərhələyə başlamalıdır. 
Natiq nitqini şərh edərkən tribunaya s
öykənməməlidir. Bəzi natiqlər iki əli ilə tribunadan yapışıb nitqini şərh 
edir. Bunu bəzi natiqlər bilərəkdən, bəziləri isə bilmədən edir. Bəzi natiqlər isə tərtib etdiyi konspekti, plan
ı 
dinləyicilərdən gizlətməyə 
çalışır. Lakin natiq başa düşmür ki, onun bu hərəkəti auditoriya ilə onun arasında 
bir  sədd yarad
ır.  Əksinə, natiq konspektdən və  ya  tərtib  etdiyi  plandan  açıq  şəkildə  istifadə  etsə, bu  daha 
məqsədəuyğun olar. Belə olan halda natiq 
çıxış edərkən daha sərbəst hərəkət edər. Təcrübə və araşdırmalar 
s
übut  edir  ki,  öz  işinin  mahir  ustası  olan  natiqlər  çıxış  edərkən  ara-bir  tribunanı  tərk  edir,  auditoriyanın 
aras
ında  durub  nitqlərini  davam  etdirirlər.  Sonra  isə  tədricən,  yavaş  -  yavaş  yerinə  qayıdır  və  nitqini  şərh 
edirlər. Bəzən m
ütəxəssislər bunu natiqə nöqsan tutur. Lakin onu yaddan çıxarırlar ki, natiqin bu priyomu 
audtoriyan
ı  ələ  almaq,  onlarla  əlaqə  yaratmaq,  bir  növ  onları  söhbətə  cəlb  etmək  naminədir.  Bu,  adətən, 
b
öyük auditoriyalarda daha çox müşahidə olunur. Bu zaman natiq auditoriyanın hansı tərəfində daha çox 
narahatl
ıq varsa, o hissəni nəzarət altına alır. Dinləyicilərin diqqətini nitqə cəlb etməyənə qədər həmin yeri 
tərk etmir. Bu hal, əsasən, təcr
übəsiz müəllimlərlə tələbələr arasında daha çox müşahidə olunur. Təcrübəsiz 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə