Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

 
64
 
Roma  natiqlik  məktəbinin  yaranmas
ında  əsas  amilləri  Yunanıstanın  zəifləməsi  və  yüksək  təbəqənin 
ondan 
üz döndərməsi oldu. Romanın güclü inkişafı, Yunanıstanı öz əyalətinə çevirməsi natiqlik məktəbinin 
yaranmas
ına  gətirib  çıxardı.  Roma  natiqlik  məktəbi  yunan  natiqlik  məktəbinə  nisbətən  daha  azad  və 
demokratik  idi.  Əgər  Yunan
ıstanda  yalnız  qullar  nitq  söyləyib  özünü  müdafiə  edirdisə,  Romada  hər  bir 
vətəndaş  bu  h
üquqa  malik  idi.  Lakin  buna  baxmayaraq,  nitqin  priyomları,  məktəblərdə  tədris,  yunan 
ritorlar
ının  əsərləri  bir  mənbə  kimi  Roma  natiqlərinə  öz  təsirini  göstərirdi.  Bu  dövrdə  Romada  Katon, 
Antoni Mark, Qay Qrakx , Tiberi Qrakx və başqa natiqlər yetişmişdi. Tədqiqat
çılar bu natiqlərin əsərlərini 
araşd
ırarkən  bəlli  olub  ki,  bəzi  natiqlərin  əsərləri  tam  şəkildə,  bəzisinin  isə  yaradıcılığından  kiçik,  cüzi  bir 
hissə miras qalm
ışdır. Roma natiqlik sənətinin ən görkəmli nümayəndəsi Mark Tulli Siseron hesab olunur. 
Elm aləmində y
üz beş nitqinin olması haqqında məlumat olan, lakin onlardan  əlli  səkkizinin  bizə  gəlib 
çatması onun haqqında söz deməyə əsas verir. Mark Tulli Siseron ilk nitqini 81-ci ildə, iyirmi yeddi yaşında 
olarkən  s
öyləmişdir.  Bu  nitq  Publinin  mülki  işi  ilə  bağlı  olmuşdur.  kinci  nitqi  isə  Romada  dövlətli 
adamlardan biri olan Sekst Rostsinin 
ölümü ilə əlaqədar olmuşdur. Roma küçələrinin birində qətlə yetirilən 
Rostsinin oğluna da sui-qəsd haz
ırlanır. Təsadüf nəticəsində sağ qalan oğul, qəsdçilər tərəfindən “ata qatili” 
kimi  ittiham  olunur.  O  d
övrün  adlı-sanlı    natiqləri  susduğu  halda  gənc  natiq  Mark  Tulli  Siseron  müdafiə 
nitqi s
öyləyir. Sonra qədim Yunanıstana səfər edir, Antioxun mühazirələrinə qulaq asır və təcrübəsini daha 
da art
ırır. 
Siseron  həm  də  d
övlət  işlərində  çalışıb  xalqın  hörmətini  qazanmışdı.  Dövlət  xəzinəsinə  nəzarətçi  kimi 
rəhbər  vəzifədə 
çalışan  Siseron  xalqa  və  vətəninə  namusla  xidmət  etmişdir.  Siserondan  sonra  bu  vəzifəyə 
gələn Verres xalq
ı soyur, talayırdı. Siseron isə xalqın təkidi ilə onu məhkəməyə verir. Məhkəmə Verresi külli 
miqdarda  pulla  cərimə  edir.  Siseron  sonra  daha  b
öyük  xalq  məclislərində,  yığıncaqlarında  çıxışlar  edib, 
b
öyük hörmət qazanır. Hətta tarixdə böyük sərkərdə kimi tanınan Qney Pompeyin baş komandan seçilməsi 
zaman
ı  nitq  söyləyən  Siseron  danışmağı  özünə  şərəf  bilir.  Xalqın  ona  göstərdiyi  hörməti  yüksək 
qiymətləndirir. 


 
65
Siseron 
öz  siyasi  nitqlərini  64-çü  ildə  konsul  seçiləndən  sonra  söyləməyə  başlayır.  Bu  illər  onun 
yarad
ıcılığının  çiçəklənmə  dövrü  hesab  olunur.  Siyasi  arenada  isə  Siseron  ən  böyük  səhvini  edir.  Lutsi 
Katilian
ın  təşkil  etdiyi  sui-qəsddə  iştirak  edənlərdən  beş  nəfəri  məhkəməsiz  edam  etdirir.  Bu  onun 
d
üşmənlərinin  fəallaşmasına  səbəb  olur.  Katilianın  tərəfdarı  Klodi  xalq  tribunu  seçilir  və  Siserona  qarşı 
h
ücuma  keçir.  Siseron  Romanı  tərk  edir,  Yunanıstana  gəlir.  Onun  evi,  malikanəsi  müsadirə  olunur.  Bir  il 
yeddi  aydan  sonra  Romaya  qay
ıdan  Siseron  evini,  malikanəsini  məhkəmə  vasitəsilə  geri  qaytarır.  Onun 
Romaya  qay
ıtmasına  yaxından  köməklik  edən  nüfuzlu  şəxslərdən  asılı  vəziyyətə  düşür.  Hətta,  Publi  Setsi 
kimi şəxslər haqq
ında müdafiə nitqi də söyləyir. Kiligiyada prokonsul (51-ci ildə) işləyir. Vaxtı qurtaran kimi 
yenə Romaya qay
ıdır. Qalmaqallı Roma yenə Siseronu rahat buraxmır, hakimiyyət uğrunda mübarizə, xalq 
iğtişaşlar
ı məşhur natiqi ağuşuna alır. 
Siseron  Mark  Antoniyə  qarş
ı  cidd-cəhdlə  mübarizə  aparmağa  başlayır,  alovlu  nitqlər  söyləyir.  Böyük 
Demosfenin şərəfinə bu nitqlərini «filippika» adland
ırır. Bu çıxışlar isə ona həyatı bahasına başa gəlir. Mark 
Antoni  hakimiyyətdə  n
üfuzlu  bir  şəxs  kimi  məşhur  olur.  Bu  nüfuzundan  istifadə  edərək  alovlu  natiq, 
vətənpərvər,  d
övlət  xadimi  Siseronun  başını  və  yazı  yazan  sağ  əlini  kəsdirir.  Bu  tarixdə  ən  dəhşətli 
ölümlərdən  biri  idi.  Onun  yazdığı  «Natiq  haqqında»,  «Brut»,  «Natiq»,  məşhur  «Ritorikası»  natiqlik 
sənətində əbədi, həmişəyaşar bir həyat qazand
ı. Roma imperatorluğu natiqlik sənətinin süquta uğramasına 
səbəb oldu. 
Qədim  Yunan
ıstanda  və  Romada  təşəkkül  və  tərəqqi  tapmış,  uzun  tarixi  yol  keçmiş  natiqlik  sənəti 
durğunluq illərini yaşamağa başlay
ır. Bu durğunluq XVIII əsrə qədər davam edir. XVIII əsrdən başlayaraq, 
burjua  z
ülmünə  və  istismara  qarşı  baş  verən  iğtişaşlar,  mitinqlər  natiqlik  sənətinin  inkişafına  təkan  verdi. 
Qərbi Avropadak
ı bu dirçəliş XIX əsrin əvvəllərində daha geniş şəkil almağa başlayır.   Bu illəri tədqiqatçılar 
renessans  d
övrü  adlandırır.  «Renessans»  fransız  sözü  olub,  mədəniyyətin,  ictimai-siyasi  həyatın  oyanması, 
dir
çəlməsi deməkdir.  Xüsusilə, Fransada, Almaniyada,  taliyada, Avstriyada baş verən burjua-demokratik 
inqilablar
ı  bir  çox  natiqlərin  yetişməsinə  səbəb  oldu.  Məsələn,  Fransada  Jerbye,  Koşen,  Tarja,  Jül,  Laşo, 
Favr,  Demanj,  D
üpen,  Almaniyada  Robert  Blyum,  Sikizmund,  Borkheym,  Vilhelm  Volf  kimi  natiqlər 
yetişmişdir.  X
üsusilə,  Fransada  Demosfenin,  Lisinin,  Siseronun  nitqləri  tərcümə  olunub,  öyrənilməyə 


 
66
başlanm
ışdı. Fransada fəaliyyət göstərən andlı məhkəmə prosesi daha geniş vüsət almışdı. Məsələn, Fransa 
ordusunun kapitan
ı  Alfred Dreyfusu vətənə xəyanət üstündə  həbs  edirlər. Məşhur yazıçı  Emil  Zolya  buna 
etiraz
ını bildirərək xalqa və prezidentə müraciət edir. On iki il davam edən bu işi üç natiq - Mornar, Labori, 
Mano  m
üdafiə  edir.  Bu  məhkəmə  natiqliyində  Yunanıstan  natiqlik  məktəbinin  təsiri  açıq-aşkar 
duyulmaqdad
ır.  Fransızlar  da  Yunanlar  kimi  əsas  diqqəti  nitqin  üslubuna,  ardıcıllığına,  aydınlığına, 
dəqiqliyinə, təsirliliyinə, emosionall
ığına verirdilər. Fransa natiqlik məktəbi bir çox ölkələrə müsbət təsirini 
g
östərdi. Almaniyada natiqlik məktəbinin nümayəndəsi Avqust Bebel hamının sevimlisinə çevrilmişdi. Onun 
dərin  məzmunlu  nitqi  xalq
ın  rəğbətini  qazanmışdı.  Bu  sözləri  xalq  seçkilərində  gözəl  və  aydın  çıxışları  ilə 
radikallar
ın qələbəsini təmin edən Vilhelm Volfun da ünvanına söyləmək olar. 
XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişaf
ı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü 
təsir g
östərmişdi. Demosfenin, Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir 
Lomonosov  natiqlik  sənəti  haqq
ında  (1748-ci  il,  «Kratkoe  rukovodstvo  krasnoreçiu»)  yazdığı  əsəri  çap 
etdirdi. Əsərdə yunan «Ritorikas
ı»nın təsiri özünü tam aydınlığı ilə göstərir. Müəllif, natiqin və dinləyicinin 
əhval-ruhiyyəsini  əsas  şərt  kimi  qəbul  edir.  Gertsen,  Stankevi
ç,  Xomyakovun  rəhbərliyi  altında  bir  çox 
dərnəklər  fəaliyyətə  başlay
ır.  Rus  natiqləri  «Ritorika»nı  əzbərləyib,  kor-koranə  öyrənməyin  əleyhinə  çıxır. 
Belinski  yaz
ırdı:  «Əgər  siz  natiq  olmayanlarda  natiqlik  sənəti  haqqında  təsəvvür  yaratmaq,  natiq  olmaq 
istəyənlərə  isə  k
öməklik  göstərmək  istəyirsinizsə,  «Ritorika»  yazmayın,  bütün  xalqların  müxtəlif  dövrlərdə 
fəaliyyət  g
östərmiş  məşhur  natiqlərinin  nitqlərini  toplayın,  bu  natiqlərin  hər  birinin  həyatı  haqqında  geniş 
məlumat  verin,  siz  belə  bir  kitabla  həm  natiqlərə,  həm  də  natiq  olmayanlara  boy
ük  xidmət  göstərirsiniz». 
Rus  natiqlik  məktəbinin  xarakteri 
özündən  əvvəlki  sələflərindən  onunla  fərqlənirdi  ki,  Rusiyada  nitqlər 
k
ütləvi  xarakter  daşıyırdı.  Əvvəlkilərdə  isə  məhkəmə  natiqliyi  hakim  mövqe  tuturdu.  Fəhlə  sinfindən 
S.H.Xolturin,  P.A.Alekseyev,  Q.P.Petrovski,  A.J.Badayev,  .V.Babuşkin  və  digərlərinin  ad
ı  tarixdə  fəhlə-
natiq kimi həkk olunmuşdu. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə