Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 
57
ç) Siyasi mövzuda çıxış (hər hansı bir ölkədə başqa prezidentin çıxışı), 
d)  cmal nitqi - son söz, 
e) Mitinqlərdəki çıxışlar,  
ə
) Siyasi təbliğatçıların nitqi. Şüarlar, qanunvericilik layihələri. Parlament mübahisələri 
2. Diplomatik natiqlik  
a) Xarici işlər nazirlərinin çıxışı 
b) Dövlət başçılarının BMT-də çıxışları 
c) Diplomatik mübahisə. 
3. Akademik natiqlik 
a) Ali məktəblərdə mühazirə oxumaq 
b) Elmi məclisdə (konfransda) mühazirə  
c) Elmi mövzularda kütləvi mühazirə 
ç) Elmi məlumatvermə (elmi hesabat) 
d) Elmi mövzuda mübahisə 
e) Elmi rəy. Dissertasiya müdafiəsi çıxışı. 
4. Məhkəmə natiqliyi 
a) Prokurorun ittiham nitqi 
b) Vəkilin və ya müdafiəçinin nitqi 
c) Müttəhimin cinayət haqqında  çıxışı  
ç) Müttəhimin özünümüdafiə nitqi 
d) Şahidlərin dindirilməsi (nitqi) 
e) Hakimin nitqi - ittiham hökmü. 
5. Məişət natiqliyi 
a) Masa arxasında söylənən təbrik nitqi 
b) Matəm mitinqində nitq (ağılar) 
c) Məişət-müraciət etiketləri 


 
58
ç) Məişət mübahisəsi. 
6. Bədii axşamlardakı nitq 
a) Şair və yazıçı haqqında məruzə - mühazirə-nitq 
b) Şair və yazıçının nitqi. 
7. Səhnə nitqi 
a) Komik aktyorun nitqi 
b) Tragik aktyorun nitqi. 
8. Dini natiqlik 
a) Moüzə və xütbə 
b) Məscid və kilsədə din xadimlərinin nitqi 
c) Surə oxumaq, Quran tapşırmaq, süfrə və ehsan duaları  
ç) Axund və mollaların imamların müsibəti haqqında hüznlü çıxışı, mərsiyə,  
sinəcan. 
9. Hərbi natiqlik 
a) Hərbçiləri-əsgərləri ruhlandırmaq üçün çağırış nitqi 
b) Hərbi and 
c) Hərbi nizamnamənin şərhi 
ç) Komandanların və komandirlərin müxtəlif situasiyalarda çıxışları. 
 


 
59
NAT QL K SƏNƏT N N TAR X NƏ DA R 
 
Öz  tarixi  keçmişinə  görə  çox  qədim  zamanları  əhatə  edən  natiqlik  sənətinin  ilk  rüşeymləri  Misirdə, 
Çində,  daha  sonra  Ərəbistanda  təşəkkül  tapmışdır.  Qədim  zamanlarda  xalqın  böyük  hörmətini  qazanmış 
n
üfuzlu və istedadlı natiqlər Şərq bəlağətini (fikrin, aydın, incə və gözəl ifadə olunması) və fəsahətini (aydın 
dan
ışma  və  ya  fikrin  aydın  ifadəsi) yüksək  səviyyəyə  qaldırmışlar. Lakin sonralar  süquta  uğrayan natiqlik 
sənəti  Avropada  b
öyük  inkişaf  yoluna  qədəm  qoymuşdur.  Öz  inkişaf  və  mədəniyyətinə  görə  həmişə  Şərqə 
borclu olan Avropa bu sənətin də ilk r
üşeymlərini qoca Şərqdən əxz etmişdir. 
Natiqlik  sənəti  Avropada,  x
üsusilə  Qədim  Yunanıstanın  paytaxtı  Afinada  geniş  şəkildə  yayılmağa  və 
inkişaf  etməyə  başlad
ı.  Qədim  Yunanıstanda  incəsənətin  bir  çox  növlərilə  yanaşı  (memarlıq,  poeziya, 
heykəltəraşl
ıq)  ritorika  sənəti  də  yüksəliş  pilləsinə  qədəm  qoyurdu.  Bir  çox  ritorlar  (natiq,  müəllim 
mənalar
ını  ifadə  edir)  meydana  gəlirdi.  Bu  sənət  Afinada  daha  geniş  vüsət  almışdı.  Xüsusilə,  Solonun 
hakimiyyətə  gəlməsi  (B.e.ə.  594-c
ü  il),  apardığı  islahatlar,  borcların  ləğv  edilməsi,  qulların  azad  olunması 
natiqlik  sənətinin  inkişaf
ına  güclü  təkan  verdi.  Bu  islahatlardan  sonra  hər  kəs  hüququnu  müdafiə  etmək 
imkan
ı əldə etdi. Lakin bunu hər adam bacarmadığı üçün məhkəmələrdə xüsusi adamlar fəaliyyət göstərməyə 
başlay
ır ki, onlar da loqoqraflar adlanırdı. 
Natiqlik sənətinin  atas
ı  sayılan məşhur siyasi və ictimai xadim Demosfen bu  dövrdə yetişib  fəaliyyətə 
başlad
ı. 
Natiqlik  sənətini  y
üksəklərə  qaldırmış,  natiqlik  məktəbi  yaratmış  bu  şəxsiyyət  neçə-neçə  ritorların 
yetişməsinə  k
öməklik  göstərmişdir.  Hətta  bir  çox  natiqlər,  müəllimlər  öz  nitqlərini  Demosfenin  təsiri  ilə 
qurmuşdu.  Təsad
üfi  deyil  ki,  vaxtı  ilə  M.P.Siseron  «Kim  Demosfen  kimi  olmaq  istəmirsə,  o,  natiq  deyil» 
fikrini irəli s
ürmüşdür. 
Demosfen bu şan-ş
öhrətə birdən-birə gəlib çatmamışdı. Bu, uzun illərin, gərgin zəhmətin, mübarizə və 
mətin iradənin hesab
ına başa gəlmişdi. Həyata fiziki cəhətdən qüsurlu gələn Demosfen (o, çox əsəbiymiş, «r» 
səsini d
üzgün tələffüz edə bilmirmiş, danışan zaman çiynini çəkirmiş və s.) ilk növbədə bu qüsurları aradan 
qald
ırır. O, dəniz qırağına gedir, ağzına xırda daş atıb, gur səslə nitq söyləyir. Çox çəkmir ki, onun nisbətən 


 
60
yekə dili normal hala d
üşür və pəltəkliyi aradan qalxır. Sonra özündən hündür olan yerdə qılınc asır və çiyni 
üzərində  saxlayır.  Çiynini  atdığı  zaman  qılınca  toxunur.  Qılıncın  verdiyi  ağrı  hesabına  bu  qüsurunu  da 
aradan  qald
ırır.  Nəhayət,  dostu  Satirin  məsləhətilə  səs  tembrindən,  intonasiyadan  düzgün  istifadə 
Demosfenə m
üvəffəqiyyət gətirir.  Əvvəllər qışqıra-qışqıra  danışıb özünü  yoran,  hətta nitqi  yarımçıq  qalan, 
istehzalara,  lağlağ
ı  gülüşlərə  məruz  qalan  Demosfen  inadkarlığı  sayəsində  gözəl  bir  natiqə  çevrilir.  lk 
qələbəsini qohumlar
ı üzərində qazanan Demosfen beş dəfə nitq söyləyir. Bu zaman ona məşhur loqoqraf  sey 
yax
ından köməklik göstərir.  Atasının var-dövlətinə  sahib  çıxmış bu  adamlarla  mübarizə  aparan Demosfen 
ədaləti bərpa edir. Var-d
övləti geri qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. 
Elə həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa 
çalışır. Ömrünün qırx iki ilini bu sənətə həsr 
edir.  B
öyük  nailiyyətlər  əldə  edir.  Hələ  gənc  yaşlarında  loqoqraf  kimi  fəaliyyət  göstərən  Demosfen 
«Malikanəyə ziyan vuran Kallik əleyhinə» və «Cehiz haqq
ında Spudi əleyhinə» adlı məşhur nitqlərini yazır. 
Elə bu d
övrdə natiqlik sənətindən dərs deyib müəllimlik edir. Müəllimlik etdiyi illərdə o, ritorikanın sirlərinə 
dərindən  bələd  olur,  tədqiqat  apar
ır,  əldə  etdiyi  nəticələri  nitqində  müvəffəqiyyətlə  işlətməyə  nail  olur. 
Natiqliyin  tələblərindən  irəli  gələn  prinsipləri  əsas  g
ötürən  Demosfen  onlara  ciddi  əməl  edirdi.  Bu  tələblər 
aşağ
ıdakılardır: 
1) Material
ın toplanması, 
2) Məzmun və formaya uyğun plan tərtib edilməsi, 
3) Ard
ıcıllığın gözlənilməsi 
4) 
Üslubi çalarların işlənməsi, 
5) Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrlərindən d
üzgün istifadə olunması. 
Demosfen b
ütün nitqlərində giriş, əsas hissə, nəticədən istifadə etmiş və nitqini hissələrə bolmüşdür. 
Elm  aləminə  Demosfenin  61  nitqi  və  6  məktubu  məlumdur.  Onlardan  9-u  rus  dilinə  tərc
ümə 
olunmuşdur.  Bu  nitqlər  aras
ında  Esxinin  əleyhinə  yönəlmiş  nitqi  xüsusi  yer  tutur.  Demosfen  Esxinin  çar 
Filipplə olan yax
ın münasibətini güclü tənqid atəşinə tutur və Demosfenin «Esxin Filipplə əməkdaşlıq edirdi, 
bu 
çox  dəhşətdir,  ey  Yer  kürəsi,  ey  Allahlar!  Məgər  bu  doğru  deyil?»  kimi  müraciətləri,  xitabları  kütlənin 
qəlbinə  yol  tap
ırdı.  Bundan  sonra  Demosfen  yazır:  «Mən  ona  görə  səndən  yaxşı  vətəndaş  olmuşam  ki, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə