Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə18/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

 
61
ham
ıya fayda verən iş görmüşəm, sən isə heç bir təklif irəli sürməmisən, qərar qəbul etməmisən... Əksinə, son 
hadisələr ayd
ınlaşdırdı ki, sən elə işlər görmüsən ki, onları yalnız ən yararsız adamlar, dövlətimizin qəddar 
d
üşmənləri  görə  bilər...  Dövlətimizin  qəddar  düşmənləri  olan  Aristart,  Naksosda,  Aristoley,  Fasosda 
afinal
ıların dostlarını məhkəməyə cəlb etdiyi kimi, Esxin də Afinada Demosfeni ittiham edir». 
Doxsan səhifədən ibarət olan bu nitqdə Demosfen Esxini tam məğlub edir və Xalq Məclisi tərəfindən 
ona verilən «q
ızıl çələng» mükafatının ədalətli olduğunu sübut edir. Demosfenin bu çıxışı Siseron tərəfindən 
lat
ın  dilinə,  daha  sonra  isə  rus  dilinə  (üç  dəfə  1784,  1873,  1887)  tərcümə  olunmuşdur.  Bu  məğlubiyyətin 
səbəblərini  ayd
ınlaşdıran  Esxin,  Demosfeni  «əjdaha»  adlandırmışdır.  Bundan  əlavə,  Demosfenin 
«Ktesifontun  m
üdafiəsi»  adlı  nitqi  də  dövrünün  nadir  incilərindən  sayılırdı.  Esxinin  nitqinin  əleyhinə 
yaz
ılmış bu nitq də suallarla, müraciətlərlə nəzəri cəlb edir. Filippi müdafiə edən Esxinlə mübarizədən qalib 
çıxmış Demosfen çarın özü ilə də mübarizə aparmaqdan çəkinmir. Onun Filippə qarşı söylədiyi nitqlər bir 
ne
çə hissədən ibarətdir. Məsələn, nitqlərinin birində «Bəli sizi gözləyən təhlükə başqa təhlükələrə bənzəmir. 
Ax
ı Filipp bizi sadəcə özünə tabe etmək fikrində deyil, dövlətimizi tamamilə məhv etməyə çalışır». «Dövlətin 
daxilində  fəaliyyət g
östərən düşmənləri əzmədən,  onların havadarları olan xarici  düşmənləri məğlub  etmək 
olmaz».  Mən  vicdanl
ı  vətəndaşın  vəzifəsini  onda  görürəm  ki,  o,  dövləti  xilas  etməyi  gözəl  nitq  soyləyib 
«ş
öhrət  qazanmaqdan  üstün  tutsun».  Demosfenin  Filipp  əleyhinə  yazdığı  silsilə  nitqlər  natiqlik  sənətində 
əvəzolunmaz bir mənbə kimi həmişə diqqət mərkəzində durur. Yorulmaz ictimai-siyasi xadim Demosfen bir 
m
üddət  dövlət  işlərində  çalışmış,  hətta  maliyyə  işlərinə  rəhbərlik  etmişdir.  Afina  divarlarının  bərpasına 
rəhbərlik  edən  27 
üzvdən  biri  olan  Demosfen  tikintiyə  və  yoxsul  kəndlilərə  şəxsi  vəsaitindən  xeyli  pul 
xərcləmişdir. 
Məhz,  bu  fəaliyyətinə  g
örə  Xalq  Məclisi  tərəfindən  “Qızıl  çələng”lə  mükafatlandırılmışdır  (onu  bu 
m
ükafata təqdim edən Ktesifont olmuşdur). Esxin bu mükafatın verilməsinin əleyhinə çıxmışdır. Nəticədə isə 

ır məğlubiyyətə uğramışdır. Vətəni uğrunda canını qurban verən, alovlu natiq Demosfenin olümünə səbəb 
Aleksandr
ın hakimiyyəti illərində xəzinədar işləyən Qapralın Afinaya gəlib sığınacaq alması olur. Bu məsələ 
ilə  əlaqədar  Demosfen  Hiperid  ilə  dostluq  əlaqələrini  kəsir.  Antipatr  və  Aleksandr
ın    anası  Qapralın 
vətəndaşl
ıq qəbul etməsinə etiraz edirlər. Qapral Afinadan qaçır. Demosfen isə məsuliyyətə cəlb olunur. O,  


 
62
doğma    vətənindən    getməyə    məcbur    olur.  Alksandr
ın  olümü  (e.ə.323-cü  il)  Afinalıları  yenidən  üsyana 
qald
ırır. Demosfen də üsyana qoşulur və yenidən Afinaya qayıdır. Lakin Antipatrın hakimiyyətə gəlməsi və 
demokratiyan
ı  boğması,  hər  şeyi  alt-üst  edir.  Hiperid  öldürülür.  Arki  tərəfindən  axtarılan  Demosfen  isə 
Kalavri adas
ındakı Poseydon ibadətgahında tutulur. Düşmənlər inandırmağa çalışır ki, o, əfv olunacaq, heç 
bir cəza 
çəkməyəcək. Demosfen onlara inanmır və bir məktub yazmaq üçün icazə istəyir. Ona icazə verilir. 
Demosfen  isə  qələmində  gizlətdiyi  zəhəri  udur  və  e.ə.  322-ci  ildə  keşməkeşli  həyat
ını  sona  çatdırır. 
Ölümündən yarım  əsrə yaxın bir vaxt keçəndən  sonra  (42  il)  Demosfenə  Afinada  əzəmətli  heykəl qoyulur. 
Üzərində isə «Demosfen, qoy ağlın kimi, səndə elə bir qüdrətli güc yaransın ki, hətta Makedoniyalı Aresin 
özü də yunanları məğlub edə bilməsin» sözləri həkk olunur. 
Ümumiyyətlə,  Yunanıstanda  natiqlik  məktəbinin  yaranmasında  xalq  təxəyyülü,  Homerin  « liada»  və 
«Odisseya» əsərləri, Solonun islahatlar
ı, ölkənin iqtisadi, mədəni, siyasi inkişafı mühüm rol oynamışdır. 
Bu illərdə yetişən və tarixi mənbələrdə yeddi m
üdrik adlanan natiqlərin adı bu gün böyük hörmətlə yad 
edilir.  Kleobu,  Pittak,  Biant,  Periandr,  Xilon,  Solon,  Fales.  Bunlar
ın  içərisində  ən  məşhuru  Solondur. 
Vətənindən didərgin d
üşən Solon bir müddət Misirdə, sonra Kiprdə yaşayır.  lk dəfə Kiprdə Sol şəhərinin 
b
ünövrəsini  qoyur.  Onun  beş  min  adda  yaradıcılıq  məhsulu  miras  qalmışdır.  Səksən  yaşında  ikən  Kiprdə 
vəfat edir. 
Ümumiyyətlə,  yunan  natiqlik  məktəbinin  bir  çox  nümayəndələrindən  Antifont,  Andokit,  Lisi,  sey, 
sokrat,  Demosfen,  Hiperid,  Likurq,  Esxin,  Dinarx və  başqalar
ının  əsərləri  böyük  maraq  doğurur.  Yunan 
natiqlik məktəbinin n
ümayəndələri haqqında dolğun məlumat verən dilşünas Kamil Əliyev onların həyat və 
yarad
ıcılığını  geniş  işıqlandırmağa  nail  olmuşdur.  Adları  qeyd  olunan  nümayəndələrlə  yanaşı  Aristotelin 
natiqlik    sənətinin    nəzəri    əsaslar
ını  elmi  surətdə  əlaqələndirən  məşhur  «Ritorika»  əsəri  böyük  maraq 
doğurur. 
Tisi və Koraks
ı «Ritorika»nın ilk müəllifləri olmuşlar. Afinaya isə «Ritorika»nı Koraksıdan dərs almış 
Qorki gətirmişdir. Daha sonralar «Ritorika» yazmaq, onu dərslik kimi istifadə etmək geniş v
üsət almışdır. 
stər    Yunan
ıstanda,      istərsə    də    Romada  yazılan  «Ritorika»lar  içərisində  Aristotelin,  Siseronun, 
Kvintillian
ın əsərləri daha çox şöhrət qazanmışdır. 


 
63
Hələ  m
üəllimi  Platon  sağ  olarkən  natiqlik  sənətindən  dərs  deyən  Aristotel  şagirdlərə  mühazirənin 
mətnlərini k
öçürməyi tövsiyə  edirdi. Platon öləndən  sonra Aristotel  Afinanı  tərk  edir.  Bir müddət  Filippin 
oğlu Aleksandra dərs deyir. M
üəlliminin mühazirələrilə yanaşı, öz nəzəri  biliyini də mühazirəyə əlavə edir. 
Az vaxtda Aristotel yenidən Afinaya qay
ıdır və oxuduğu mühazirələrin mətnlərini bir yerə toplayıb onları 
təkmilləşdirir.  Natiqlik  sənətinə  yeni  bir  «Ritorika»  qədəm  qoyur.  Aristotelin  yazd
ığı  «Ritorika» 
digərlərindən onunla fərqlənirdi ki, bu əsərdə ilk dəfə olaraq dil, 
üslub, nitq haqqında yeni və orijinal fikirlər 
s
öylənilirdi. Burada 
1) nitqin tərtibi, 
2) natiq 
üçün lazım olan şəxsi keyfiyyətlər, 
3) nitq texnikas
ı, tətbiq olunan vasitələr və s. kitabın əsas məziyyətlərindən biri idi. 
Kitab 
üç hissədən ibarətdir. Birinci hissə dildən, ikinci hissə üslubdan, üçüncü hissə nitqdən bəhs edir. 
Burada 
üsluba  daha  çox  fikir  verən  müəllif  üslubu  nitqin  predmetinə  uyğun  qurmağı  tövsiyə  edirdi. 
Üslubun isə əsas xüsusiyyəti onun aydın olması ilə bağlıdır. 
M
üəllif  aydınlığı,  təbii  və  səlis  danışmağı,  inandırmanı  nitq  üçün  əsas  amil  hesab  edirdi.  Aristotel 
natiqlik sənətinin beş əsas prinsipini x
üsusi olaraq qeyd edirdi: 
1) Material
ın toplanması və hazırlanması; 
2)  Plan  tutulmas
ı,  materialın  məzmun  və  formaya  uyğun  tərtib  edilməsi.  Sübut  və  faktlardan  düzgün 
istifadə olunmas
ı; 
3) Material
ın yadda saxlanması və ardıcıllığın gözlənilməsi; 
4) Nitqdə şifahi şərhin, 
üslubi çalarlığın gözlənilməsi; 
5) Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrindən d
üzgün istifadə olunması. 
Tarixin amans
ızlığına düçar olan Yunanıstan öz siyasi azadlığını itirməklə bərabər, natiqlik sənətini də 
yavaş-yavaş itirməyə başlay
ır. Beləliklə, Avropanın başqa bir ölkəsi estafeti ələ alıb, natiqlik sənətini uğurla 
davam etdirir. Qədim və ulu d
ünyanın başqa bir ölkəsi, Roma bu ağırlığı öz çiyinləri üzərinə alır. 
 
Qədim Romada natiqlik məktəbi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə