Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
50
Qeyd etmək laz
ımdır ki, elm inkişaf etdikcə, onun qolları çoxşaxələrə bölündükcə, akademik natiqlik də 
genişlənir, zənginləşir və daha da təkmilləşir. Akademik natiqlikdə dil vahidləri məhdud dairədə işlənir, geniş 
şəkildə işlədilməsi m
ümkün olmayan, anlaşılmayan sözlərin, ifadələrin işlənməsi isə bu nitqin təsir qüvvəsini 
azaltm
ır, əksinə, elmi cəhətdən fikrin orijinallığına xidmət edir. 
 
MƏHKƏMƏ NAT QL Y  
 
Məhkəmə  natiqliyi  natiqlik  sənətində  ən  qədim  tarixə  malik  demokratik  əsaslar 
üzərində  qurulan  bir 
anlay
ışı  ifadə  edir.  Natiqlik  sənətinin  inkişafında  əvəzsiz  xidmətləri  olan  məhkəmə  natiqliyi  antik  dövrün 
məhsulu  kimi  diqqəti  cəlb  edir.  Solon  islahatlar
ından  sonra  özünü  müdafiə  nitqlərinin  yaranması, 
loqoqraflar
ın  yetişməsi  məhkəmə  natiqlik  sənətinin  bünövrəsini  qoydu.  Qədim  Yunanıstanda  Demosfen, 
Lisi,  sey, Romada Siseron, Fransada andl
ı məhkəmələrə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, 
Konn kimi natiqlərin yetişməsi b
öyük bir məktəbin yaranmasına gətirib çıxardı. 
Məhkəmə natiqliyi m
üttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər qazanması üçün vəkil nitqi 
kimi h
üquqi əsaslarla səciyyələnir. 
Bununla  da  məhkəmə  zaman
ı  gizli  qalan  hadisələr,  obyektiv  və  subyektiv  cəhətlər  elmi  şəkildə 
araşd
ırılır və ədalətli nəticə əldə edilir. 
Məhkəmə  natiqliyini  digər  n
övlərdən  fərqləndirən  əsas  xüsusiyyətlər  ondan  ibarətdir  ki,  o,  hüquq, 
psixologiya, məntiq, pedaqoqika, dil, ədəbiyyat və digər elmlərlə s
ıx şəkildə bağlıdır. 
Məhkəmə  natiqliyində  əsas  məsələlərdən  biri  m
üttəhimin  son  söz  söyləməsidir.  Bu  son  söz  adətən 
ibrətamiz  xarakter  daş
ıyır.  Müttəhim  törətdiyi  əmələ  görə  peşmançılığını  bildirir.  Bir  də  heç  vaxt  cinayət 
t
örətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq. 
Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynay
ır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttə-
himin  t
örətdiyi  cinayətə  görə  cəza  almasını  hakimdən  tələb  edir.  Hakim  isə  müttəhimin  cavanlığını  və  ya 
qocal
ığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir. 


 
51
Məhkəmə natiqliyi 
öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, 
bu  prosesdə  bir  ne
çə  adam  iştirak  edir.  Hər  birinin  də  nitqi  bir-birindən  əsaslı  surətdə  fərqlənir.  Məsələn, 
prokuror ədalətin bərpas
ı, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir. 
Vəkil  isə  qanunlar
ın  aliliyini  gözləyərək,  müttəhimin  hüquqlarını  müdafiə  edir.  Həm  də  şahidlərin 
nitqini d
üzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir. 
Məhkəmə  natiqliyi  əsasən  rəsmi  xarakter  daş
ıyır.  Hadisələrin  gedişi,  sübutlar,  dəlillər,  faktlar,  əşyayi-
dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmas
ında 
və  inkişaf  etdirilməsində  respublikam
ızda  fəaliyyət  göstərən  hüquq  işçilərinin,  prokurorların  əməyi  yüksək 
qiymətləndirilməlidir. 
 
MƏ ŞƏT NAT QL Y  
 
Məişət  natiqliyi  qədim  tarixə  malikdir.  O,  xalq  həyat
ının,  məişətinin  inkişafı  ilə  əlaqədar  yaranıbdır. 
Bizcə,  o  biri  n
övlərə  nisbətən  məişət  natiqliyi  Azərbaycanda  daha  erkən  yaranıb  püxtələşmişdir.  lkin 
n
ümunələrinə şifahi xalq ədəbiyyatında rastlaşdığımız məişət natiqliyi fikrimizi sübut etməyə əsas verir. 
 
 
Əzizim, ulu dağlar, 
Çeşməli, sulu dağlar, 
Burda bir igid 
ölmüş, 
G
öy kişnər, bulud ağlar.  
 
Məişət natiqliyi haqq
ında fikir söyləyən Kamil Əliyev yazır: «Eramızdan əvvəl V-IV əsrlərdə Afinada 
məişət  natiqliyinə  b
öyük  əhəmiyyət  verilirmiş.  Müharibələrdə  həlak  olan  igidlərin  cəsədi  sərv  ağacından 
d
üzəldilmiş  tabutlara  qoyularmış.  Həmin  tabutlar  üçün  uca  bir  yer  düzəldilərmiş.  Təntənəli  dəfn  mərasimi 
başlanarm
ış.  Tabutlar  qəbrə  endirilib  üstü  örtüləndən  sonra  matəm  mitinqi  olarmış.  Həmin  mitinqdə  ən 


 
52
məşhur  natiq  -  siyasi  xadim  nitq  s
öyləyər,  həlak  olanların  igidliyini  yüksək  qiymətləndirər  və  dinləyicilərə 
vətənpərvərlik ideyalar
ı aşılarmış. 
Analoji fikir Ə.B.Haqverdiyev tərəfindən də s
öylənilir. Böyük mütəfəkkir yazır: «Qədim Azərbaycanda 
b
öyük  qəhrəmanlar  üçün  ağlamaq  bir  adət  idi.  Qəhrəman  ölən  günü  camaatı  bir  yerə  toplayırdılar.  Bu 
toplant
ıya «yuq» deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş yuqçular isə ikisimli 
qopuz 
çalıb oynardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra 
isə qəmli havaya ke
çib şanlı qəhrəman üçün ağı deyərdi. 
Belə  ağ
ılar  həm  nəzm,  həm  də  nəsr  formasında  şifahi  xalq  ədəbiyyatında  indi  də  varlığını  qoruyub 
saxlay
ır. Məsələn, nəsr formasında: «Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban! Ay kimi 
doğdun,  g
ün  kimi  batdın!  Minəndə  at  bağrı  yardın,  düşəndə  yer  bağrı  yardın!  Saydığına  salam  verdin. 
d
üşməninə dirsək göstərdin...ağzuvun kəsərli sözünə anan qurban!» 
Nəsr  formas
ı  ilə  bağlı  yuxarıda  məlumat  verdik.  lk  yazılı  abidələrimizdən  biri  Azərbaycan  xalqının 
məişətini,  qədimliyini  s
übut  edən,  ensiklopedik  nümunəmiz  olan  «Kitabi-Dədə-Qorqud»  dastanlarında 
məişət natiqliyinin n
ümunəsi kamil şəkildə özünü göstərir. Xalq mərasimlərini, adət-ənənələri, xalq məişətini 
dolğun  şəkildə  əks  etdirən  bu  qədim  və  əvəzsiz  abidədə  Banu
çiçək  başının  tacı,  igid,  qəhrəman  nişanlısı 
Beyrək 
üçün göz yaşı tökərək bu ağını deyir: 
 
Vay, ay duvağ
ın ayası! Vay alnım başım umuru! 
Vay şah igidim, vay şahbaz igidim! 
Doyunca 
üzünə baxmadığım, xanım igit! 
Qanda getdin məni yalq
ız qoyub, canım igit!  
 
Məişət natiqliyinin bu qolu indi də yaşamaqdad
ır. Söylənilən qəbirüstü nitqlər, yazılan nekroloqlar bu 
g
ün də davam etdirilir. 
Məişət natiqdiyinin ən geniş yay
ılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, 
toylarda, mərasimlərdə s
öylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə