Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

 
70
1. Nitqin məzmunu; 
2. Nitqin formas
ı; 
3. Məzmun ilə forman
ın vəhdəti; 
4. Məzmunun ayd
ınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi; 
5. Nitqin kompoziyas
ının qurulması; 
6. Ədəbi dil, onun normalar
ına əməl edilməsi; 
7. Nitqin sadə, y
ığcam olmasının təmin edilməsi; 
8. Nitqin ideyas
ının dinləyicilərə çatdırılması; 
9. 
Üslub. 
Natiq dilimizdə işlənən s
öz birləşmələrindən də (həm sabit, həm də sərbəst) düzgün istifadə etməlidir. Bu 
qəbildən  olan  ibarələri,  atalar  s
özlərini,  zərbi-məsələləri,  idiomatik  ifadələri,  hikmətli  sözləri  yerli-yerində 
işlətməyi bacarmal
ıdır. Məsələn, ürəyim ağrıyır əvəzinə, qəlbim ağrıyır, gözüm səndən su içmir əvəzinə, ağlım 
səndən bir şey kəsmir, g
özləri kəlləsinə çıxmaq əvəzinə, gözləri hədəqəsindən çıxdı və s. kimi ifadələr düzgün 
işlədilməyəndə 
öz təsir qüvvəsini itirir. 
S
öz  birləşmələri  dilin  frazeologiya  şöbəsinin  tədqiqat      obyektidir.        Natiq      söz      birləşmələrinin 
n
övlərini (sabit söz birləşmələrini, sərbəst söz birləşmələrini) dərindən bilməlidir. Natiq bunu dərk etməlidir 
ki, sərbəst s
öz birləşmələrinin tərəfləri onun özü tərəfindən qurulur. Bunu dəyişə bilər. Sabit söz birləşmələri 
isə uzun bir tarixi yol ke
çib, sabitləşib. Onun tərəfləri arasına söz daxil etmək olmur. Milli ruh, adət-ənənə 
belə birləşmələrdə daha qabar
ıq özünü göstərir. Məsələn, gözüm səndən su içmir, nə baxırsan, dəvə nalbəndə 
baxan kimi; bel bağlama; s
öz almaq; dərd çəkmək; yersiz gəldi, yerli qaç; igid ölər adı qalar, namərd ölər nəyi 
qalar? ke
çmə namərd körpüsündən, qoy aparsın sellər səni; dost başa baxar, düşmən ayağa və s... 
Natiq onu da bilməlidir ki, frazeoloji s
öz birləşmələri sərbəst söz birləşmələrindən bəzi xüsusiyyətlərinə 
g
örə ciddi şəkildə fərqlənir. Məsələn, sabit söz birləşmələri dildə hazır birləşmə kimi işlədilir, buradakı sözlər 
m
üstəqil mənaya  malik  olmur, hamısı birlikdə  bir  sual  tələb  edir.  Sabit  söz  birləşmələri özü  də sərbəst  söz 
birləşmələrindən əmələ gəlir. Sabit s
öz birləşmələri bitkinliyə malik olmur. Sərbəst birləşmələr isə bitkinliyə 
malik olur, tərəfləri m
üstəqil olur, ayrılıqda sual tələb edir, müəyyən ehtiyacla əlaqədar işlədilir və s. 


 
71
Dilimizdə işlənən frazeoloji vahidlər həm 
çoxmənalı, həm omonim, həm sinonim, həm də antonim ola 
bilər. Frazeoloji vahidlər dildəki obrazl
ılığı, effekti, təsir qüvvəsini artırmaq üçün müəyyən üslubi çalarlıqlar, 
rənglər yarad
ır. Məsələn, 
 
Mən aş
ıq qız alanda,  
Yanağ
ın qızaranda, 
Oğlan murada 
çatar  
Toy tutub q
ız alanda. 
 
və yaxud 
 
Ay doland
ı, il dolandı,  
Hicran odu alovland
ı,  
Dost-aşna, qohum-qardaş  
Zərnigara 
çəkərdi baş. 
(S.Vurğun) 
 
Sabit birləşmələr həm də bədii təsvir vasitələri ilə işlənə bilir, s
özlərin məna qüvvəsini, təsirini artırır. 
Nitq prosesində  diskussiya və polemika da m
ühüm  rol oynayır. Hər  hansı  bir  problemə, hadisəyə  aid 
həqiqi fikrin meydana 
çıxmasında mübahisədən istifadə edilir. Diskussiya nisbətən geniş şəkildə dinləyicilərlə 
apar
ılan  fikir  mübadiləsidir.  Diskussiya  müəyyən  ədəbi  cərəyanın  nümayəndələri  arasında,  kiçik  idarə  və 
m
üəssisələr  arasında,  müəyyən  siyasi  partiyalar  arasında,  müxalifətlə  iqtidar  arasında  aparıla  bilər.  Hətta 
m
üəyyən bir kitabın, elmi məqalənin müzakirəsi də diskussiya xarakteri daşıya bilər. 
Polemika  isə  natiqlik  sənətində  bar
ışmaz  mövqe  anlayışını  ifadə  edir.  Yəni  burada  tərəflər  öz  fikrini, 
konsepsiyas
ını əks tərəfə qəbul etdirməyə çalışır. Bu, əlbəttə, zorla, güclə deyil, müəyyən inandırma yolu ilə, 
s
übutla,  faktlarla  həyata  keçirilməlidir.  Məsələn,  keçmiş  Respublika  prezidenti  H.Əliyev  cənablarının  xalq 


 
72
yaz
ıçısı  Hüseyn  Abbaszadə  ilə  apardığı  polemikanın  bir  hissəsini  nəzərdən  keçirək.  Bu  polemika  dilimizin 
necə adlanmas
ı ilə əlaqədar aparılır. 
H.Əliyev: - H
üseyn müəllim, o vaxt sən yazdın ki, türk dili olsun? 
H.Abbaszadə: - Yox, Azərbaycan dili.  
H.Əliyev: - Bəs niyə yazmad
ın? 
H.Abbaszadə: - O vaxt «t
ürk dili» deyənin dilini boğazından çıxarırdılar (gülüş). 
H.Əliyev: - 
Çıxaraydılar da, nə olar, yazaydın da... 
Sonra həmin polemika aşağ
ıdakı şəkildə davam etdi: 
H.Əliyev:  -  Amma  bilirsən  nə  var?..  O  vaxtlar  biz  əməkdaşl
ıq  eləyirdik  və  keçən  dəfə  də  mən  dedim, 
«Azərbaycan  dili»  yazmaq 
üçün  mən  nə  qədər  mübarizə  apardım.  Amma,  mən  açıq  üzünüzə  deyirəm, 
ham
ınıza, senə de deyirəm, Bəxtiyar müəllimə də deyirəm, biriniz də o vaxt mənə gəlib demədiniz ki, «türk 
dili» yazmaq laz
ımdır? 
H.Abbaszadə: - D
üzdür. 
H.Əliyev: - He
ç biriniz deməmişdiniz. 
H.Abbaszadə: - O vaxt qorxurduq deməyə. 
H.Əliyev:  -  «Azərbaycan  dili»  demişdilər,  onu  demişdilər,  amma,  «t
ürk  dili»  deməmişdilər»... 
“Azərbaycan” qəzeti 10 noyabr, 1995-ci il. 
 
G
öründüyü  kimi,  polemikada  mühüm  yeri  əsas  məntiqi  fikirlər,  sübutlar,  faktlar  tutur.  Həm  də 
polemika iki şəxs aras
ında gedir. Bu onu göstərir ki, polemikanın əhatə dairəsi diskussiyanın əhatə dairəsinə 
g
örə  məhduddur.  Polemika  məhkəmə  natiqliyində  müttəhimlə  hakim  arasında,  akademik  natiqlikdə 
aspirantla opponent aras
ında, hətta, müəllimlə tələbə, şagird arasında da baş verə bilər. 
Nitqini y
üksək səviyyədə qurmaq üçün natiq öz nitqində dərin mənalı mündəricə və bitkin formaya nail 
olmal
ıdır.  Həyatda  nə  varsa,  nə  inkişaf  edirsə  bir  qanunauyğunluq  formasında  təzahür  edir.  Deməli, 
m
ündəricə ilə forma obyektiv gerçəklikdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə