163
Əlimdədir hələ qələm.
Bilirəm ki, deməyəcək,
Bir sevgilim, bir də vətən:
Şair, nə tez qocald
ın sən!
Bu misralardan sonra s
öz deməyə, ahəngdarlıqdan danışmağa heç bir natiqin haqqı yoxdur. Bu, əsl
istedad
ın, sənətkarın, şair-natiqin qələbəsi və bu qələbənin təntənəsidir. Əsl natiq ustalıq nümayiş etdirərkən,
nitqində bu cəhətləri h
ökmən nəzərə almalıdır. Doğrudur, bu nəsr dili ilə çox çətindir. Lakin bacarıqlı natiq
bu cəhətlərdən məharətlə istifadə edir.
Ulu
öndərimiz Heydər Əliyev öz nitqində bu cəhətləri layiqincə işlətmişdir.
«Heydər Əliyevin nitqləri auditoriyan
ın marağına, səviyyəsinə, dərketmə imkanına müvafiq gəlir -
auditoriya ilə natiq aras
ında demək olar ki, hər dəqiqə psixoloji kontakt olur. Bunu aşağıdakı amillər təmin
edir:
-
çıxışın bütünlüklə auditoriyanı bilavasitə maraqlandıran faktlar, hadisələr, konkret məlumat və
misallar
üzərində qurulması;
-
çıxışda həmin auditoriya üçün əhəmiyyətli mülahizələrin irəli sürülməsi;
- natiqin
ümumən Azərbaycan cəmiyyətini narahat edən ən aktual məsələlərə, problemlərə toxunması,
m
övcud mülahizələrə analitik bir aydınlıq gətirməsi;
- auditoriya ilə polemikaya, fikir m
übadiləsinə, əgər buna ehtiyac varsa, girilməsi və onun marağının
nəzərə al
ınması;
- auditoriyan
ın anlayacağı sözlər, ifadələr, cumlələr işlədilməsi və s.
Ulu
öndər Heydər Əliyev nə qədər zəngin, mürəkkəb, dərin intellektual təfəkkür sahibi olsa da heç bir
çıxışında, məruzəsində, nitqində, yaxud replikasında Azərbaycan cəmiyyətinin sıravi üzvünün başa
d
üşməyəcəyi, xüsusi şərh tələb edən fikirlər söyləmir, həmişə məzmunluluğu saxlamaqla maksimum sadə bir
dillə - sadə s
özlər, ifadələr, konstruksiyalarla danışır ki, bu da istənilən auditoriya ilə ən yüksək səviyyədə
kontakta girməyə imkan verirdi. kinci tərəfdən, Heydər Əliyev əzəmətli duruşu, iti bax
ışları, fikrin dəqiq
164
çatmasına kömək edən təsirli səsi ilə auditoriyanın diqqətini dərhal özünə çəkməsi, əlinin bəzən asta, bəzən
sərt, rəddedici hərəkəti ilə həmin auditoriyan
ı mahir, bir drijor kimi idarə edirdi - onu dinləyənlər özlərindən
as
ılı olmayaraq həyəcanlanır, sözlərinə, mülahizələrinə reaksiya vermək həddində olurdular ki, bu da hər
hans
ı bir natiq üçün böyük hünərdir.» (N.Xudiyev)
Heydər Əliyevin nitqlərinin təhlili
üzərində apardığı tədqiqat işində N.Xudiyev natiqlik sənətinə, orijinal
fikirlər gətirmiş və fikirlərini əsl natiq kimi əsasland
ırmışdır. Şifahi nitqə verilən tələbləri dərindən şərh edən
N.Xudiyev oxucunu sanki tilsimləyir, onu iclas zallar
ına aparır, hadisələrin şahidi edir.
S
ürət şifahi nitqin dinləyiciyə çatdırılmasında mühüm rol oynayır. Natiq fikrini şərh edərkən
tələsməməli, aramla
çıxış etməlidir. Natiqin səsi, intonasiyası və zahiri əlamətləri haqqında fikir söyləyən K.
Əliyev Siserona istinad edərək yaz
ır:
«Natiqin fikrincə, təbiətin bağ
ışladığı şaqraq və xoş təsir göstərən səsdən məqamına görə və məharətlə
istifadə etmək laz
ımdır. Bir qədər sonra qeyd edir ki, səsin, nəfəsin, bədən üzvlərinin, nəhayət, dilin məşqi
üçün elmi qaydaları öyrənmək yox, zəhmət çəkib öz üzərində yorulmadan çalışmaq lazımdır. Yumşaq səs,
üzün təvazökar görünüşü, ruhu oxşayan nitq natiqin köməyinə çatır. Kəskin çıxış edəndə üzünün zahiri
cizgilərini - mimikas
ını elə nəzərə çarpdırmalısan ki, tamaşaçılar sənin məcburiyyət qarşısında qaldığını
dərhal hiss etsinlər.
Kim natiq olmaq istəyirsə, o, qəzəbli məqamlarda gərgin səslə, sakit ax
ında yumşaq səslə, tərəddüd
g
östərəndə ona uyğun intonasiya ilə öz fikrini ifadə etməlidir.»
Zənnimcə, həmin sitat səsin nitqdə rolunu əks etdirsə də, m
üəyyən məqamlarda natiqə hadisələrin
iştirak
çısı olmağı tövsiyə edən Siseron səsin tempinin, sürətinin də hadisəyə uyğun qurulmasını məsləhət
g
örür.
«Y
üksək nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır. stər məzmun, istərsə də zahiri
cəhətdən d
üzgün olan nitq fikrin təsirli ifadə olunmasına xidmət edir. Buna görə də «yüksək və zəngin nitq
mədəniyyəti olmadan b
öyük fikirləri və hadisələri ifadə etmək, həm də füsunkar bir təsirlə ifadə etmək
m
ümkün deyildir.» (S.Vurğun).
165
Fikir və d
üşüncələrin daha təsirli ifadə edilməsi üçün zəruri tələblərdən biri olan orfoepiya da nitq
mədəniyyətinin ayr
ılmaz və vacib ünsürüdür.
Orfoepiyan
ın böyük əhəmiyyəti vardır. O, eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol
vermir.
Ümumiyyətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan və tez anlaşılmasına imkan
yarad
ır. Bunun əsasında da insanlar bir-birini düzgün başa düşürlər. Orfoepik qaydalar poeziya üçün xüsusi
əhəmiyyətə malikdir. Bu qaydalara əməl etməklə bədii nitqin estetik effekti, daha da art
ır. Bütün bunlara
g
örə də orfoepiyanın nəzəri və praktik cəhətdən öyrənilməsinin böyük əhəmiyyəti vardır:
Hər bir şəxsdən ədəbi dilin qanunlar
ına riayət edərək danışması tələb olunur. Buna görə də ilk növbədə,
m
üəllim, alim, diktor və aktyorlar dilimizin tələffüz qaydalarını əsaslı surətdə bilməlidir.
Orfoepik qaydalar
ın pozulması yol verilməzdir. Lakin bəzən danışıq zamanı bu normaların pozulması
hallar
ı olur. Orfoepiya normaları başlıca olaraq bir neçə səbəbdən pozula bilər: a) danışanın dialekt
s
özlərdən istifadəsi; b) klassik ədəbi dilin; v) alınma sözlərin; q) orfoqrafiyanın təsiri nəticəsində. Danışıq
zaman
ı orfoepik normaların pozulması dinləyicinin fikrini əsas məsələdən uzaqlaşdıra bilir. Belə ki, «biz
dan
ışanı dinləyərkən, onun nitqinin əsas cəhətinə bir o qədər diqqət etmirik; əsasən mənaya fikir veririk.
Lakin dan
ışan şəxs tələffüz qaydalarını pozduqda dinləyici sözün xarici cəhətinə, yəni səs cəhətinə də diqqət
yetirməyə məcbur olur. Bunun nəticəsində isə onun diqqəti yay
ınır.» (Ə.Əfəndizadə).
«Orfoepik normalardan uzaqlaşmaq
ümumi anlaşma işinə mane olur. Buna görə də orfoepik
normalar
ın pozulmasına qarşı müntəzəm mübarizə aparmaq, onu qorumaq lazımdır. Çünki bu, yüksək nitq
mədəniyyəti uğrunda m
übarizənin bir növüdür.» (Ə.Əfəndiyev)
Natiq orfoepiya qaydalar
ına riayət etməklə bərabər, orfoqrafik qaydaları da dərindən bilməlidir. Ədəbi
dilin şifahi qolu ilə yaz
ılı qolu da inkişaf edir. Yazılı qolun da öz xüsusiyyətləri, normaları, qayda-qanunları
vard
ır. Natiq bu qayda-qanunları da dərindən bilməli və orfoepiya ilə bağlı, əlaqəli şəkildə bunlardan
istifadə etməlidir.
Orfoqrafiya yunan s
özü olub «düzgün yazıram» mənasını ifadə edir. Orfoqrafiya dilimizdəki sözlərin
ham
ısının qrammatik formaları üçün vahid yazı qayda-qanunlarını müəyyən edir və onları daha da
təkmilləşdirir. Sərhədlərin m
üəyyənləşməsini təmin edir (kök və şəkilçi nəzərdə tutulur). Orfoqrafiya
Dostları ilə paylaş: |