Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

 
76
  Mehriban 
günbəgün mehriban olur, 
  Yaradan 
nihadı arxa yetirib. 
  Arvad 
orda 
qərib, mən burda qərib. 
 
Qumu nənə iynəsini çeşmələr, 
Uşaqlarda boxçasını eşmələr, 
Firudin! başına gəlməyib nələr, 
Mənim də taleyim belə gətirib, 
Arvad orda qərib, mən burda qərib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
77
IV BÖLÜM 
 
Xatirəyə döndü balam 
 
Atası Firudin Zeynallı xatirəsi 
 
Nə gözəl günlərin var imiş qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
Tutaraq əl-ələ hər gün gəzərdik
Nə gözəl günlərin var imiş qızım. 
Xoşladığın gül-çiçəyi üzərdik. 
Nə gözəl günlərin var imiş qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
 
 
 
Tellərinə lalələri düzərdin, 
   Sevincindən qanad açıb süzərdin. 
 
 
 
Hərdənbirdə dodağını büzərdin, 
 
 
       Nə gözəl günlərin var imiş, qızım, 
                  İlahi bəxtinə yar imiş, qızım. 
 
Qayğıyla böyüyüb məktəbə getdin, 
Məni sevindirib bəxtəvər etdin, 
Axır ki, cavanlıq həddinə yetdin
Nə gözəl günlərin var imiş, qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
 
 
 
Təbib olmaq arzusuyla yaşadın, 
 
 
 
Həkim sırasında çəkildi adın, 


 
78
 
 
 
Uçmağa yox idi qolun, qanadın, 
 
 
        Nə gözəl günlərin var imiş, qızım, 
İlahi bəxtinə yar imiş, qızım. 
 
Nişan günü Firdun yaman kövrəldi, 
Toy oldu oğullar dünyaya gəldi
Narahat ürəklər bir az dincəldi, 
Nə gözəl günlərin var imiş, qızım, 
İlahi bəxtinə yar imiş qızım. 
 
Mənim Kəmalə qızım 1975-ci il may ayının 14-
də dünyaya göz açıb. Həmin gün sevincimin həddi-
hüdudu yox idi. Həyatımız o qədər də firavan olma-
yıb. Öz evimiz olmadığından 12 il kirələrdə yaşa-
mışıq. 
Həddən artıq zəhmətkeş olan Kəmalə orta 
məktəbi müvəffəqiyyətlə bitirib Azərbaycan Tibb 
Universitetinin müalicə fakültəsinə  qəbul oldu. Çox 
təvazökar, təmkinli idi. Hər yüngül şeyə fikir verməz-
di. 
7 il universitetdə oxudu. Lakin bir dəfə  də 
demədi ki, ata, mənə də filan şey al, yeni moda çıxıb 
yoldaşlarımın hamısı ondan alıb geyinir. İndi məni o 
yandırır ki, onun istəklərini başa düşməmişəm. Bunu 
özümə bağışlaya bilmərəm. 
İnstitutu qurtarıb avtolmoloq kimi Yeni Sura-
xanıdakı 12 saylı birləşmiş poliklinikada işə başladı. 
Tez bir zamanda həm həkim yoldaşlarının, həm də 


 
79
sakinlərin hörmətini qazandı. 3 dəfə Almaniyanın 
müvafiq şəfa ocaqlarının sertifikatını aldı. 
Bir övlad kimi valideynlər qarşısındakı borcunu 
şərəflə yerinə yetirirdi. Mənim şəkərim var. Ona görə 
hər gün zəng edib vəziyyətimi öyrənirdi. İndi nə zəng 
edən var, nə də halımı soruşan. 
Kaş 23 dekabr günü təqvimdə olmayaydı. 
Həmin gün tezdən qalxıb işə  gəlməmişdən  əvvəl 
istədim zəng edib deyəm ki, qızım, insulinim qurtarıb. 
Al mənimçün. Sonra fikrimdən döndüm. Sanki məni 
kimsə  məcbur etdi ki, lazım deyil. Aradan 3 saat 
keçmişdi ki, qızımın bu faciəsi haqda xəbər tutdum. 
Sanki yer ayağımın altından qaçdı, göyün dayaqları 
sındı, ulduzlar üstümə töküldü.  
İndi mənim bircə arzum qalır. Arzuları yarım-
çıq qalan, bu dünyadan nakam gedən 38 yaşlı Kəmalə 
balama qovuşmaq.  
Allah tərəfindən sevilənlər  tez ölürlər. 
 
Allah rəhmət eləsin, qəbrin nurla dolsun,  
yerin behişt olsun...! 
 
 


 
80
Anası Emilya xanım Araslı 
 
Kəmaləm mənim ilk qönçəm idi. O, anadan 
olan gün mənim ən sevimli xoşbəxt günüm idi. 
Həyatımız o qədər də dəbdəbəli olmayıb. Uzun 
illər qoltuqlarda (kirayədə) yaşamışıq. Əzab-əziyyətlə 
böyüdüb boya-başa çatdırdığım balam sinəmə çalın-
çarpaz dağ çəkərək əbədiyyətə qovuşdu. 
Hadisədən üç gün öncə (20.12.2013) Kəmalə 
zəng etdi ki, evimizə  qızdırıcı (kombi) çəkdirmişik, 
yaxşı istidir. Eynəyini də  gətir gəl yenisini düzəlt-
dirək. Mən də dedim: qızım, bu həftə yox, gələn həftə 
gələrəm. Kaş dilim lal olaydı, o sözü deməyib gedəy-
dim. Getsəm bəlkə bu faciə baş verməzdi. 
Qızımla axırıncı danışığım dekabrın 22-də oldu. 
Yenə də bir-birimizdən hal-əhval tutduq. 
Dekabrın 23-də (kaş o, gün olmayaydı) telefona 
zəng gəldi. Qonşuları  Kəmaləni qaz tutduğunu xəbər 
verərək, tez gəlməyimi istədi. Mən bu xəbəri oğluma 
dedim və tez yığışıb Hövsana qızım gilə getdik. Evə 
yaxınlaşanda adamları görüb yəqin etdim ki, artıq 
Kəmaləm yoxdu (Balasını vaxtsız itirmiş ana üçün 
bundan böyük dərd olarmı? Bunu ancaq başına 
gələnlər bilər). 
Həyətə girəndə  qızımın maşında olduğunu gö-
rüb özümü maşının altına atdım, qoymadılar ölməyə. 
Axı əhd eləmişdim ki, mən ondan qabaq ölüm, qızım 
məni ağlasın. Sən demə fələyin fikri mənim kəfənimi 
qızıma vermək imiş. Kor olasan səni, ey Fələk! 


 
81
Balasını itirmiş, özü də  Kəmalə kimi balasını. 
Başladım baş-gözümə döyüb şivən qoparmağa. Allah 
heç bir anaya belə müsibəti göstərməsin. Balam 
haqqında yadımda qalanlar bunlardır. 
Kəmalə  hələ  uşaqlıqdan evə çox bağlı bir qız 
idi. Həyət bacada görünməzdi. Getdiyi məktəb, 
gəldiyi ev olardı. Dəbdəbəli yerlərdən xoşu gəlməzdi, 
sadəliyi çox sevərdi, sadə geyinib gəzərdi. Elə buna 
görə hamı onu çox sevirdi, xüsusilə də xalası Xalidə. 
O da həkim idi. İstəyirdi ki, nakam balam da həkim 
olsun. 
Bəli, Kəmalə xalasının bu arzusunu həyata 
keçirdi, göz həkimi oldu. İnsanlara nur (işıq) verməyə 
başladı. Yenicə parlayırdı ki, arzularıda ömrü kimi 
nakam qaldı. Elə  mənim arzularım da. İndi mən 
nakam qızıma qovuşacağım günü gözləyirəm. 
 
Allah rəhmət eləsin qızım! Qəbrin nurla dolsun! 
Yerin behişt olsun! Rahat yat nakam balam. 
O dünyada görüşənədək
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə