Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

 
49
III  BÖLÜM 
Xiffətli misralar 
 
Göyçə gölü 
 
Yaşı bilinməyən dağlar gözəli, 
Əlvida demərəm a Göyçə gölü. 
Bil ki, qayıdacam axır əzəli, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Neçə Sultanları yola salmısan, 
Min-min şah köçürüb özün qalmısan, 
Məni hər gün qucağına almısan. 
Əlvida demərəm a Göyçə gölü. 
 
Görənlər həmişə söyləyib əhsən. 
Bəs indi nə üçün çox kədərlisən: 
Ulu mahalının göy güzgüsüsən, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Bilirəm dığadan xoşun gəlməyir, 
Eynin açılmayır, üzün gülməyir, 
Vallah tüfeylilər qədrin bilməyir, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Qədrini nə bilər xain dığalar, 
Balayan nəsilli çil qurbağalar
Dünyanın hayını ora yığalar, 
Əlvida demərəm a Göyçə gölü. 
 


 
50
Təbiətin üzüyünün qaşısan, 
Mahalımın bər-bəzəkli qızısan, 
Dağlar qucağında göy parçasısan, 
Əlvida demərəm a Göyçə gölü. 
 
Nə tarixin bəlli, nədə ki, yaşın, 
Çox qovğalar çəkmiş bəlalı başın, 
Firudin olubdu yaxın sirdaşın. 
Əlvida demərəm a Göyçə gölü. 
Əlvida demərəm a Göyçə gölü. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
51
Babaların məzarları qalıbdı 
 
Göycədə torpaqlar, ellər qalıbdı. 
Dağlarda lalələr, güllər qalıbdı, 
Ocaqlar, sobalar haylar, haraylar, 
Heykəlləşmiş oğulları qalıbdı. 
Babaların məzarları qalıbdı. 
 
Qəbirlərdə yatan ata-analar, 
Ağbirçək nənəllər, nazlı sonalar, 
Qılınc çalıb, qursaq tutan babalar- 
Körpələrin laləzarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Kəklikli qayalar, dərin dərələr, 
Şərbəttək bulaqlar bir də bərələr, 
O cənnət timsallı xoş mənzərələr. 
Ələsgərin ahı-zarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Ulu mahalımın nazlı gəlini, 
Hələ deməyirəm meşə kəlini, 
Əyilməz dağların şiş heykəlini. 
Göyçə gölün, balıqları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Hansı namərd uydu kafir felinə, 
Qıydı gözəllərin qara telinə
Qalxın, köç eyləyək Qorqud elinə. 


 
52
Orda millətimin arı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Necə dözmək olar bu boyda dərdə, 
Düşünməkdən ağıl qalmadı şərdə, 
Çürüyüb simləri, tökülüb pərdə- 
Sazımızın dörd divarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Şiş olub batmaqçün daşnak gözünə, 
Aldanmayaq onun-bunun sözünə, 
Gəlin iş görəyin düzü-düzünə. 
Xalq qırılıb, yarıbayarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Kimsəsizin gir olarmı dizində 
Qəriblik damğası varsa üzündə. 
Aşıqlar diyarı Maral düzündə 
Qara gözlü ceyranları qalıbdı. 
Babaların məzarları qalıbdı. 
 
Sürüləri qatar-qatar düzülən
Həsrətindən yumaq kimi bükülən, 
Qayalardan şərbət kimi süzülən 
Durna gözlü bulaqları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Biz gələn yollara nisgilli baxan, 
Hayqıranda köklü qayalar yıxan, 


 
53
Yürüyəndə nallarından od çıxan 
Neçə-neçə ilxıları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Bilinmədi kimin harda öldüyü, 
Evindən götürüb qaça bildiyi
Boranda-çovğunda qoyub gəldiyi. 
Asırımda dövlət-varı qalıbdı- 
Babaların məzarları qalıbdı. 
 
Yetimin alırlar olub-qalanın, 
Sonu yoxmu, görəsən bu talanın? 
Bir qarın çörəyə möhtac olanın 
Anbarlarda cuvalları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Xəbərimiz yox xaladan, dayıdan, 
Nə xeyirdən, nə də düşən  vayıdan, 
Yazda qonaq gəlib payız qayıdan 
Qərib gəzən durnaları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Kimə tapşırmışıq qəbristanlığı, 
Kimdən gözləyirik biz insanlığı, 
Özümüz qovmalıyıq bu dumanlığı, 
Nənələrin ahu-zarı qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
Hardasız, Vətənin ər oğulları, 
Koroğlu qeyrətli nər oğulları, 


 
54
Açın bənd bərəni, açın yolları. 
Qartalların qiyyaları qalıbdı, 
Babaların məzarları qalıbdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
55
Niyə qocalmasın o dağlar deyin? 
 
Dağlar sinəsinə dağlar çəkilib- 
  
 
Niyə qocalmasın o dağlar, deyin?! 
  
 
Oğullar üstünə ağlar çəkilib- 
  
 
Niyə qocalmasın o dağlar, deyin?! 
 
Mələşmir sürüsü, kişnəşmir atı, 
Çoban tütəyində çalmır bayatı, 
Köçmür yaylağına eli-elatı,  
Niyə qocalmasın o dağlar, deyin?! 
 
Quruyub çeşməsi, axmayır çayı, 
Zimistana dönüb, baharı, yayı, 
Qulaqlara çatmır səsi, harayı – 
Niyə qocalmasın o dağlar, deyin?! 
 
Göyçənin novrağı tamam dəyişib, 
Qartal yuvasında quzğun əyləşib,  
Bu dərd ürəyimi dağlayıb-deşib  
Niyə qocalmasın o dağlar, deyin?! 
 
 Ətəyində əmlik, kabab yeyilmir, 
 Vüqarına şeir, dastan deyilmir, 
 Xırmanlarda sünbülləri döyülmür,  
 Niyə qopalmasın o dağlar, deyin?! 
 
 Yamaclardan ətirli ot biçilmir,  
 Şərbət bulaqların suyu içilmir,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə